Kənçliyü
Kənçliyü — türk, altay və oğuz ənənəsində yağma mərasimi. Xan-ı Yağma da deyilir. Yağma və ya Talan olaraq da bilinir. (Hər iki söz də türkcədən farscaya keçmişdir. Kimilərinə görə isə əksinə farscadan türkcəyə keçmişdir.) Bir bölgədəki zəngin adamın və ya ağanın mallarını öz istəyiylə talan etdirməsi mənasını verər. Bu vəziyyət onun şöhrətini və şərəfini ucaldar. Bu mərasim onları yoxsul buraxmaz, əksinə daha təsirli bir mövqeyə yüksəldərdi. Əvvəllər bütün malını mülkünü yağma etdirmə ənənəsi varkən, sonralar bir az daha yüngülləşmiştir. Sonrakı dövrlərdə bütün mallarınıını paylamaq yerinə, qonaqlıq verilirdi. Bir çox primitiv mədəniyyətdə bənzər formalarda "Potlaç" adıyla bilinən və var olan bir tətbiqdir. Bundan başqa türklərdə Toy "şənlik", Toylamaq "şənlik etmək", Şölen (mərasim) kimi əyləncələr içərisində iştirak edən yağma və talan anlayışları yoxsullara yardım edilməsinin və ictimai məsuliyyətin yollarıdır.
Xan-ı Yağma, hədiyyə iqtisadiyyatı ilə əlaqədar bir ənənədir. Əvvəllər toy, bayram kimi ictimai fəaliyyətlərdə zəngin kəslər böyük ziyafətlər verirdilər. Ziyafətin sonunda qonaqlar istifadə edilən qızıl və gümüş yemək avadanlığını və qiymətli süfrə yaygılarını aparırdılar. Bu ziyafəti verən kimsənin cəmiyyət içindəki etibarı artardı.
Etimologiya
[redaktə | mənbəni redaktə et]- Kençliyü: (Kenc/ Gənc) kökündən törəmişdir. Gənclik sözü ilə eyni kökdən gəlir. Cavanlaşmaq, yenilənmək mənası vardır.
- Yağma: (Yağ) kökündən törəmişdir. Yağış kimi olmaq mənasını daşıyır.
- Talan: (Tal/Dal) kökündən törəmişdir. Talmaq (dalmaq) feilindən törəmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |