Kalistrat Saliya
Kalistrat Saliya | |
---|---|
gürc. კალისტრატე სალია | |
Doğum tarixi | 26 avqust 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 1986 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | tarix, kartvelologiya |
Təhsili |
Kalistrat Saliya (gürc. კალისტრატე სალია; 26 avqust 1901, Tsalencixa, Rusiya imperiyası[1] – 25 iyul 1986, Paris, Fransa) — Fransada fəaliyyət göstərmiş Gürcüstan alimi, kartveloloqu və tarixçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Saliya 1901-ci il iyulun 18-də Gürcüstanın qərbində, Minqreliyada anadan olmuşdur. Zuqdidi və Xaşuridə oxumuş, sonra 1920-ci ildə Tiflis Universitetinə daxil olmuşdur. 1921-ci ildə Gürcüstan sovetlər tərəfindən işğal edildikdən sonra Almaniyaya getmiş və orada Berlin Universitetinin Alman Dili İnstitutunda təhsil almışdır. 1924-cü ildə Fransaya köçmüş və 1927-ci ildə Paris Universitetini bitirmişdir. 1948-ci ildə həyat yoldaşı Nino Saliya ilə birlikdə kartvelologiyaya həsr olunmuş "Bedi Kartlisa" jurnalını təsis etmişdir. O, Gürcüstanın tarixi və ədəbiyyatı ilə bağlı bir sıra elmi əsərlər nəşr etdirmiş və xarici ensiklopediyalar üçün Gürcüstanla bağlı yazılar yazmışdır.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
- ↑ The Memorial Room of Nino and Kalistrate Salias Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine. Georgian National Center of Manuscripts
- ↑ Salia, Kalistrat. History of the Georgian Nation, Paris, 1983.
- 26 avqustda doğulanlar
- 1901-ci ildə doğulanlar
- Rusiya imperiyasında doğulanlar
- 25 iyulda vəfat edənlər
- 1986-cı ildə vəfat edənlər
- 84 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Didubi panteonunda dəfn olunanlar
- Berlin Humboldt Universitetinin məzunları
- Tbilisi Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Gürcüstan tarixçiləri
- Gürcüstan filoloqları