Jirondistlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnqilabi məhkəmədən öncə Brisso və 20 jirondist. Paris 1793.

Jirondistlər (fr. Girondins), Jirond (fr. Gironde) — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventmontanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır.

Kondorse[1], Brisso[2], Rolan[3], Qade, Vernu, İnar[4], Dük[5], Buzo[6] kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, RobespyerMarat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventmontanyarlara qarşı ən güclü fraksiya idilər. Bu üç önəmli şəxs yakobinçilərə qatılmazdan öncə Qanunverici Məclisdə əsas söz haqqı da jirondistlərə məxsus idi. Bununla birlikdə montanyarlar və jirondistlər 1791-ci ilin oktyabrından 1792-ci ilin martına qədər davam edənlər danışıqlar çərçivəsində Milli Konventdə razılığa gələ bilirlər. Onların razılığa gəldikləri mövzu müstəmləkə siyasətinin dəstəklənməsi və "azad dərili insanların" (ağ dərili) hüquqlarının qorunması ilə bağlı idi. Brisso və Vernunun 1792-ci ilin 24-28 mart tarixlərində hazırladıqları bu qanun aprelin 4-də nazirlər Klavier və Rolandın razı salınmasından sonra qəbul edildi.

Milli Konventin fəaliyyətinin ilk aylarında jirondistlər və montanyarlar arasında şiddətli qarşıdurmalar yaşanırdı.[7]

Müharibə mövzusu ətrafında bölünmə

[redaktə | mənbəni redaktə et]
Jak Pyer Brisso. Versal, 1792

Başlanğıca Fransanın İngiltərə modeli kimi konstitusiyalı monarxiya olacağını düşünən Avropa dövlətləri, belə bir quruluşun yaradılmasının onlar üçün təhlükə yaradacaqlarını düşündülər. 1791-ci il iyunun 20-də "Kralın Varendən uçuşu" (XVI Lüdovik və Mariya Antuanettanın ölkədən qaçma cəhdi)-ndan sonra güclü fraksiyalar və yakobinlərin əsas hissə 1791-ci il iyulun 17-də Şamp-de Marsda kralın taxtdan endirilməsi və Fransada Respublikanın qurulması ilə bağlı qərar qəbul etdilər. Şamp-de Marsda qəbul edilən bu qərar yakobinlər arasında ayrılma yaratdı və Fransa İnqilabında dönüş nöqtəsinə çevrildi. 27 avqustda Avstriya imperatoru və Prussiya kralı arasında PillnitzAvropada XVI Lüdovikin hakimiyyətini təhdid edən təhlükə barəsində sözləşmə imzalandı. 1792-ci il 16 fevralda PrussiyaAvstriya arasında ittifaq müqaviləsi imzalandı və onlar Fransaya qarşı vuruşmaq üçün köçkünlərdən ibarət ordu yaradılması haqqında qərar verdilər. İspaniya, Rusiyaİsveçrə öz səfirlərini Fransadan geri çağırırlar. Brisso bu Avropa dövlətlərinə qarşı aparılacaq müharibənin İnqilabın inkişafında çox böyük rol oynayacağını düşünürdü. Lakin Maksimillian Robespyer Brissoya qarşı əks mövqe nümayiş etdirir.

Kral və Kraliça xilaslarının əsas səbəbini inqilabın məğlub edilməsində görürdülər və buna görə də müharibə fikrini dəstəkləyirdilər. Onlara görə öz hakimiyyətlərini xilas etmək üçün ən uyğun variant digər hökmdarlardan kömək istəmək idi.[8]

Müharibə haqqında müzakirələr

[redaktə | mənbəni redaktə et]

Müharibə ilə əlaqəli müzakirələr 1791-ci ilin oktyabrından 1792-ci ilin aprelinə qədər davam edir. Köçkünlərdən ibarət ordu Fransa sərhədlərinə yaxınlaşır və bu jirondistlərə inqilabi fikri Avropa xalqları arasında yaymaq üçün fürsət verir. 22 oktyabrda o problemin Qanunverici Məclisdə müzakirə olunmasına nail ola bildi. Oktyabrın 31-də İnar və Vernu da bu məsələni dəstəklədilər. Noyabrın 9-da Qanunverici Məclis bütün köçkünlərin Fransaya qaytarılması barədə qərar qəbul edir. 1791-ci il dekabrın 16-da müharibə barədə böyük müzakirə yaradan Qanunverici Məclisdə Brisso belə çıxış edir:[9]

" Sərhədləri təhdid edilən, tələbləri rədd edilən, biz - azad insanlar balans yaratmağa çalışırıq. Təhlükə dəhşətli bir hal alıb. Biz müharibə etməli və bu müharibə ərzində döyüşən qüvvələrimizə dəstək verməliyik. "

Lakin yaxın gələcəkdə heç bir qüvvə FransaAvropa dövlətlərinə qarşı müharibə aparmağa sövq edə bilmir. 1791-ci ilin noyabrda Robespyer Arrasdan Parisə qayıdır, bu zaman o millətvəkili olmasa da əsas fiqurlardan biri idi və 16 iyulda Felyan klubunda olan ayrılma məsələsində iştirak etdi. Bu zaman artıq yakobinlər fraksiyanın üzvü idi və 1791-ci il 28 noyabrda yakobinlər fraksiyasının rəhbəri seçilir.

Rəhbərliyinin ilk dövrlərində Robespyer Biyo-Varendən fərqli olaraq müharibə tərəfdarı olsa da, irəliləyən dövrlərdə o Brissodan fərqli olaraq müharibə fikrini dəstəkləmir.

İnqilabi FransaAvropa krallıqları arasında olan müharibə qaçınılmaz idi. Əsas məsələ müharibə üçün əlverişli olan zamanın seçilməsi idi. Robespyer dekabrın 12-də yakobinlər fraksiyasında etdiyi çıxışda bildirirdiki:

" Bizim olduğumuz şəraitdə müharibə azadlığımızı təhdid edən ən böyük amildir. "

Lakin bu müddət ərzində müharibə haqqında heç bir əks-təklif olmadı və bu yakobinlər arasında parçalanmaya səbəb oldu.[10] Müharibə tərəfdarı olanlar üstünlük təşkil edirdilər. Yakobinlər arasında etdiyi önəmli çıxışları Robespyerin müharibə ilə bağlı fikirlərində daha realist olduğunu göstərirdi. O, bildirirdi:

" Düşmənlərimizi daxildən məhv etməli və bundan sonra dünyanın bütün tiranlarına qarşı savaşmalıyıq. Bir siyasətçinin beynində yarana biləcək ən zərərli fikir bir xalqın ordusunun digər xalqın ərazisinə girərək, onun qanunlarına və konstitusiyasına dəyişiklik edə biləcəyini düşünməsidir. Heç bir xalq silahlı missionerləri dəstəkləmir. "

Danton, Kamil Demulen, Marat, Biyo Varenn, Antuan, Eber, Silven Mareşal, Filibert Simon, Kollot Derbua Robespyerin müharibə haqqında olan düşüncələrini dəstəkləyirlər.[11] 1792-ci il 29 fevralda Robespyerin dostu Kuton feodal hüquqların tamamilə aradan qaldırılması ilə bağlı etdiyi çıxış, müəyyən dəyişikliyə səbəb oldu. Onun düşüncələrinə görə, sosial radikallıq üçün daxili düşmənlərlə savaşmaq xarici düşmənlərlə savaşmaqdan daha önəmli idi. 1792-ci il aprelin 30-da jirondist qəzeti olan "La Chronique de Paris" montanyarlaryakobinlər fraksiyasına daxil olan altı deputatı agent adlandırdı. Yazara görə bunun səbəbi onların hər zaman müharibəyə qarşı fikir səsləndirmələri idi. Bu deputatlar Maksimillian Robespyer, Jan-Pol Marat, Kamil Demulin, Jan-Mari Kollot Derbua, Fransua RobertStanislas Freron idilər.[12]

Krallarla müharibə

[redaktə | mənbəni redaktə et]

Bu zamanlar jirondistlər Brisso rəhbərliyində hərəkət edirdilər və buna görəd onları Brissotinlər adlandırırdılar. Onlar 1792-ci ilin aprelində Qanunverici Məclisdə müharibə ilə bağlı səsvermədə qalib gəldilər. Sadəcə 11 nəfər deputat bu səsvermədə iştirak etmədi: 7 Lametist fraksiyası üzvləri, Şabo, Antuan Merlin, Baziryakobin Şalier. "Bohemiya-Macarıstan Kralı"na müharibə elan etmək həm də Müqəddəs Roma İmperiyasının imperatoruna müharibə etmək idi.

Bu müharibə II Fransuanın müttəfiqi olan Prussiya dövlətini də əhatə edirdi. Bu müharibə 23 il davam etdi və Avropanın bütün xalqlarını əhatə etdi. Silven Mareşalın fəaliyyət göstərdiyi yakobin qəzeti olan "Les Révolutions de Paris" yazırdı:

" Müharibə elə bir xəstəlikdirki, biz onun nə zaman başladığını bilirik, amma nə zaman bitəcəyini bilmirik "

Həmin gün Kondorse ictimai təlimlə bağlı böyük layihəsini Qanunverici Məclisə təqdim etdi. Jirondistlər Fransada müharibəni dəstəkləyən ən böyük fraksiya idilər, onlar düşünürdülər müharibə daxildəki problemlərin aradan qaldırılmasında çox böyük rol oynaya bilər. Müharibə həm də inqilabın qarşılaşdığı əks-inqilabçı Avropa birliyinə qarşı da mübarizə aparmaq üçün ən gözəl vasitə idi.

Robespyer və Brisso arasında olan boşluq daha da genişlənsə də, yakobin fraksiyası ilə bağlı məsələlərdə yenidən bir araya gəlirlər. Bu zaman hələ jirondistlər və montanyarlar arasında olan böyük qarşıdurma başlamamışdı.[13]

Jirondistlər : inqilab və siyasət

[redaktə | mənbəni redaktə et]
Parisin meri Jerom Petion de Vilnev. Paris, 1791.

1792-ci il 20 iyun

[redaktə | mənbəni redaktə et]

13 iyunda kral Qanunverici Məclis tərəfindən qəbul edilən qanunlara veto qoyur və jirondist nazirləri vəzifələrindən uzaqlaşdırır. Krala qarşı hər hansısa bir tədbirin və toplantının keçirilməsi qadağan edilsə də, 20 iyunda "barışıq günü" keçirilir. Bu gün təsadüfən seçilməmişdi. Həmin gün "Oyun zalı andiçməsi"nin ildönümü idi. Tezliklə hadisələrin miqyası genişlənir və Parisin meri olan Jerom Petion de Vilnevin də planladığından da irəliyə gedir. Danışıqların müsbət nəticələnməyəcəyini görən XVI Lüdovik, Tyuilri sarayının zəbt edilməsinə məhəl verməyərək qanunlar üzərinə qoyduğu vetonu qaldırmır və jirondistləri vəzifələrinə bərpa etmir.[14] Petion 8 iyulda xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə qovuldu, lakin yakobinlərin təzyiqləri sayəsində o, 13 iyulda yenidən vəzifəsinə qaytarıldı.

