Koryo-saram

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koyro-saram
kor. 고려사람
rus. Корё сарам
Ümumi sayı
500.000
Yaşadığı ərazilər
Özbəkistan Özbəkistan 174.200 [1]
Rusiya Rusiya 153.156 [2]
Qazaxıstan Qazaxıstan 102.804 [3]
Qırğızıstan Qırğızıstan 17.094 [4]
Ukrayna Ukrayna 12.711 [5]
Türkmənistan Türkmənistan 2.500 [6]
Tacikistan Tacikistan 634 [7]
Belarus Belarus 400 [8]
Estoniya Estoniya 208 [9]
Dili

Rusca, Koryo-mar

Dini

Şərqi Ortodoks Kilsəsi, Protestantlıq, Buddizm, Roma-Katolik kilsəsiİslam [10]

Daxildir
Koreyalılar
Əhatə edir
Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının torpaqları və həmin ərazilərə qonşu bölgələr


Koyro-saram (kor. 고려사람; rus. Корё сарам) - Əsas hissəsi Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yaşayan etnik koreyalı toplum. Koyro-saramlar tarixən keçmiş Sovet Sosialist Respublikaları İttifaqının müxtəlif müttəfiq dövlətlərində yaşamışdılar.

1937-ci ildə SSRİ-nin uzaq şərq regionunda yaşayan etnik koreyalı əhali Orta Asiyaya köçmək məcburiyyətində qalıblar. Bir sıra koyro-saram mənsubiyyətində olan şəxslər Koreyanın azadlığı üçün mübarizə aparmış və həmin dövrdə Yaponiyanın hakimiyyəti altında olan vətənlərini azadlıq mübarizəsinə qoşulub. Bu şəxslərə misal olaraq Honq Beom-donu və ya Çonq Sanq-Çini misal göstərmək olar.

1937-ci ildən etibarən koyro-saramlar Sibir, Özbəkistan, Ukrayna, Özbəkistan, Tacikistan, EstoniyaBelarus kimi keçmiş SSRİ ərazilərinə səpələniblər. Təxminən 500.000 etnik koreyalı hal-hazırda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində yaşamaqdadır. Rusiya Federasiyasının cənubunda (Volqoqrad ətrafında) Uzaq Şərq federal dairəsində (Vladivostok ətrafında) QafqazdaUkraynanın cənubunda böyük etnik koreya icmaları hələ də mövcuddur.

Hal-hazırda koyro-saramlar arasında koreya dilində danışan şəxslərin sayı sürətlə azalmaqdadır. Orta və gənc nəslin çox kiçik bir hissəsi öz ana dillərini bilirlər. Dil baxımından assimilyasiya prosesi sürətlə getsə də, Koreya mədəniyyətinin bəzi elementlərini, o cümlədən Koreya adlarını qoruyub saxlamışlar. Koryo-saram mətbəxi bütün keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində populyarlaşmış, morkovka yeməyi indi də yerli ərzaq mağazalarında geniş şəkildə satılmaqdadır.

Koryo-saramların əhəmiyyətli bir hissəsi iqtisadi və ya mədəni səbəblərə görə ya müvəqqəti, ya da daimi olaraq Cənubi Koreyaya köçüb. Rusiya–Ukrayna müharibəsi, xüsusilə 2022-ci ilin qışında başlamış Rusiyanın Ukraynanı işğalı Ukraynada məskunlaşmış bir necə min etnik koreyalını təhlükəsizlik baxımından Cənubi Koreyaya köçməyə sövq etmişdir.[11][12]

Saxalin adasında adətən Saxalin koreyalıları olaraq adlandırılan ayrıca etnik Koreya icması da var. Bəziləri özünü Koryo-saram mənsubiyyətində olduğunu qəbul etsə də, əksəriyyəti bununla razılaşmır və ayrı icma olduqlarını ifadə edirlər.

Koyro-saram adlandırmasının necə yaranması ilə bağlı dəqiq təsvir mövcud deyil. Ən real ehtimal kimi iki müxtəlif sözün birləşməsindən əmələ gələn termin versiyası istifadə edilir. Belə ki, Koreya yarımadasının tarixi adı olan Koryo və şəxs, insanlar mənasına gələn saram sözünün birləşməsi ilə koryo-saram ifadəsi yaranıb. Sözün koreya dilindən olan tərcüməsi koreyalı adam, koreyalı kişi kimi tərcümə edilməkdədir.

