Kernqorms Milli Parkı
Kern-gorms Milli Parkı | |
---|---|
Pàirc Nàiseanta a' Mhonaidh Ruaidh | |
Sahəsi | 4528 km² |
Yaradılma tarixi | 2003 il |
İdarəetmə orqanı | Milli parklar agentliyi (ing. National Park Authority) |
Dağlar | Ben-Makdui, Kern-Qorm |
Çaylar | Di, Spey |
Göl | Lox-an-Eylin |
Yerləşməsi | |
57°07′ şm. e. 3°35′ ş. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | Şotlandiya |
Yaxın şəhər | Avimor |
cairngorms.co.uk | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kernqorms Milli Parkı— (ing. Cairngorms National Park, şot.kelt Pàirc Nàiseanta a' Mhonaidh Ruaidh) Şotlandiyanın cənubunda, Qrampian dağlarının şimal yamacında yerləşir.
Yaranma tarixi və məqsədi
[redaktə | mənbəni redaktə et]Kerngorms qoruğu 1954-cü ildə təbii halda bitən çinar ağaclarının qorunması məqsədi ilə yaradılmışdır. Ərazisi 4.528 km² təşkil edir. 2003-cü ildə Milli Park səviyəsinə çatmışdır. 2010-cu ildə isə Pert-end-Kinross əyalətinin ərazisinin bir hissəsi parkın ərazisinə daxil edilmişdir.
Parkın əhatə etdiyi ərazilər
[redaktə | mənbəni redaktə et]Parkın ərazisi Şotlandiya torpaqlarının cəmi 10%-ni təşkil edir. Əsasən dağlıq olan ərazini Abendirşır, Anqus, Mori, Haylend və Pert-end-Kinross bölgələrinin torpaqlarında yerləşir. Burada Böyük Britaniyanın 5 ən hündür zirvəsindən 4-ü yerləşir. Bunlar: Ben-Makdui (1309 m.), Kern-Qorm ( 1244 m.), Cairn Toul (1291 m.), Braeriach (1296 m.).
Flora və faunası
[redaktə | mənbəni redaktə et]Parkın ərazisində İngiltərədə mövcud olan ən böyük təbii meşələr yerləşir.Burada şam, ardıc, əsməqovaq, söyüd, tozağacı, qızılağac, quşarmudu aspen ağacları təbii halda bitir.Qoruğun ərazisində əsasən meşə heyvanları yaşayır. Bunlar dovşan, Avropa cüyürü, nəcib maral, meşə pişiyi. Çay qaraquşu, şahin, tetra, berqut parkın ornitofaunasını təmsil edr. Çay qaraquşunun sayı bu ərazilərdə az olduğuna görə nadir növlərdən hesab edilir.