Koriski burnu
Naviqasiyaya keç
Axtarışa keç
Koriski burnu | |
---|---|
Yerləşməsi | |
45°33′15″ şm. e. 148°45′11″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Rusiya |
|
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları).
İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir.
İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər. Bununla belə İturup adasının ucqar şimal nöqtəsi 3 km şərqdə Tepta burnudur[1].
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Навигационное описание: Курильские острова". 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.