Jirondistlər Konstitusiya yönümlü olduqları üçün, məsələnin miqyasının genişlənməsini istəmirdilər. Montanyarların jirondistləri dəstəkləməməsi jirondistlər üçün mənfi nəticələrə səbəb olacaqdı, belə olan halda kralın mövqeyi möhkəmlənəcək, vətənpərvərlər və monarxistlər arasında qarşıdurma daha da genişlənəcək, həm də sanskulotların Qanunverici Məclisə girmələri üçün şərait yaranacaqdı.[1]

Aralarında Santerin də olduğu hərəkat rəhbərləri ortaya çıxdılar. Santerin başçılıq etdiyi dəstə Tyuilri sarayını zəbt edən dəstə idi, onlar düşünürdülər ki, monarxı endirmək artıq heç də çətin deyildir.[15]

Həmin gün baş verən hadisələr siyasi qırılma baxımından təhlil edilməlidir. Əgər Paris dəstələri Menaj zalına girərdilərsə, bu onlara siyasi fəaliyyətdə böyük üstünlük qazandıracaqdı.[16] Montanyarlar 20 iyun hadisələrinə qatılmaqdan imtina edirlər, onların bəziləri isə hadisələri kənardan izləyir və müdaxilə etmək üçün uyğun şərait axtarırdılar. Əgər 20 iyun hadisələri baş verməsəydi, o zaman jirondistlər xalq arasında nüfuzlarını itirəcəkdilər, kralın vetonu götürməməsi və jirondistləri vəzifələrinə qaytarmaması bu mübarizədə kralın qalib gəldiyini göstərəcəkdi.[17] Jirondistlər və montanyarlar bu məsələdə fərqli mövqe bildirirlər. Jirondistlər inqilabın sakitləşməsini istəsələr də, montanyarlar yeni liderlərinin rəhbərliyində inqilabın daha da genişlənməsinin tərəfdarı idilər.

Jirondist yenidənqurması (1792-ci il iyul)

[redaktə | mənbəni redaktə et]
Pyer Vernu. Fransua Bonvil tərəfindən çap edilib. Paris BnF, 1796.
Elie Qadet. Jozef Boze tərəfindən çap edilib. Paris. BnF,1792-1793

3 iyulda Qanunverici Məclisdəki çıxışında Vernu monarxiyaya qarşı şiddətli hücuma keçdi. O, monarxiyanı hal-hazırda içində olduğu uçurumda xilas etmək üçün krala, vətənpərvər nazirləri vəzifələrinə qaytarmağı təklif etdi. Onun fikrincə, əks halda vətən çox böyük təhlükə ilə üzləşəcəkdi.[18] Qanunverici Məclisə seçkilər keçiriləndən sonra, jirondistlər stabilliyi pozmaq və vəziyyəti qəlizləşdirmək üçün, monarxiyaya etdikləri hücumları dayandırmadılar. İyulun ortalarında bordolu Janson, Qade və Vernu kimi jirondistlər toqquşmanın qaçılmaz olduğunu anladılar və bundan narahatlıq hissi keçirtdilər. Baş verəcək fəlakətin qarşısını almaq üçün xalq hərəkatının fəaliyyətini nizamlayaraq daha mülayim yol tutdular və monarxiyanı qurtarmaq üçün addım atdılar. Beləki, 20 iyulda etibarən Vernu və yoldaşları kralla danışıqlar aparmağa başladılar. 28 iyulda Vernu krala yazdığı məktubda, ona tutduğu mövqedən daşınmasını və ölkədəki vəziyyəti normal qaydasına salmağı təklif edir.[19]

Jirondistlərin böyük əksəriyyəti kralla olan bu yaxınlaşma fikrini dəstəkləməsələr belə, xalq üsyanından ehtiyat edirdilər. Xalqın üsyanının yubadılması və dəyəcək zərəri azaltmaq niyyətində idilər. 23 iyulda Qanunverici Məclisdə etdiyi çıxışda Vernu həmkarlarını tələsdikləri barədə xəbərdar etdi. 26 iyulda Qadet Kondorse tərəfindən hazırlanan kralla danışıqlara getmək barəsində olan nitqi Qanunverici Məclisdə oxudu. Bir müddət sonra Brisso da bu fikirləri dəstəklədi. Bu şəxslər həmkarlarını razı salmaqda çətinlik çəkməsələr də, xalqın etirazları ilə üzləşməli olurdular. Beləliklə, inqilabın önəmli bir zamanında jirondistlər xalq arasında olan nüfuzlarını itirməyə başladılar.[20]

Robespyer bölgələrdə öz gücünü yoxlamaq qərarına gəlir. İyul ayının ortalarında Konstitusiyanın qəbul edilməsi və fəaliyyəti ilə bağlı tələblər irəli sürdü. 29 iyulda yakobinlər çıxışlarında problemlərin əsas səbəbi kimi kralı və onu dəstəkləyənləri göstərdilər. Robespyer xalq üsyanının tərəfdarı kimi təsir bağışlayırdı.[10]

Bütün jirondist nümayəndələr Konstitusiyanın qəbulu və fəaliyyəti ilə bağlı həmfikir idilər. Buna görə, monarxiyadan daha çox respublika tərəfdarına çevrilmişdirlər. Buna səbəb jirondistlərin daxillərində müəyyən islahatlara getmələri olmuşdur. 1791-ci il 14 sentyabrda qəbul edilən bu konstitusiyaya 10 il ərzində heç bir dəyişiklik edilmədi.

1792-ci il iyul hadisələri

[redaktə | mənbəni redaktə et]

10 avqust üsyanından qabaq baş verən hadisələrin xronologiyası:

  • 1 iyul: Məclis Luknerin əmrindəki Fransa ordularının Lillə çəkildiyini öyrənir. Həmin gün Vernu inzibati orqanların ümumi görüş keçirməsi barədə əmr verdi.[20]
  • 2 iyul: Məclis 14 iyul sivil festivalından sonra bölgə nümayəndələrinin iyulun 18-də Suasson düşərgələrinə gedəcəklərini bildirdi.
  • 3 iyul: Vernu Məclisdə, öz gücündən ordunu səfərbər etməkdə istifadə etdiyi üçün krala qarşı çıxış etdi. O, vətənin təhlükədə olduğunu bildirirdi.
  • 4 iyul: Vernunun çıxışına əsasən Məclis təhlükənin artacağı tədbirdə, inzibati orqanların dərhal fəaliyyətə keçməsi ilə bağlı qərar qəbul edir.
  • 5 iyul: Kral Milli Mühafizə qüvvələrinin dəstəyini qazanmaq üçün xalq nümayəndələri ilə görüşməyə razılıq verir.
  • 6 iyul: Prussiya ilə müharibə başlayır.
  • 7 iyul: Məclis 50000-lik Prussiya ordusunun Fransa sərhədlərinə doğru irəlilədiyini öyrənir.
  • 9 iyul: Məclisdə Vernu və Kondorse kralı düşmən dövlətlərlə danışıqlara getməsi ilə bağlı mühakimə edirlər. Həmin gün Brisso, Vernu və Kondorse kral tərəfindən seçilən Daxili İşlər və Müharibə nazirlərinin fəaliyyətlərinin bərpa olunmasını tələb etdilər.
  • 10 iyul: nazilər istefa etdilər.
  • 11 iyul: Məclis vətənin təhlükədə olduğunu bildirdi. Eyni gün Robespyer bölgələrdən Parisə gələn yakobinləri qarşıladı və onlara yalnız "Vətənə xidmət andı" içmələrinin lazım olduğunu bildirdi.
  • 14 iyul: İnqilabın anım günü ilə əlaqəli tədbir keçirildi.
  • 17 - 23 iyul: bölgə nümayəndələri kralın vəzifədən endirilməsini, konstitusiyaya yenidən baxılmasını və Konventin yaradılmasını təklif etdilər.[21]
  • 17 iyul: General Lukner şimal sərhədindəki orduların qüvvələrinin bərabər olmaması ilə bağlı Məclisə məktub göndərir.
  • 18 iyul: Məclis 12 nəfərlik Komissiya heyəti sayının 21 nəfərə qaldırılması barədə qərar qəbul edir. Vernu, Kondorse və Qadet də aralarında olmaqla jirondistlərin altı nəfər üzvü komissiyanın tərkibində idi. Qadet 21 iyulda komissiyanın prezidenti seçilir.
  • 20 iyul: Parisi təmsil edən kral tərəfdarı deputatlar istefa verdilər.
  • 21 iyul: Komissiya krala yeni deputatlar seçilməsini təklif edir.
  • 22 - 23 iyul: Ölkənin təhlükədə olması ilə bağlı qərardan sonra, bələdiyyələr könüllü dəstələr formalaşdırmağa başladılar.
  • 23 iyul: XVI Lüdovik yeni nazirlər təyin etdi: Abankur - Müharibə naziri, Şampion - Daxili İşlər naziri, Duboşaj - Dəniz naziri, Biqo de-San Krua - Xarici İşlər naziri, De Coli - Ədalət naziri. Həmin gün Brisso Məclisə qanunlara düzəlişlər etmək üçün komissiya yaradılması ilə bağlı təklif verir.[22]
  • 25 iyul: koalisiya qüvvələrinin rəhbəri Brunsvik hersoqu, manifest verir. Həmin gün breton nümayəndələri Parisə gəlirlər.
  • 26 iyul: komissiya yeni bölgü təklif etdi, beləki bu bölgüyə əsasən lazımi qərarların qəbul edilməsi üçün kralın razılığlı alınmayacaqdı və krala verilən hüquqlar azaldılacaqdı.[23]
  • 27 iyul: Məclis "Mərkəzi Büro" yaradılması ilə bağlı qərar verdi.
  • 29 iyul: Robespyer yakobinlərlə apardığı danışıqlarda gələcəkdəki üsyanlar barəsində siyasi proqram yaratmağın vacibliyini bildirir.
  • 30 iyul: Marsel nümayəndələri Parisə gəldi.
  • 31 iyul: Makonsey bölməsi artıq XVI Lüdoviki Fransa kralı kimi tanımadığını bildirdi.[24]

Üsyana doğru (1 - 9 avqust 1792-ci il)

[redaktə | mənbəni redaktə et]
Arman Jansonne. Paris, BnF, 1796

Müharibənin başlamasından etibarən Fransanın problemlərindən biri orduda müəyyən axsaqlıqların olması idi. Ölkənin təhlükə altında olması inqilabın gedişinə də təsir edirdi. Xalq kralın düşmənlərlə danışıqlar apardığından şübhələnirdi.

Avqustun 1-də Parisdə bəyan edilən Brunsvik manifesti, bu tarixdən öncə də XVI Lüdoviki Fransa kralı kimi tanımayan qüvvələr arasında çaxnaşma yaratdı. XVI Lüdovik manifestin fəlakətə səbəb olacağını anladı və bunu önləməyə çalışdı.[25]

Avqustun 3-də Qanunverici Məclisi rəhbərinə özünü vəzifəsindən kənarlaşdırmaqla bağlı məktub göndərdi, lakin məktub qəbul edilmədi. Həmin gün Petion Komissiyaya kralın vəzifəsindən kənarlaşdırılması ilə bağlı tələb göndərdi. Hadisələrin miqyasının həddən artıq genişləndiyini görən Məclis məsələ barəsində daha diqqətlə addım atmağa başladı.[24]

Avqustun 4-də 21 nəfərdən ibarət olan Komissiya, kralın taxtdan endirilməsi hüququnun yalnız Məclisə aid olduğunu bildirdi. Həmin gün, Vernu digər deputatlarla birgə Makonsey bölməsinin qərarını Konstitusiyaya zidd adlandırıb ləğv etdilər. Fuborq Sant-Antuan və Quinze - Vingts (On beş - İyirmi) bölmələrindən olan heyətlər kralın taxtdan endirilməsi üçün avqustun 9-da Məclisə ultimatom göndərdilər. Bundan sonra artıq xalq hərəkatı istədiyi şəkildə fəaliyyət göstərə biləcəkdi.[1]

Avqustun 5-də Kondorse düşmənlərin yaxında olduğu halda ölkədə üsyan əhvalı olduğu üçün narahat olduğunu bildirdi. Fransis de Panj "Jansonne Plan"ı barədə bildirdiyi fikirdə, ölkədə günü-gündən artan üsyan təhlükəsi olduğu halda bunun əngəllənməsi üçün yakobinlərin heç bir şey etmədikləri barədə yakobinləri mühakimə etdi.[18]

Avqustun 6-da jirondist Jansonne, deputatların çoxunun inqilab tərəfdarı olmadığını bildiyi üçün, kralın müvəqqəti olaraq taxtdan endirilməsini və üsyanın qarşısını almaq, Konstitusiyaya bağlılıq yaratmaq və mühafizə etmək üçün xalqla anlaşma imzalamaq təklifi etdi. Lakin jirondist fraksiyasının artıq Qanunverici Məclisdə əvvəlki kimi üstünlüyü yox idi və Jansonne planını tətbiq etmək üçün bölgələrdəki həmkarlarının fikirlərini almaqda çətinlik çəkirdilər.[20]

Avqustun 7-də Parisin bələdiyyə rəhbəri olan Petion, jirondistlərə yaxın olduğu halda Robespyerlə dostluq əlaqələrini davam etdirirdi. Belə olan halda Petionun hər iki tərəflə yaxınlığı olduğu üçün üsyan cəhdinin qarşısını ala biləcəyinə inanılırdı.[26]

Avqustun 8-də Kondorse, Robespyer və Brisso tərəfindən Məclisə təqdim edilən Lafayetin vəzifəsindən kənarlaşdırılması barədə tələb, səsvermə nəticəsində 406 - 224 səs nisbətində qəbul edilmədi. Səsvermə nəticəsində Lafayet vəzifəsindən kənarlaşdırılmadı. Beləliklə, Qanunverici Məclisdə hər hansısa qərarın qəbul edilməsinin çətin olduğu anlaşıldı. 29 avqustda Robespyer Konstitusiyaya düzəlişlər etmək barədə Qanunverici Məclisə təklif verdi və Petionun təklifinə razılıq vermədi. Kuton avqustun 9-da yazdığı məktubda bildirirdiki:[27]

" İnqilab, hərbi despotizmə və diktatorluğa çevrilməsə, öz yolunda daha sürətlə irəliləyəcəkdir. "

Avqustun 9-da Məclis kral barədə bir qərara gəlmək üçün toplantı keçirilməsi qərarına gəlir. Lakin Məclisdə deputatlar arasında fikir ayrılığı yarandı. Onlar kralın taxtdan endirilməsi və ya müvəqqəti olaraq kənarlaşdırılması barədə qərara gələ bilmədilər.

Avqustun 9-da üsyana başlamaq barədə siqnal verildi. Üsyançıların da gözlədiyi siqnal bu idi.

1793-cü il aprel - may: Jirondistlərin süqutu

[redaktə | mənbəni redaktə et]
Jirondistlərin edam edilməsi. Paris, BnF, 1793.

13 aprel 1793-cü ildə jirondistlər Qanunverici Məclis tərəfindən Maratın həbs edilməsinə nail oldular. Lakin, Fövqəladə Məhkəmə Maratın bəraət qazandığını bildirir və 24 aprel 1793-cü ildə yenidən Qanunverici Məclisdə vəzifəsinə qaytarılır. Jirondistlərin də təmsil olunduğu Komissiyanın Paris Kommunasının fəaliyyətini araşdırmaq və Məclisin təhlükəsizliyini təmin etmək hüququ vardı. Maratdan sonra Eber də, Maratla eyni səbəblər gətirilərək həbs edildi. Bundan sonra Komissiya dağıldı və yenidən bərpa edildi.

36 bölmənin dəstəyi ilə Kommuna 31 may və 2 iyun tarixlərini üsyan günləri kimi qeyd etdi. Toplarla nişan alınan Milli Konvent, Milli Qvardiya rəhbəri Hanriotun təkidi ilə belə bir qərar verdiyini bildirdi. Bu bəyanatdan sonra jirondistlərin süqutu daha da sürətləndi.

Avqustun 2-də Milli Konventin qərarsızlığından faydalanan bəzi qruplar, silah təhdidi altında baş verən bu hadisələri 75 nəfərlik qrupla protest etdilər. Bu protest onların vəzifələrindən xaric olunmalarına və həbs edilmələrinə səbəb oldu. Lakin 16 nəfər bu həbslərdən yayına bildi. Protest edənlərin 59-u həbs edildi.[28]

Ev həbsi verilən və vəziyyətin qəlizləşdiyini görə bir jirondist həbs edilmələrinin səbəbi bildirilmədiyi üçün, həbsdən qaçmağı bacardılar. Parisdən qaçanlar Kann şəhərində sığınma evlərində yerləşdilər və buradan protest kompaniyalarına başladılar. Belə olan halda siyasi vəziyyət onların əleyhinə çevrildi. Onlardan bəziləri Madam Bukeyin evinə sığındılar. Onların Kanndakı protestləri Jan Pol Maratın Şarlotta Korde tərəfindən öldürülməsinə səbəb olur.

Milli Konventin bölgələrdən olan seçkinlərə qarşı olduğu, ölkənin cənub, cənub-qərb və qərbində daha çox hiss edildi. Lion, Bordo, Marsel və bir neçə şəhər 1793-cü ilin avqustunda Paris hökumətinə qarşı "bölgələrin üsyanı" adlanan üsyan qaldırdılar.[28]

Bacarıqsız təlimat

[redaktə | mənbəni redaktə et]

Andre Amar, oktyabrın 3-də Təhlükəsizlik Komitəsi üçün bir iddianamə hazırlamaqla vəzifələndirildi. Bu iddianamə son illərin hadisələrini köklü surətdə dəyişəcəkdi. Beləki, jirondistlərin fəaliyyətləri "tiran"ı xilast edərək monarxiyanı yeniləmək və inqilabı dayandırmaq və respublikaya düşmən olan xainlik etmək kimi qiymətləndirildi. Bundan əlavə jirondistləri daxildə müharibə yaratmaqda və xarici düşmənlərlə əlbir olmada günahlandırırdılar və onları "xainlər fraksiyası" adlandırırdılar.

Brisso və digər 20 nəfər jirondist. Paris, BnF, 1793.

Parisdə həbs edilən 21 jirondist deputat (əsaən Brisso, Vernu, Jansonne, Vije, Lasurs və başqaları) 24-30 oktyabr tarixlərində İnqilabi məhkəməyə çıxarıldılar.

İlk günlərdən bəri yakobinlər jirondistlərə güvənməmişdilər. Hər zaman Vernu və ya Brissonun ağlasığmaz hərəkət edəcəyindən qorxurdular. Gilyotindən qurtulmaq və parislilərin geri qaytarılması mümkün idi. Məhkəmə prosedurları sürətləndirildi. Hakimlərə bir qərarnamə göndərildi, bundan sonra artıq hakimlər məhkəmə prosesini qısa zamanda bitirməli olacaqdılar.[29]

Onların hamısını eyni işlərdə günhalandırırdılar, Brissodan başqa bu fikir bütün jirondistlərə ədalətsiz göründü. Beləki, jirondistlər özlərini müdafiə etmədən mühakimə edilirdilər. Onlar artıq anlamışdılar bu inqilabi məhkəmədə onlara qarşı heç bir ədalət olmayacaqdı.

1793-cü il oktyabrın 31-də məhkəmə salonunda intihar edən Valazedən başqa digər bütün jirondistlərə ölüm cəzası verildi.

Mari Jan Antuan Kondorse
Madam Roland

Nazirin xanımı Madam Rolandın məhkəməsi 8 noyabr 1793-cü ildə keçirildi. O, 1793-cü il 31 maydan etibarən həbsdə idi. Onun məhkəməsi birtərəfli keçirildi və məhkəmədə özünü müdafiə etməsi üçün haqq verilmir və ölüm cəzasına layiq görülür.

Mari Jan Antuan Kondorse

[redaktə | mənbəni redaktə et]

31 may və 2 iyun 1793-cü il üsyanlarında Kondorse montanyarların təklif etdikləri Konstitusiya layihəsinə qarşı fikirlər səsləndirir. İyulun 8-də montanyarlar "jirondist nəzəriyyəçi"nin həbs olunması barədə qərar qəbul edilməsinə səbəb oldular. Lakin, o həbsdən yayına bilir. Ancaq, 27 mart 1794-cü ildə həbs edilir və 29 martda həbsxanada ölü olaraq tapılır.[20]

Pyer Elen Mari Tondu

[redaktə | mənbəni redaktə et]

1792-ci il 10 avqustda Brisso, Dumurie və Daxili İşlər naziri Rolandın təkidi ilə Xarici İşlər naziri vəzifəsinə seçilən Pyer Elen Mari Tondu jirondistlərlə əlaqəli olsa da, birbaşa fraksiyanın üzvü deyildi. 1793-cü ildə o, Lüksemburq bağlarının yaxınlığındakı evində həbs edilir. Roland və Dumurienin həbsindən sonra onun haqqında mühakimə yürüdülsə də vəzifəsində qalmağı bacarmışdır. Lakin onu, vətənə xəyanətdə jirondistlərlə əlbir olmaqda günahlandırırlar və bundan sonra 1793-cü ilin yanvarında həbs edilmiş, 27 dekabrda məhkəməyə çıxarılmış və 28 dekabrda edam edilmişdir.[14]

Daha enerjili və təşkilatlanmış olan montanyarlar hadisələri öz əllərinə almaqda gecikmədilər. Üsyan şiddətli şəkildə yatırıldı və üsyan rəhbərlərindən bəziləri intihar etdi ( Klaver, Roland), bəziləri (Qranqenev, Barbaru, Qadet) həbs edilib ardıyca edam edildilər. Bəziləri də (Buzo, Petion) qaçıb ömrünün sonlarına qədər gizlənməyə məcbur oldular.[30]

  1. 1 2 3 Condorcet: un intellectuel en Révolution, s. 325 - 331, d'Élisabeth et Robert Badinter. Fayard 1988.
  2. Guy Chaussinand-Nogaret: Girondins et Montagnards : la lutte à mort, s. 17, l'Histoire No 100 - 1987.
  3. Lazare Carnot de Jean et Nicole Dhombres. Fayard 1997. « On le vit constamment (Lazare Carnot) voter avec les Républicains les plus avancés (les Girondins.) » s. 252
  4. Guy Chaussinand-Nogaret L'Histoire No 100 s. 17
  5. Bernardine Melchior-Bonnet. Les Girondins s. 27.
  6. Républicains de la Constituante » Louis Blanc s. 597
  7. Atlas historique, Perrin 1992
  8. Les grandes heures de la Révolution française, G. Lenotre, André Castelot tome II s. 21-22, Perrin 1963.
  9. Histoire de la Révolution tomeI Louis Blanc
  10. 1 2 Robespierre, histoire d’une solitude, Max Gallo, Perrin 1968.
  11. Robespierre ou l’histoire d’une solitude. Max Gallo
  12. Michel Biard,Collot d'Herbois, légendes noires et révolution, Lyon, 1995.
  13. Maximilien de Robespierre, s. 591, Gérard Walter, Gallimard 1989.
  14. 1 2 Les Grandes Heures de la Révolution, C. Lenotre, André Castelot tome 2, Perrin, 1963.
  15. Robespierre : Histoire d'une solitude, s. 165, Max Gallo, Perrin 1968.
  16. Lazare Carnot, Jean et Nicole Dhombres s. 276, Fayard 1997.
  17. Danton, Dominique Bluche, Perrin 1984.
  18. 1 2 3 Madame Roland, Une femme en Révolution s. 175, Chaussinand-Nogaret, Seuil 1985.
  19. Bernardine Melchior-Bonnet, Les Girondins, s. 111. Tallandier 1989.
  20. 1 2 3 4 Condorcet, un intellectuel en politique, s. 439, Élisabeth et Robert Badinter, Fayard, 1988
  21. Danton, Frédéric Bluche s. 174. Perrin 1884.
  22. Robespierre s. 333, Gérard Walter, Gallimard 1987.
  23. Girondins et Montagnards de Albert Mathiez. Éditions de la Passion, 1988.
  24. 1 2 Les chroniques de Paris, 4 août 1792.
  25. Jean-Claude Bertaud, Camille et Lucile Desmoulins, Presses de la Renaissance, 1986, s. 157.
  26. Gérard Walter, Maximilien de Robespierre, Gallimard, 1989, s. 337-338.
  27. Nouvelle histoire de la France contemporaine, Paris, Le Seuil, 1999, s. 270-271
  28. 1 2 Jeanne Grall, Girondins et Montagnards : les dessous d’une insurrection : 1793, Éditions Ouest-France, 1989
  29. Les Girondins de Bernardine Melchior-Bonnet
  30. Jacques Balossier (préf. Guillaume Matringe), , Paris, Presses universitaires de France, coll. « Travaux et recherches de l'Université de droit, d'économie et de sciences sociales de Paris » (no 22), 1986, 128 s.

