Kompüter qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir.[1]
Ümumi Dəyərləndirmə
[redaktə | mənbəni redaktə et]Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir.
- Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi
- Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar
- Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələri
Bu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası. Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü)) qrafikadan hələ də geniş istifadə olunur. Son onillikdə o, informasiya vizual effektləri, elmi vizual effektlər kimi digər ixtisaslaşmış sahələrdə də inkişaf edir. Onlar daha çox 3D hadisələrin (memarlıq, meteoroloji, tibbi, bioloji) vizuallaşdırılması ilə məşğul olurlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlkin hesablama maşınları qrafika ilə işləmək üçün ayrı-ayrı vasitələrə malik deyildilər, lakin onlar şəkillərin əldə edilməsi və emalı üçün artıq istifadə olunurdular. Lamplar matrisası əsasında qurulmuş ilkin elektron maşınlarının yaddaşını proqramlayaraq, naxışlara nail olmaq mümkün olmuşdur.
1961-ci ildə proqramçı S. Rassel qrafika ilə olan birinci kompüter oyununun yaradılması üzrə layihəyə başçılıq etdi. Oyunun yaradılması ("Spacewar!") təxminən 200 insan-saatı çəkmişdir. Oyun PDR-1 maşınında yaradılmışdır.
1963-cü ildə amerikan alimi Ayven Sazerlend Sketchpad proqram-apparat kompleksini yaratdı. Kompleks dəstə üzərində rəqəmsal qələmlə nöqtə, xətt və dairələri çəkməyə imkan verirdi. Primitivlərlə əsas hərəkətlər istifadə edilə bilərdi: yerdəyişdirilmə, kopyalama və sairləri. Əslində, bu kompüterdə realizə edilmiş birinci vektor redaktoru idi. Həmçinin bu proqramı ilkin qrafik interfeysi adlandırmaq olar.
1960-cı illərin ortalarında kompüter qrafikanın sənayə tətbiqedilmələrində işləmələr üzə çıxmağa başlamışdılar. Belə ki, T. Mofetin və N. Teylorun rəhbərliyi altında İTEK şirkəti rəqəmsal elektron cizgi maşınını işlədib-hazırlamışdır. 1964-cü ildə General Motors İBM-lə birlikdə işlədib-hazırlanmış DAC-1 avtomatizə edilmiş layihələndirmə sistemini təqdim etmişdir.
1964-cü ildə N. N Konstantinovun rəhbərliyi altında qrup tərəfindən pişiyin hərəkətinin riyazi modeli yaradılmışdır. BESM-4 maşını, diferensial tənliklərinin həll edilməsi üzrə yazılmış proqramı həyata keçirərək, öz zamanı üçün irəliləyiş olan "Pişikcik" multfilmi çəkirdi. Vizualizasiya üçün əlifba-rəqəmsal printer istifadə edilirdi.
1968-ci ildə şəkillərin yaddaşda saxlanması və onları kompüter displeyində, elektron-şüa dəstəkdə çıxardılması imkanının meydana çıxması ilə kompüter qrafikası çox mühüm tərəqqi keçirmişdir.
Kompüter qrafikasının növləri
[redaktə | mənbəni redaktə et]Rastr qrafika
[redaktə | mənbəni redaktə et]Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Adobe Photoshop, GIMP, Krita, Microsoft Paint, Corel Photo-Paint proqramları daxildir. Rastr təsvirlərin mənfi cəhəti kompüterin yaddaşında iri həcmli yer tutmasıdır, bu da təsvirin hər bir nöqtəsinin yaddaşda özünəməxsus həcm ayırması ilə izah olunur[2].
Vektor qrafika
[redaktə | mənbəni redaktə et]Vektor qrafika redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə təyin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafiki əks olunma daha sadə və asandir. Vektor qrafik redaktorlarına Adobe Illustrator, CorelDRAW və Inkscape proqramları daxildir.
Fraktal qrafika
[redaktə | mənbəni redaktə et]Fraktal qrafika vektor qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, süxur laylarının və s. imitasiyaları yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fraktal üçbucaq fraktal qrafikaya missal ola bilər.
Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "What is Computer Graphics?". www.graphics.cornell.edu. 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ Gözəlova R. Y., Gözəlova H. Y. "CorelDraw" Praktiki Vəsait, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 226 səh., ISBN 978-9952-434-62-0