Kastiliyalı Yekaterina
Kastilyalı Ketrin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1403, 1406 və ya 1403[1] |
Vəfat tarixi | 19 oktyabr 1439 və ya 1439[1] |
Vəfat yeri |
|
Atası | III Henri |
Anası | Lankasterli Ketrin |
Həyat yoldaşı | Araqonlu Henri |
Uşağı | 1 |
Ailəsi | Trastamar sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Kastiliyalı Ketrin (isp. Catarina de Castilla) (d. 1403 - ö. 19 oktyabr 1439) – Kastiliya kralı III Henri və xanımı Lankasterli Ketrinin kiçik qızı, Kastiliya infantası.
1415-ci ildə o, Araqon kralı olan əmisi Ferdinandın oğlu Henriylə nişanlandı. Eyni razılığa görə, Ketrinin kral qardaşı II Con Henrinin bacısı ilə, bacısı Mariya isə Henrinin digər qardaşı Alfonso ilə evlənməli idi. Beləcə, mərhum Kastiliya kralı III Henrinin hər 3 övladı da Araqon kralının ailəsiylə evlənmişdi. Cütlüyün nikah mərasimi 1418-ci ildə baş tutdu.
Ancaq çox keçmədən əri Henri kral qardaşı V Alfonso ilə siyasi mübarizəyə başladı və bu səbəblə cütlük 1420-ci ildə sürgün edildi. Kastiliyalı Ketrinə qardaşı tərəfindən verilən Villena hersoqluğu isə mövcud siyasi gərginlik səbəbilə 1427-ci ilədək verilmədi.
Kastiliyalı Ketrin 1439-cu ildə erkən doğuş səbəbilə övladını itirdi və qanaxma səbəbilə çox keçmədən vəfat etdi. Ölümünün ardından qardaşı II Con Villena hersoqluğunu Kastiliya krallığına birləşdirdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- de Sousa, Antonio Caetano (1735). Historia genealogica da casa real portugueza
- Earenfight, Theresa. (2010). The King's other Body: María of Castile and the Crown of Aragon. University of Pennsylvania Press. ISBN 0-8122-4185-1.
- Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan. ISBN 0-312-21341-7.
- Previte-Orton, C.W. (1912). The Shorter Cambridge Medieval History. Volume 2. Cambridge at the University Press.
- Álvarez Palenzuela, Vicente. "María de Castilla". Diccionario biográfico España (in Spanish).
- ↑ 1 2 Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1