Karlos Alvarado Kesada

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karlos Andres Alvarado Kesada
isp. Carlos Andrés Alvarado Quesada
Kosta-Rika Respublikasının Prezidenti
8 may 2018 – h.h
ƏvvəlkiLuis Gilyermo Solis
Əmək və Sosial Təhlükəsizlik Naziri
29 mart 2016 – 19 yanvar 2017
ƏvvəlkiViktor Morales Mora
SonrakıAlfredo Xasbum Kamaço
İnsan və Sosial İnkişaf Naziri
10 iyul 2014 – 29 mart 2016
ƏvvəlkiFernando Marin Roxas
SonrakıEmilio Arias Rodriges
Şəxsi məlumatlar
Doğum tarixi (44 yaş)
Doğum yeri San-Xose, Kosta-Rika
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı
Həyat yoldaşı Klaudia Dobles Kamarqo (2010–h.h)
Uşağı Qabriel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlos Alvarado Kesada (isp. Carlos Andrés Alvarado Quesada; 14 yanvar 1980[2], San-Xose) — Kosta-Rika siyasətçisi, yazıçı, jurnalist, politoloq və Kosta-Rikanın 48-ci Prezidenti.

Prezident vəzifəsinə başladığında 38 yaşında olan Alvarado 1914-cü ildə 36 yaşlı Alfredo Qonsales Floresdən sonra ən gənc Kosta-Rika Prezidenti oldu. José María Figueres Olsendən bəri ən pis və ən populyar olmayan prezident oldu.

Alvarado Kosta-Rika Universitetində rabitə üzrə bakalavr dərəcəsi və siyasət elmləri üzrə magistr dərəcəsi alıb. O, 2008–2009-cu illərdə İngiltərənin Falmer şəhərindəki Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunda inkişaf araşdırmaları üzrə magistr dərəcəsi alaraq çivninq alim dərəcəsini qazanıb.[3]

Alvarado tələbə ikən gələcək həyat yoldaşı Klaudia Dobles Kamarqo məktəbə gedərkən məktəb avtobusunda tanış olub.[4]

Alvarado Roma katolikidir.[5]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Alvarado Quesada 2006-cı ildə Perro Azul ilə "Transcripciones Infieles" hekayələr antologiyasını nəşr etdirdi. Elə həmin il "La Historia de Cornelius Brown" romanı ilə Kosta Rikasının Gənc Yaradıcı Mükafatını qazandı. 2012-ci ildə Kosta Rikadakı qaranlıq tarixi dövrü əks etdirən "Las Posesiones" tarixi romanını nəşr etdirdi, burada o vaxtkı hökumətin İkinci Dünya Müharibəsi əsnasında alman və italyan asılılığından yazdı.[6]

İlk siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2006–2010-cu illərdə Kosta-Rika Qanunvericilik Məclisində Vətəndaş Hərəkatı Partiyası məsləhətçisi vəzifəsində çalışıb. KOM-ların maliyyələşdirilməsində İngiltərənin İnkişaf Araşdırmaları İnstitutunun məsləhətçisi olub. Kosta-Rika Universitetinin Kollektiv Rabitə Elmləri Məktəbinin professoru və Kosta-Rika Latın Universitetinin Jurnalistika Məktəbinə direktorluq edib. Solis Rivera rəhbərliyi dövründə İnsan və Sosial İnkişaf Naziri və Birgə Sosial Rifah İnstitutunun İcraçı Prezidenti vəzifələrində çalışmış, yoxsulluqla mübarizə və az təminatlı əhaliyə dövlət yardımı etmə üzrə fəaliyyət göstərmişdir. Viktor Morales Moranın nazir vəzifəsindən istefa etməsindən sonra Alvarado Əmək Naziri təyin edildi.[7]

Bu postda həmkarlar ittifaqı ilə uğurlu danışıqlarda Kosta-Rika Bankı, JAPDEVA və KRNEZ dövlət kollektiv müqavilələrinin faydalarının azaldılması görüldü. Heç bir öncəki hökumət kollektiv danışıqların mənfi tərəfinə qədər müzakirə aparmamışdı. Alvaradonun rəhbərliyi dövründə müəllim peşəsinin təqaüd prosedurlarında yeddi aydan iki aya qədər azalma əldə edildi. Beynəlxalq Əmək Təşkilatının 204 saylı tövsiyəsinə əsasən işçilər, işəgötürənlər və hökumət arasındakı yekdil razılaşmada və eyni sektorlar arasında qeyri-rəsmiliyi azaltmaq üçün üçtərəfli razılaşmada özəl sektorun əmək haqqı formulunu yenidən müzakirə etməyi bacardı. Yüksək təqaüdləri azaldan qanunların həyata keçirilməsini, habelə bir neçə keçmiş millət vəkilinin müraciətindən sonra Əmək Nazirliyinin bu qanunları Konstitusiya Palatası qarşısında müdafiə etməsini təşviq etdi. Alvarado Əmək Nazirliyinə 2017-ci ilin iyul ayında Əmək Proseduru İslahatının qüvvəyə minməsi üçün büdcəyə ayıracağı və yeni iş yerləri açmağa zəmanət verdi.

Prezident fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1 aprel 2018-ci ildə Alvarado prezident seçkilərində Fabritsio Alvarado Munosu məğlub edərək 61% səslə prezident seçildi. Amerika İnsan Hüquqları Məhkəməsinin verdiyi qərar Kosta-Rikanın eyni cinsli birlikləri tanımasını tələb edirdi, lakin sonradan eyni cinsli şəxslərin evliliyi əsas mövzu oldu. Alvarado Munos eyni cinsli evliliyə qarşı kampaniya apararkən, Alvarado Kesada məhkəmənin qərarına hörmətlə yanaşdığını ifadə etdi. Alvarado Kesada seçki nəticələrin proqnozlaşdıran anketləri yanıltaraq seçkilərində qalib gəldi. 8 may 2018-ci il tarixində and içdi.

Prezident olaraq Karlos Alvarado Kesada səylərini Kosta-Rika iqtisadiyyatının karbondan təmizlənməsinə yönəltdi. Ölkənin qarşısına 2050-ci ilədək sıfır xalis emissiya əldə etməyi məqsəd qoydu və buna nail olmaq üçün tədbirlər həyata keçirdi. Ölkədəki istixana qazı tullantılarının 40%-i nəqliyyatdan qaynaqlandığından paytaxt San-Xosedə elektrikli dəmir yolunu digər ictimai nəqliyyatla əvəzləməyə çalışdı. 24 fevral 2019-cu ildə kosta-rikalı keçmiş BMTİDÇK rəhbəri Kristiana Fiqereslə birgə ölkə iqtisadiyyatının tam dekarbonlaşdırılması üçün plan başlatdı. Bununla da o, karbohidrogenləşməni "nəslimizin böyük problemi" olaraq xarakterizə etdi və "Kosta-Rika buna nail ola bilən ilk ölkə olmalıdır, ilk olmasa da ilklər arasında olmalıdır" bəyanatını verdi.[8]

  1. 1 2 3 4 https://www.oecd.org/mcm/whos-who/MCM%202016_Costa%20Rica_Carlos%20Alvarado%20Briceno.pdf.
  2. Carlos Alvarado // Munzinger Personen (alm.).
  3. "Arxivlənmiş surət" (PDF). 2020-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-26.
  4. "Arxivlənmiş surət". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  5. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  6. "Arxivlənmiş surət". 2020-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  7. "Arxivlənmiş surət" (PDF). 2020-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-26.
  8. "Arxivlənmiş surət". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]