Kerri (film, 2013)
Kerri Carrie | |
---|---|
ing. Carrie | |
| |
Janr |
dram qorxu |
Əsas mövzu | qisas[d], fövqəltəbiilik |
Rejissor | Kimberli Pirs |
Prodüser | Kevin Mişer |
Əsərin müəllifi | Stefen King |
Baş rollarda |
Kloe Qreys Moretz Culianna Mur Cudi Qrir Qabriella Uilde |
Bəstəkar | Marko Beltrami |
İstehsalçı | Misher Films |
Distribütor | Sony Pictures, Netflix |
İlk baxış tarixi | 7 oktyabr 2013[1], 5 dekabr 2013[2], 17 oktyabr 2013[3] |
Müddət | 99 dəqiqə |
Büdcə | $30 milyon |
Gəlir | $84,790,678 |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 18 oktyabr 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Toronto |
IMDb | ID1939659 |
Kerri [4](ing. Carrie) 2013-cü il Amerika istehsalı olan qorxu, fövqəltəbii və dram janrlı filmdir.[5] Bu film 1978-ci ildə eyni adlı əsər əsasında Metro-Goldwyn-Mayer tərəfindən hazırlanmış filmin motivləri əsasındadır.[6]
Əsas rollara Kloe Qreys Moretz və Culianna Mur çəkiliblər.
Məzmun
[redaktə | mənbəni redaktə et]Marqaret Vayt yalnız yaşadığı evdə tək başına uşaq dünyaya gətirir. O uşaq isə onun günahının məhsuludur. Dindar olan Marqaret əvvəlcə uşağı öldürmək istəyir, lakin daha sonra fikrini dəyişir.
İllər keçir. Kerri Vayt utanqac və ətrafdakılar tərəfindən təhqir və tədric olunan bir qızdır. Bir gün idman dərsindən sonra hamamda Kerridə ilk dəfə olaraq qadın xəstəliyi baş verir. Bunun nə olduğunu bilməyən Kerri qanaxmadan öləcəyini fikirləşir və qorxaraq digər qızların yanına qaçır və qışqıraraq onlardan kömək istəyir. Qızlar isə ona gülürlər və hər biri qadın bezlərini onun üstünə atırlar. Bu vaxt qızlardan biri Kris bu anı öz telefonuna çəkərək YouTube portalına yerləşdirir. Səs küyə idman müəlliməsi Mis Deskardin gəlir və qızlara bərk əsəbləşəeək onları hamamdan çıxardır. Daha sonra isə Kerrini anası Marqaritlə birgə evə göndərir. Marqarit həmçinin qadında aybaşının olmasını günah hesab edir. Evə gəldikdən sonra Marqarit Kerriyə dua otağına girərək günahının bağışlanmasını diləməsini deyir. Kerri isə heç bir günah etmədiyini və o otağa girməyəcəyini deyir. Bu vaxt Marqarit qızı vuraraq onu zorla otağa bağlayır. Kerri qışqıraraq onu çıxartmasını istədiyi bir vaxt qapı birdən-birə çartlayır.
Mis Dekardin qızların Kerriyə belə davranışına görə tənqid edir və cəza olaraq onları meydançada qaçızdırır. Buna hirslənən Kris heç bir şey etmədiklərini deyir və oradan uzaqlaçır.
Kerri özündə telekinetik qüvvənin olduğunu kəşf edir. Bu qüvvəyə malik insanlar əşyaları, cisimləri, maddələri düşüncə gücüylə hərəkətə gətirə bilirlər. Sahib olduğu gücün incəliklərini öyrənmək üçün Kerri araşdırmalara başlayır.
Sue hamamda olanlar və Kerriyə etdikləri bu şey üçün təəssüflənir. Səhvini düzəltmək üçün o, sevgilisi Tomiyə onu məzun gecəsinə dəvət etməsini xahiş edir. Kerri bu dəvəti qəbul edir. Anası isə bundan çox qorxur. O, Kerrinin sahib olduğu bu gücün şeytan tərəfindən ona göndərildiyinə inanır və Kerrinin gecəyə getməsini istəmir. Kerri isə gücü vasitəsilə anasını dua otağına bağlayır və evə gecikməyəcəyini deyərək Tommi ilə birgə yola çıxır.
Kris olanları həzm edə bilmir. Buna görə də Kerridən qisas almağı fikirləşir. Bu məqsədlə sevgilisi ilə birgə plan qururlar. Belə ki, Kerri və Tomi gecənin cütlükləri elan olunacaqları təqdirdə öldürmüş olduqları donuzun qanını yuxarıdan Kerrinin başına tökəcək və hamamda olanları hamıya görüntüləyəcəklər. Bunları edərkən isə heç kim onları görməməlidir.
Həmin an gəlib çatır. Gecənin cütlükləri seçilən Tomi və Kerri alqışlarla səhnəyə çıxırlar. Bu gün Kerrinin ən xoşbəxt günü idi. İlk dəfə hamı tərəfindən səmimiyyətlə alqışlanan Kerri heç bilmirki indi nələr olacaq. Kris və sevgilisi planı icra etdilər. Əvvəlcə donuz qanını vedrə ilə Kerrinin üstünə tökdülər. Bir an sükut oldu. Tomi həyəcanlı bir halda ətrafa baxaraq nələrin baş verdiyini anlamağa çalışır. Bu arada Suedə gəlib çıxır. Çünki Kris ona ələsalma məktub göndərmişdi. Pis şeylərin olacağını fikirləşən Sue gecəyə gələrək o vəziyyəti gördü. Elə bu vaxt hamamda olan görüntülər ağ divarda görüntülənməyə başladı. Bunu da etdikdən sonra Kris və sevgilisi dərhal gizlincə oradan qaçırlar. Görüntülərin meydana çıxması ilə bərabər salon gülüşlərə qərq oldu.