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Jirondistlərin "La Force" həbsxanasında həbs edilməsi. Puyol və Maketin "Avropa həbsxanaları" əsərindən qravür
    Alphonse de Lamartine, Histoire des Girondins, Jules Rouf et Cie Éditeurs, 1847, 2 084 p.
  • André Chesnier du Chesne, « Les Égarements de Lamartine : quelques variantes de son Histoire des Girondins », Revue d'Histoire littéraire de la France, Paris, Presses universitaires de France, no 1, janvier-mars 1954, p. 59-76
  • Antoine de Baecque, « Mona Ozouf et les Girondins », Critique, Éditions de Minuit, no 831 « Mona Ozouf. La patience et la passion », août-septembre 2016, p. 693-704.
  • Jacques-Olivier Boudon, « Le témoignage de François-Jérôme Riffard Saint-Martin, député à la convention », Annales historiques de la Révolution française, no 376, avril-juin 2014, p. 53-79
  • Marc Bouloiseau, « L'organisation de l'Europe selon Brissot et les Girondins à la fin de 1792 », Annales historiques de la Révolution française, no 261, juillet-septembre 1985, p. 290-294
  • Anne-Marie Boursier, « L'émeute parisienne du 10 mars 1793 », Annales historiques de la Révolution française, no 208, avril-juin 1972, p. 204-230
  • Richard Munthe Brace, « General Dumouriez and the Girondins 1792-1793 », The American Historical Review, vol. 56, no 3, avril 1951, p. 493-509
  • Wesley J. Campbell, « The Origin of Citizen Genet's Projected Attack on Spanish Louisiana : A Case Study in Girondin Politics », French Historical Studies, vol. 33, no 4, automne 2010, p. 515-544
  • Jacqueline Chaumié, « Saint-Just et le procès des Girondins », Annales historiques de la Révolution française, no 191 « Pour le bi-centenaire de la naissance de Saint-Just (1767-1794) », janvier-mars 1968, p. 14-26
  • Jacqueline Chaumié, « Les Girondins et les Cent Jours : essai d'explication de leur comportement par leurs origines géographiques et sociales et leur passé politique (1793-1815) », Annales historiques de la Révolution française, no 205, juillet-septembre 1971, p. 329-365
  • Marcel Dorigny, « Les Girondins et Jean-Jacques Rousseau », Annales historiques de la Révolution française, no 234 « Jean-Jacques Rousseau. Pour le deuxième centenaire de sa naissance », octobre-décembre 1978, p. 569-583
  • Marcel Dorigny, , dans , Paris, Publications de la Sorbonne, coll. « Histoire moderne » (no 22), 1989, XI-391 p 285 - 292
  • Marcel Dorigny, « La République avant la République : quels modèles pour quelle République ? », dans Michel Vovelle (dir.), , Paris, Kimé, 1994, 699 p.
  • Marcel Dorigny, « La Gironde sous Thermidor », dans Roger Dupuy et Marcel Morabito (dir.), , Rennes, Presses universitaires de Rennes, coll. « Histoire », 1996, 296 p
  • Jirondinlərin son toplantısı. Henri Feliks Emmanuel Filippoto tərəfindən çəkilmiş rəsm. 1850-ci il. Fransa İnqilabi muzeyi. Viziy
    Marcel Dorigny, « La conception et le rôle de l’État dans les théories économiques et politiques des Girondins », dans Gérard Gay et Jean-Pierre Hirsch (dir.), La Révolution française et le développement du capitalisme, (actes du colloque de Lille, 1987), Villeneuve d’Ascq, coll. « Hors Série Histoire », n° 5 de la Revue du Nord, 1989, p. 125-134.
  • François Furet, Mona Ozouf (dir.), Dictionnaire critique de la Révolution française, Flammarion, Paris, 1988, 1 154 p.  (ISBN 2-08-211537-2) ; nouvelle éd., coll. « Champs » (ISSN 0151-8089) nº 735-738 et 746, 2007, 5 vol., 2 017 p.
  • François Furet (dir.) et Mona Ozouf (dir.), , Paris, Payot, coll. « Bibliothèque historique Payot », 1991, 468 p.
  • Jeanne Grall, « Archives londoniennes. Époque du fédéralisme », Bulletin de la Société des Antiquaires de Normandie, 1957-1958, p. 173-191.
  • Jeanne Grall, « L'insurrection girondine en Normandie », Cahiers Léopold Delisle, t. XV, 1966, p. 17-29.
  • Jeanne Grall, Girondins et Montagnards : les dessous d’une insurrection, 1793, Éditions Ouest-France, Rennes, 1989, 213 p.
  • Patrice Higonnet, « The Social and Cultural Antecedents of Revolutionary Discontinuity : Montagnards and Girondins », The English Historical Review, Oxford University Press, vol. 100, no 396, juillet 1985, p. 513-544
  • François Hincker, « Condorcet, chroniqueur parlementaire , dans Jean-Paul Bertaud, Françoise Brunel, Catherine Duprat» et al. (dir.), , Paris, Société des Études Robespierristes, coll. « Bibliothèque d'histoire révolutionnaire. Nouvelle série » (no 2), 1997, XXVI-598 p
  • Annie Jourdan, « A Tale of Three Patriots in a Revolutionary World : Théophile Cazenove, Jacques-Pierre Brissot, and Joel Barlow (1788—1811) », Early American Studies, University of Pennsylvania Press, vol. 10, no 2 « Anglo-Dutch Revolutions », printemps 2012, p. 360-381
  • Thomas E. Kaiser, « La fin du renversement des alliances : la France, l’Autriche et la déclaration de guerre du 20 avril 1792 », Annales historiques de la Révolution française, no 351, janvier-mars 2008, p. 77-98
  • Gary Kates, , Princeton University Press, coll. « Princeton Legacy Library », 2014 (1re éd. 1985), 340 p
  • Gary Kates, « The Girondins : Champions of Representative Democracy », French Politics and Society, vol. 7, no 3 « Commemorating the French Revolution », été 1989, p. 82-89