Koryo-saram söz birləşməsindəki Koryo sözünün 4 əsr boyunca mövcud olmuş tarixi Qoryo dövlətinin adı ilə bağlı olduğu məlumdur. Sovet Koreyası ifadəsi də SSRİ-nin dağılmasından əvvəl tez-tez müxtəlif növ ədəbiyyatlarda işlədilmişdir.[13] Ruslar zaman-zaman koyro-saramları ifadə etmək üçün koreytsy (rus. корейцы) sözündən istifadə edirlər və bu zaman burada söhbətin Şimali Koreya, Cənubi Koreyada yaşayan koreyalılardanmı yoxsa koyro-saramlardanmı getdiyi tam məlum olmur.

Koreya dilində Koryo-saram termini adətən Qoryo sülaləsindən olan tarixi şəxsiyyətlərə istinad etmək üçün istifadə olunur.[14]

Rusiyanın Uzaq Şərqinə və Sibirə immiqrasiya

[redaktə | mənbəni redaktə et]
Rusiya imperiyasının Naxodka şəhərində yerli koreyalı ailəyə məxsus ev. (1893)

XIX əsrin əvvəllərində Koreya yarımadasında Çoson krallığı tənəzzülü baş vermişdir. Əkin sahələri tamamilə varlı elitanın əlində cəmləşmişdi və yoxsul kəndlilər sağ qalmaqda və qida tapmaqda çətinlik çəkirdilər. Bu dövrdə sağ qalmaq məqsədi ilə yarımadanı tərk edən koreyalılar Rusiya imperiyasına doğru üz tutmağa başlamışdır. Çinlə sərhəddin Tzin sülaləsi sülaləsi tərəfindən qapadılmasından sonra koreyalıların imperiyaya axınlarında ciddi artım müşahidə olunmuşdur.[15]

Rusiya imperiyası daxilində qeydiyyata alınmış və imperiyanın ilk koreyalı vətəndaşları hesab olunan 5.310 nəfərdən ibarət 761 ailə əslində Tzin sülaləsinə məxsus ərazilərdə məskunlaşmışdılar. Belə ki, həmin ərazilər 1860-cı ildə imzalanmış Pekin müqaviləsi nəticəsində Rusiya imperiyasının nəzarəti altına keçmişdir.[16]

Bir çox kəndli yeni həyat qurmaq üçün Sibirdə məskunlaşmaq qərarı vermişdi və sonradan həmin əraziyə köçmüşdülər. Rus mənbələrinə görə 1863-cü ildə Novqorod körfəzi yaxınlığındakı Posyet adlı kiçik şəhərdə 13 koreyalı ailə yaşamaqda idi.[17]

Koreyalıların sayı zaman Primorsk diyarında artmağa başlamışdır. 1869-cu ilə qədər koreyalılar sözügedən diyarın ümumi əhalisinin 20%-ni təşkil edirdilər.[15] Trans-Sibir dəmiryolu xəttinin tikintisi başa çatmazdan əvvəl Rusiya imperiyasının Uzaq Şərq əyalətlərində koreyalıların sayı rusların sayından daha çox idi. Yerli qubernatorlarda öz növbəsində koreyalıları vətəndaşlığa keçməyə təşviq edirdilər.[18]

Hal-hazırda Yəhudi Muxtar Vilayətinin inzibati sərhədləri daxilində yerləşən Blaqoslovennoe kəndinin əsası 1870-cı ildə koreyalılar tərəfindən qoyulmuşdur. [19] Zolotoy Roq buxtası yaxınlığında rusların Koreyskaya slabodka (rus. Корейская слободка) olaraq adlandırdıqları bir başqa yaşayış məntəqəsi isə Vladivostok şəhər adminstrasiyası tərəfindən rəsmən tanınmış və qeydiyyata alınmışdır. Rus dilindən tərcümədə koreya kəndi mənasını verən həmin yaşayış məntəqəsini yerli koreyalılar Gaecheok-ri (kor. 開拓里,개척리) formasında adlandırmışdır.

1897-ci il Rusiya İmperiyasında keçirilmiş əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə əsasən imperiya ərazisində 26.005 nəfər ana dili kimi koreya dilindən istifadə etməkdə idi. Siyahıyaalınmanın nəticələrinə görə 16.225 kişi və 9.780 koreyalı qadın imperiya ərazisinin müxtəlif kənd, qəsəbə və şəhərlərində yaşayırdılar.[20]

Vladivostok yaxınlığında yerləşən etnik koreya anklavı və kəndi Şinhançonda (kor. 신한촌) 1 Mart Hərəkatının ildönümü ilə bağlı təşkil edilmiş etirazlar. Koreyanın Yaponiya imperiyası tərəfindən işğal altında saxlanılmasına öz etirazını bildirən 2 min nəfərə yaxın etnik koreyalı yürüş mitinqlərinə qatılmışdır. Etirazlar Yaponiya imperiyasının Vladivostokda yerləşən konsulluğu tərəfindən yaxından izlənilmişdir.

XX əsrin əvvəllərində həm Rusiya imperiyası , həm də Koreya Yaponiya imperiyası ilə münaqişəyə girmək məcburiyyətində qaldı. 1905-ci ildə başa çatan Rus-yapon müharibəsində yaponların qalib gəlməsindən sonra 1907-ci ildə imperiya daxilində ilk dəfə olaraq koreyalılar əleyhinə qanun qəbul edilmişdir. Belə ki, həmin qanuna əsasən koreyalı fermerlərə məxsus olan torpaq sahələri müsadirə edilməli və koreyalı işçilərin əmək fəaliyyətlərinə son verilməli idi.[21] Rusiya imperiyası həmin qanunu yaponlara məğlub olan zaman imzalanan müqavilədə öhdəlik kimi öz üzərinə götürmüşdü.

Yaponiya imperiyasının Rusiya imperiyası daxilində yaşayan koreyalılara qarşı apardığı siyasətə baxmayaraq Rusiyada yaşayan koreyalıların sayında azalma yox, artım müşahidə olundu. XX əsrin əvvələrində daha yaxşı həyat yaşamaq məqsədi ilə yarımadanın müxtəlif bölgələrində yaşayan koreyalılar dəstələr şəkilində Rusiyaya köçdülər.

1914-cü ildə Rusiya imperiyasında aparılmış növbəti əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə rəyi soruşulan şəxslərdən 64.309 nəfəri özünü koreyalı kimi təqdim etmişdi və bu şəxslərdən 20.109 nəfəri isə tam hüququlu Rusiya imperiyasının vətəndaşı hüququ daşımaqda idi. 1917-ci ilin oktyabr ayında baş vermiş oktyabr inqilabı və sonrakı 4 il ərzində davam etmiş vətəndaş müharibəsi belə koreyalıların Rusiyaya axın etməsinin qarşısını almamışdır.

1910-cu ildən etibarən Yaponiyanın hakimiyyəti altında olan Koreyada yapon zülmünün güclənməsi bir çox insanın məcbur şəkildə Rusiyaya köçməyə sövq etmişdir. 1919-cu ildə tarixə 1 Mart Hərəkatı olaraq düşmüş və yerli koreyalıların yapon işğalına qarşı çıxdığı mitinqlərdən sonra da əhəmiyyətli köç dalğası baş vermişdir.[19]

Vladivostok yaxınlığında yerləşən koreyalılar tərəfindən Şinhançon (azərb. Yeni Koreya‎) olaraq adlandırılan kənd zamanla Koreyada davam edən yapon işğalına qarşı mübarizə və koordinasiya mərkəzinə çevirilmişdir. Koreya yarımadasından qaçmaq məcburiyyətində qalmış siyasi və hərbi liderlər yarımdadada yaponlara qarşı aparılan xalq müqavimətini bu kənddən idarə edirdilər. 1920-ci ilin 4 aprel tarixində həmin kəndə hücum edən yapon hərbi birləşmələri kəndi tamamilə dağıtdı və yüzlərlə koreyalı mühaciri qətlə yetirmişdir.[22]

1923-cü ilin məlumatına əsasən Sovet Sosialist Respublikaları İttifaqı ərazisində 106.817 nəfər koreyalı vətəndaş yaşamaqda idi. 1924-cü ildə SSRİ rəhbərliyi imperiya daxilində yaşayan koreyalı vətəndaşların Koreya yarımadasına gediş-gəlişlərini məhdudlaşdırmaq və yarımadadan yeni mühacirlərin gəlişini qadağan etmək məqsədi ilə bir sıra tədbirlər icra etmişdir. Planlaşdırılan tədbirlər 1931-ci ilə qədər tam uğur qazana bilmədi və həmin tarixdən sonra da Koreya yarımadasından bütün növ miqrasiyalar dayandırıldı və SSRİ daxilində yaşayan koreyalılardan sovet vətəndaşlığına keçməkləri tələb edildi.[19]

SSRİ tərəfindən aparılan yerliləşmə siyasəti nəticəsində 105 kənd sovetində etnik koreyalıların təşkil etdiyi yaşayış məntəqələri yaradılmışdır. Koreyalılardan təşkil edilmiş Poyst Koreya Milli Rayonu SSRİ-də koreyalılar üçün yaradılmış ən yüksək dərəcəli inzibati vahid olmuşdur və burada demək olar ki, bütün fəaliyyət koreya dilində təşkil edilirdi.

