Kayum Nasiri
Kayum Nasiri | |
---|---|
Qabdelkayum Qabdennasır oğlu Nasıri | |
Doğum tarixi | |
Doğum yeri | Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndi |
Vəfat tarixi | 20 avqust, 1902 |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Atası | Əbdünnəsir |
Elm sahələri | etnoqrafiya[1], folklorşünaslıq[1], tarix[1], dilçilik[1], Tədqiqat və inkişaf[1] |
Tanınır | tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsr maarifçisi. |
Vikianbarda əlaqəli mediafayllar |
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir. Bu Nasirinin tədrisdə ilk təcrübəsi idi. O, ruslar üçün dini orta məktəb olan Ruhani Seminariyada tədrisini davam etdirərək bu illər ərzində rus tələbələrlə söhbət edərək rus dili biliyini daha da təkmilləşdirir. Əsas məqsədi missionerlik olan bu məktəblərdə Kayum Nasiri nə üçün fəaliyyət göstərdiyini Ali Rahim "Qəyyum Nasiri'nin tərcümə-i halı" adlı məqaləsində onun "qüsursuz şəkildə ruscanı öyrənmək və bu minvalla da qərb elmlərinə və universitet mühitinə yol tapmaq arzusu ilə izah edir". Növbəti illərdə Kayum Nasiri pulsuz dinləyici olaraq Kazan Universitetinə daxil oldu. Özünü tatar millətinin marrifləndirilməsinə həsr edən bu görkəmli şəxsiyyət dərs kitabları yazaraq, təqvimlər çap edib tərcümələr edərək və şagirdlərə dərs verərək varlıq ilə yoxluq arasında dolanışığını təmin etməyə çalışmışdır.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Görkəmli tatar maarifçisi Kayum Nasiri 1879-cu ildən ədəbi-bədii və elmi işlə məşğul olan yazıçı kimi tanınmışdı. O, ərəb, fars, türk, cığatay və rus dillərini mükəmməl bilirdi. K. Nasirin ilk əsəri 1859-cu ildə yazılan "Qısa nəhv kitabı"dır. 1871-ci ildən isə təqvim buraxmağa başlamışdır. Onun 24 il ərzində nəşr etdirdiyi təqvim Tatarıstanda elmi-ədəbi məcmuə kimi mühüm əhəmiyyət kəsb etmişdi. K. Nasiri "Ləhceyi-tatar", "Rusca-tatarca lüğət", "Əxlaq risaləsi", "Tərbiyə kitabı", "Qanuni-səhhət", "Yer-yurt", "Adətlər" və s. bu kimi əsərlərin müəllifidir. O, 1885-ci ildə Kazan Universiteti nəzdindəki Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. K. Nasiri ədəbi, elmi və pedaqoji fəaliyyətlə yanaşı tatar ictimai-fikrinin inkişafında mühüm rol oynamışdı. Onun jurnalist, folklorşünas, maarifçi və dilçi kimi də elm aləmində özünəməxsus yeri vardı.[2]
Görkəmli tatar yazıçısı Kayum Nasıri Şərqin məşhur alimi və mütəfəkkiri Əbu Əli İbn Sina haqqında xalqın yaratdığı əfsanələr əsasında yazdığı "Əbuəlisina haqqında rəvayətlər" əsəri ən məşhur əsərlərindən biridir. Əsərdə Əbuəlisina yoxsulların müdafiəçisi kimi, haqq və ədalət uğrunda çarpışan bir igid kimi verilmişdir. Əsər Azərbaycan dilinə Sara Tahirova tərəfindən tərcümə edilmişdir. Aqil insan Əbuəlisina və onun yoldaşlarının sərgüzəştləri fantastika və həqiqətin sintezində təsvir olunduğundan əsər gənc nəslin təlim-tərbiyəsində, biliklərə yiyələnmək həvəsinin formalaşması və ictimai şüurunun inkişafında müstəsna əhəmiyyət kəsb edir. Kitabda mütərəqqi elmi baxışlarına görə İbn Sinanın təqib olunduğu və tez-tez bir şəhərdən başqa şəhərə, bir ölkədən başqa ölkəyə köçməyə məcbur olduğu vurğulanır. Cəsarətli fikirləri, riskli qərarları ilə dövrünün insanlarından, hətta həmkarlarından fərqlənən İbn Sina bir şəxsiyyət kimi də yeknəsəklikdən uzaq, daim inkişaf edən, əldə etdiyi yenilikləri digər yeni məkan və zamanlara daşımağı bacaran alim idi. Onun yerdəyişməsinin səbəblərindən biri də, məhz bilik öyrənmək və öyrətmək, elmi inkişafa nail olmaq və yeni fəaliyyət arealı qazanmaq tələbindən irəli gəlirdi. Bu xüsusiyyət onun özündən çox cəmiyyətə lazım idi.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Tatar Bilgini Kayyum Nasiri`yi Anarken
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Nasyri, Kajum // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Mehdiyeva N. C. Türk xalqlarının tarixi. Yeni dövr/XIX-XX əsrin əvvəlləri/. Dərslik. Bakı, 2003, s.154–155
- ↑ "Tatar Bilgini Kayyum Nasiri`yi Anarken". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
- ↑ İradə Zərqan. İbn Sina irsi müasir Azərbaycan alimlərinin tədqiqatlarında//Dövlət və Din — № 01 (48) yanvar — fevral, 2017, s.109