  • Anne Kupiec, « La Gironde et le Bureau d'esprit public : livre et révolution », Annales historiques de la Révolution française, no 302, octobre-décembre 1995, p. 571-586
  • Michael S. Lewis-Beck, Anne Hildreth et Alan B. Spitzer, « Was There a Girondist Faction in the National Convention, 1792-1793 ? », French Historical Studies, Duke University Press, vol. 15, no 3, printemps 1988, p. 519-536
  • Frederick A. de Luna, « The « Girondins » Were Girondins, after All », French Historical Studies, Duke University Press, vol. 15, no 3, printemps 1988, p. 506-518
  • Anne de Mathan, , Bordeaux, Éditions Sud Ouest, coll. « Références. Histoire », 2004, 317 p.
  • Anne de Mathan, , Pessac, Presses universitaires de Bordeaux, coll. « Mémoires vives », 2002, 232 p.
  • Anne de Mathan, « Les insurrections girondistes de Bretagne en 1793 : premiers résultats », Annales de Bretagne et des pays de l'Ouest, t. 111, no 4 « Politique en Aquitaine. Des Girondins à nos jours », 2004, p. 29-42
  • Anne de Mathan, « Les Girondins et la représentation nationale », Parlement[s], Revue d'histoire politique, no HS 2 « Politique en Aquitaine. Des Girondins à nos jours », 2005, p. 31-39
  • Anne de Mathan, « Des pierres pour Saturne : une relecture des Mémoires des Girondins », Annales historiques de la Révolution française, no 373 « Vivre la révolution », juillet-septembre 2013, p. 165-188
  • Albert Mathiez, « Danton et le premier ministère girondin », Annales révolutionnaires, t. 10, no 5, octobre-décembre 1918, p. 673-676
  • Albert Mathiez, « De la véritable nature de l'opposition entre les Girondins et les Montagnard », Annales révolutionnaires, t. 15, no 3, mai-juin 1923, p. 177-197
  • Albert Mathiez, , Montreuil, Éditions de la Passion, 1988 (1re éd. 1930, Paris, Firmin-Didot), VII-305 p.
  • Albert Mathiez, « Les Girondins et la cour à la veille du 10 août (d'après des documents inédits) », Annales historiques de la Révolution française, no 45, mai-juin 1931, p. 193-212
  • C. J. Mitchell, «Political Divisions within the Legislative Assembly of 1791  », French Historical Studies, Duke University Press, vol. 13, no 3, printemps 1984, p. 356-389
  • Theodore A. Di Padova, « The Girondins and the Question of Revolutionary Government », French Historical Studies, Duke University Press, vol. 9, no 3, printemps 1976, p. 432-450
  • Theodore A. Di Padova, « The Question of Girondin Motives : A Response to Sydenham », French Historical Studies, Duke University Press, vol. 10, no 2, automne 1977, p. 349-352
  • Alison Patrick, « Political Divisions in the French National Convention, 1792-93 », The Journal of Modern History, University of Chicago Press, vol. 41, no 4, décembre 1969, p. 421-474
  • Alison Patrick, « The Montagnards and Their Opponents : Some Comments », The Journal of Modern History, University of Chicago Press, vol. 43, no 2, juin 1971, p. 294-297
  • Alison Patrick , Baltimore / Londres, Johns Hopkins University Press, 1972, XVIII-407 p.
  • Michel Pertué, « La liste des Girondins de Jean-Paul Marat », Annales historiques de la Révolution française, no 245, juillet-septembre 1981, p. 379-389
  • Benjamin Reilly, « Polling the Opinions : A Reexamination of Mountain, Plain, and Gironde in the National Convention », Social Science History, Cambridge University Press, vol. 28, no 1, printemps 2004, p. 53-73
  • Nicolas Roche, « La question coloniale en l'an III : l'invention du mythe de la Gironde », Annales historiques de la Révolution française, no 302, octobre-décembre 1995, p. 587-605
  • Gustave Rouanet, « La religiosité des Girondins », Annales historiques de la Révolution française, no 26, mars-avril 1928, p. 97-108
  • Morris Slavin, , Cambridge (Massachusetts) / Londres, Harvard University Press, 1986, IX-236 p.
  • Albert Soboul (dir.), Actes du colloque Girondins et Montagnards (Sorbonne, 14 décembre 1975), Société des études robespierristes, Paris, 1980,
  • Michael J. Sydenham, , Londres, University of London, Athlone Press, coll. « University of London Historical Studies » (no VIII), 1961, XII-252 p.
  • Michael J. Sydenham, « The Montagnards and Their Opponents : Some Considerations on a Recent Reassessment of the Conflicts in the French National Convention, 1792-93 », The Journal of Modern History, University of Chicago Press, vol. 43, no 2, juin 1971, p. 287-293
  • Michael J. Sydenham, « The Girondins and the Question of Revolutionary Government : A New Approach to the Problem of Political Divisions in the National Convention », French Historical Studies, Duke University Press, vol. 10, no 2, automne 1977, p. 342-348
  • Michael J. Sydenham, Alison Patrick, Michael S. Lewis-Beck, Anne Hildreth, Alan B. Spitzer et Gary Kates, « Commentary to Lewis-Beck et al », French Historical Studies, Duke University Press, vol. 15, no 3, printemps 1988, p. 537-548
  • Hélène Tierchant, Hommes de la Gironde, Dossiers d'Aquitaine, 1994
  • Richard Whatmore et James Livesey, « Étienne Clavière, Jacques-Pierre Brissot et les fondations intellectuelles de la politique des Girondins », Annales historiques de la Révolution française, no 321, juillet-septembre 2000, p. 1-26