Sovet Sosialist Respublikaları İttifaqı daxilində yaşayan koreyalıların öz dillərini və adətlərini qorumaq və yaşamaq üçün bütün şərait yaradılmışdır. Belə ki, SSRİ daxilində bir çox rəsmi koreya mənşəli qurum, o cümlədən 380 koreya dilində təhsil verən orta məktəb, iki müəllim kolleci, bir pedaqoji məktəb, üç xəstəxana, bir teatr, altı jurnal və yeddi qəzet fəaliyyət göstərmişdir. SSRİ-də Koreya dilində çap edilən ən böyük qəzet olan Vanguard tirajı həftə içi 10 min nüsxədən çox olmaqla çap edilirdi.

1937-ci ildə SSRİ-də aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə imperiyada 168.259 nəfər koreyalı yaşamaqda idi. Bununla belə, SSRİ-nin uzaq şərq bölgəsindəki məmurlar koreyalıların Yaponiya imperiyası ilə mümkün əlaqələrinin olduqlarına və koreyalılarla yaponların qohumluq əlaqələrinə şübhə ilə yanaşırdılar ki, bu da tezliklə bütün deportasiya edilməsinə zəmin yaradacaqdı.[19]

1930-cu illərdən etibarən SSRİ ilə Yaponiya imperiyası arasında aparılan müharibələr, Koreya yarımadasının yapon işğalı atlında olmasıSSRİ-də yaşayan bir çox koreyalının öz ana vətənləri ilə mütamadi əlaqə saxlaması, gedib-gəlməsi 1937-ci ildə Sovet Sosialist Respublikaları İttifaqında yaşayan koreyalılara olan münasibəti kəskin və mənfi formada dəyişməsinə səbəb oldu.

Orta Asiyaya deportasiya

[redaktə | mənbəni redaktə et]
1937-ci ildə NKVD-in göstərişi ilə SSRİ-nin Uzaq Şərq regionundan deportasiya edilmiş koyro-saramların Özbəkistan Sovet Sosialist Respublikasının ərazisində yerləşən kolxozda işləməsi. (1937-ci ilin yayı)

1937-ci ildə NKVD tərəfindən SSRİ-də yaşayan 172 min nəfərə yaxın etnik koreyalının Qazaxıstan SSRÖzbəkistan SSR-in əhalisi olmayan ərazilərinə məcburi köçürülməsi barədə qərar qəbul edilmişdir. Qərarın sovet lideri İosif Stalinin və Sovet İttifaqı Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun göstərişi ilə verildiyi məlumdur. Koryro-saramların köçürülməsini təşkil etmək məqsədi ilə 124 yük qatarı ayrılmış və onlar yaşadıqları ərazilərdən 6.400 km məsafədə uzaq Orta Asiya ərazilərinə sürgün edilmişdilər.[23]

Deportasiyanın səbəbi “yapon casusluğunun Uzaq Şərq diyarına nüfuz etməsini” dayandırmaq idi, çünki koreyalılar o zaman Sovet İttifaqının düşməni olan Yaponiya İmperiyasının təbəələri idilər, lakin, tarixçilər bunu Stalinin "sərhədlərin təmizlənməsi” siyasətinin bir hissəsi hesab edirlər. Əhali statistikasına əsaslanan hesablamalar göstərir ki, deportasiya edilmiş 40,000-ə qədər koreyalı aclıq, məhdudiyyətlərə məruz qalma və sürgündə yeni mühitə uyğunlaşmaqda çətinlik çəkərək həlak olmuşdur.[24]

Nikita Xruşşov 1953-cü ildə Sovet İttifaqının yeni Birinci katibi olduqdan və destalinizasiya prosesini həyata keçirdikdən sonra Stalinin etnik deportasiyasını pislədi, lakin bu sürgün edilmiş millətlər arasında sovet koreyalılarının adını çəkmədi. Sürgün edilən koreyalılar Qazax və Özbək cəmiyyətinə inteqrasiya edərək Orta Asiyada yaşamağa davam etdilər, lakin yeni nəsillər tədricən öz mədəniyyətlərini və dillərini itirdilər.[25]

Koyro-saramlar deportasiya edilmiş yeni ərazilərində suvarma işlərinə və çəltik təsərrüfatlarında ağır əməyə cəlb edilməklə həyatda qalmağı bacardılar və 3 ildən sonra demək olar ki, onlar əvvəlki həyatlarına yaxın bir həyat şəraitlərini özləri üçün yenidən yaratdılar. Bu dövrdə baş vermiş hadisələr deportasiya edilmiş koreyalılar arasında vahid şəxsiyyətin formalaşmasına səbəb olmuşdur. 1939-cu ildə qəbul edilmiş bir başqa qərara əsasən SSRİ ərazisində koreya dilinin əsas tədris dili kimi istifadə edilməsi qadağan edildi.