Kerri isə nifrət və intiqam baxışları ilə yavaş-yavaş başını qaldıraraq ona gülənlərə baxdı. Bu vaxt isə bədbəxt hadisə baş verdi. Vedrə yuxarıdan səhnənin ortasında dayanan Tominin başına düşür. Tomi yerə yıxılır və elə oradaca ölür. Tominin öldüyünü başa düşən Kerri bir anda öz nifrəti ilə telekinetik qüvvəsini böyük masaya yönəldərək salondakıların üstünə fırladır. Salon bir anda gülüş yerini qışqırıqlara verir. Kerri sahib olduğu bütün gücü ortaya qoyaraq salondakı hər bir şeyi — masa, ağır əşyalar və elektrik naqillərini salondakıların üstünə fırladır. Neçə-neçə insanlar faciəvi şəkildə salonda Kerrinin nifrətli qisası qarşısında öldülər.
Kris və sevgilisi hadisələrdən xəbərsiz maşınla gedirlər. Bu vaxt qarşıda Kerrini görürlər. Kris oğlana onu vurmasını qışqırır. Maşın Kerriyə çatmamış sanki bir yerlə toqquşmuş kimi dayandı. Bu ani dayanışda kəməri taxmayan Krisin sevgilisinin başı sükana möhkəm dəyir və o ölür. Onun öldüyünü görən Kris qorxaraq maşını işə salmağa çalışır. Kerri maşını havaya qaldıraraq böyük sürətlə mağazaya çırpır. Kris elə oradaca Kerriyə baxan vahiməli gözlərlə can verir. Bundan sonra Kerri yaxınlıqdakı elektrik naqilini tüstülənən maşının üstünə salaraq onu partladır.
Evə qayıdan Kerri pis halda anaası ilə üzləşir. Anası onu bağrına basır və hər şeyin düzələcəyini deyir. Marqaret qızına əhvalatı danışır. Hansıki belə bir gecədə bir oğlanla tanış olmuşdu və həmin oğlan onu bir yerə aparmışdı. Ona görə Marqaret Kerrini gönah toxumu adlandırmışdı. Bu vaxt Marqaret Kerrini bıçaqla arxanad vurur. Şok olmuş vəziyyətdə Kerri qüvvəsi ilə anasını divara çırpır və bıçaq və digər iti şeyləri onun üstünə atır. Marqaret aldığı yaralardan ölür.
Bu vaxt Sue gəlir və ev zəlzələ baş verirmiş kimi sirkələnərək dağılmağa başlayır. Sue Kerriyə kömək etmək üçün evə girir və onu çıxartmağa çalışır. Kerri isə onu enerjisi ilə evdən çıxarır və ev dağılır. Kerri ölür və bu hadısələrdən sonra Sue Kerrinin məzarına gələrək gül dəstəsi qoyur. Məzar daşının üstünə kimlərsə "Kerri Vayt! Cəhənnəmdə yan! sözlərini yazıblar. Sue oradan uzaqlaşandan sonra məzar daşı birdən-birə parçalanır.
Alternativ sonluq
[redaktə | mənbəni redaktə et]Sue xəstəxanaya gələrək hamilə olduğunu öyrənir. Bu vaxt bətnindəki uşaq əli ilə onun qarnını parçalayır. Sue qışqırıq və qorxu içərisində yuxudan oyanır.
Rollarda
[redaktə | mənbəni redaktə et]Ad | Rol |
---|---|
Kloe Qreys Moretz | Kerri Vayt |
Culianna Mur | Marqaret Vayt |
Qabriella Uild | Sue |
Ansel Elqort | Tomi |
Aleks Russel | Billi |
Cudi Qrir | Mis Descardin |
Zoee Belkin | Tina |
Mükafatlar
[redaktə | mənbəni redaktə et]İl | Festival | Mükafat | Kataqoriya | Alanlar |
---|---|---|---|---|
2014 | People's Choice Awards | Ən yaxşı qorxu filmi | Ən yaxşı qorxu filmi | Kerri |
Ev üçün buraxılış
[redaktə | mənbəni redaktə et]Filmin DVD diski 14 yanvar 2014-cü ildə satışa çıxarıldı.[7] DVD-də filmdən silinmiş səhnələr və eləcə də filmin alternativ sonluğu yer alıb.[8]
Gəlir
[redaktə | mənbəni redaktə et]30 milyon dollarlıq film nümayişə başladıqdan sonra tamaşaçıların marağına səbəb olub. Ümumilikdə film 84 milyondan çox gəlir gətirib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Freebase Data Dumps. Google.
- ↑ IMDb (ing.). 1990.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ "Arxivlənmiş surət". 2014-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
- ↑ "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
- ↑ "Arxivlənmiş surət". 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
- ↑ "Arxivlənmiş surət". 2014-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
- ↑ "Arxivlənmiş surət". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
Xarici Keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi vebsayt (ing.)
- Kerri — Internet Movie Database saytında