Kamran Əliyev (filoloq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamran Əliyev
Kamran İmran oğlu Əliyev
Doğum tarixi 5 mart 1953(1953-03-05)
Doğum yeri
Vəfat tarixi 24 dekabr 2020(2020-12-24) (67 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahələri Azərbaycan dili və ədəbiyyatı
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı
İş yeri
Üzvlüyü

Kamran İmran oğlu Əliyev (5 mart 1953, Diyadin, Noraşen rayonu24 dekabr 2020, Bakı) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professor.[1]

Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Univertsitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976–1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

1980-cı ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının, Folklor İnstitunun Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Müxtəlif illərdə orta məktəbdə, liseydə və ali məktəbdə dərs demişdir.Hal- hazırda Azərbaycan MEA Folklor İnstitunun aparıcı elmi işçisidir.

Kamran Əliyev AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir.[2]

24 dekabr 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.

  • XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri. Bakı: Elm, 1985.
  • Hüseyn Cavidin şəxsiyyəti və poetikası. Bakı: Yazıçı, 1997.
  • Azərbaycan romantizminin poetikası. Bakı: Elm, 2002.
  • Cavid möcüzəsi. Bakı: Nurlan, 2002.
  • Romantizm və folklor. Bakı: Elm, 2006.
  • Azərbaycan romantizminin nəzəriyyəsi. Bakı: Elm, 2006ş
  • Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu". Bakı: Elm və təhsil, 2011.
  • Abbas Zamanov olmasaydı. Bakı: Elm, 2011.
  • Tənqidin poetikası. Bakı: Elm və təhsil, 2012.
  • Ədəbiyyat tarixinə bir baxış (məqalələr). Bakı: Elm və təhsil, 2013.
  • Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar. Bakı: Elm və təhsil, 2013.
  • Ədəbiyyat (abituriyentlər üçün köməkçi vəsait). Bakı: Elm, 2014.
  • Açıq kitab "Dədə Qorqud". Bakı: Elm və təhsil, 2015.
  • Azərbaycan dili (abituriyentlər üçün köməkçi vəsait). Bakı: Elm və təhsil, 2015.
  • Çağdaş folklorşünaslığın problemləri. Bakı: Elm və təhsil, 2017.
  • Əsərləri 10 cilddə. Bakı: Elm və təhsil, 2018–2019.
  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. "Filologiya elmləri doktoru, professor Kamran Əliyev". 2012-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-06.