Koyro-saramlar əsas tədris dili kimi yalnız rus dilindən istifadə edə bilərdilər, koreya dili isə ikinci dil kimi tədris olunurdu. 1945-ci ildə SSRİ-ni etnik koreyalıların yaşadığı bütün yaşayış məntəqələrində koreya dilinin ikinci tədris dili kimi belə tədris edilməsi qadağan edilmişdir. Koreya dilində nəşr edilən yeddi qəzetdən hər birininin fəaliyyətinə son verilmiş, yalnız kommunizm məzmunlu xəbərlər və məlumatlar hazırlayan Lenin Kiçi adlı qəzetin fəaliyyətinə sonradan icazə verilmişdir.[26]

Lenin Kiçi qəzeti bu gün Koryo İlbo adı altında Qazaxıstanın Almatı şəhərində nəşr edilməkdədir 2.000 tirajla çap edilir. 1937-ci ildə baş vermiş Sovet İttifaqında koreyalıların deportasiyası, koreya dilinin tədrisdən zamanla ikinci dilə çevrilməsi və sonradan qadağan edilməsi kimi faktorlar koyro-saramlar arasında koreya dilindən istifadənin kəskin formada azalmasına və dilin itməsinə səbəb olmuşdur. Qlasnost dövrünə qədər Sovet İttifaqında koreyalıların deportasiyası məsələsi haqqında açıq formada danışmağa və müzakirə aparmağa icazə verilmirdi.

Koreyanın azad edilməsi və bölünməsi

[redaktə | mənbəni redaktə et]

Mövcud vəziyyət

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Asiya

[redaktə | mənbəni redaktə et]

Cənubi Koreyaya qayıdış

[redaktə | mənbəni redaktə et]

Mədəniyyət və mətbəx

[redaktə | mənbəni redaktə et]
  1. "Опубликованы данные об этническом составе населения Узбекистана". 20 August 2021. 23 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2024.
  2. "Всероссийская перепись населения 2010. Национальный состав населения РФ 2010". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  3. "Republic of Kazakhstan population by ethnic origin in 2020". Statistics Committee of Ministry of National Economy of Republic of Kazakhstan.
  4. "Total population by nationality - Open Data - Statistics of the Kyrgyz Republic". www.stat.kg. 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  5. "сеукраїнський перепис населення 2001 - Результати - Національний склад населення, мовні ознаки, громадянство - Розподіл населення за національністю та рідною мовою - корейці". www.2001.ukrcensus.gov.ua. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  6. "今話題のニュース配信サービス". 2016-06-24 tarixində arxivləşdirilib.
  7. "Archived copy" (PDF). stat.tj. 16 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 June 2022.
  8. "НАЦИОНАЛЬНЫЙ СТАТИСТИЧЕСКИЙ КОМИТЕТ РЕСПУБЛИКИ БЕЛАРУСЬ" (PDF) (rus). səh. 32. 2021-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-02.
  9. "POPULATION, 31 DECEMBER 2021 by Year, Ethnic nationality, Place of residence and Sex". 11 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2024.
  10. Schlyter, 2004, Footnote 10
  11. "Ukrainian Refugees of Korean Descent Seek Fresh Start in South Korea". Asia Pacific Foundation of Canada (ingilis). March 28, 2023. 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  12. Rinna, Anthony. "A Land They Never Knew: Ethnic Koreans From Ukraine Seeking Help in the ROK". Sino-NK (ingilis). 2022-08-17. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  13. Pohl, 1999. səh. 18
  14. See, for instance, the Koryo-saram category on the Korean wikipedia
  15. 1 2 Lee, 2000. səh. 7
  16. Pohl, 1999. səh. 9
  17. "블라디보스토크의 한인마을은 왜 신한촌이라고 불리게 되었을까?". Encyclopedia of Overseas Korean Culture. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.
  18. Lee, 2000. səh. 8
  19. 1 2 3 4 Pohl, 1999. səh. 10
  20. Russian Census, 1897
  21. Lee, 2000. səh. 14
  22. Lee, 2000. səh. 15
  23. Pohl, 1999. səh. 13–14
  24. Lee, 2000. səh. 141
  25. Pohl, 1999. səh. 11
  26. Pohl, 1999. səh. 15