I Ferdinand (Toskana hersoqu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Ferdinand
it. Ferdinando I de' Medici
19 oktyabr 1587 – 3 fevral 1609
(ləqəbi: I Ferdinando)
ƏvvəlkiI Françesko
SonrakıII Kozimo
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1549[1]
Doğum yeri Florensiya, Florensiya hersoqluğu
Vəfat tarixi 3 fevral 1609(1609-02-03)[1] (59 yaşında)
Vəfat yeri
Dəfn yeri Mediçilər kapellası, Florensiya
Fəaliyyəti katolik keşişi[d], siyasətçi, mesenat[d]
Atası I Kozimo
Anası Eleonora Toledolu
Həyat yoldaşı Kristina Lotaringiyalı
Ailəsi Mediçilər
Dini katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2], Aktiv idarəçilik[2], mesenatlıq[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferdinando I Mediçi (it. Ferdinando de' Medici, 30.7.1549–3.2.1609) — 1587–1609-cu illərdə böyük Toskana hersoqu olmuşdur, İtaliya və və ölkənin hüdudlarından kənarda Mediçilər evinin nüfuzu və təsirini xeyli artırmışdır.

I KozimoEleonora Toledolunun kiçik oğlu olan Ferdinando hersoq taxt-tacına namizəd sayılmırdı və artıq 14 yaşında müqəddəs andı vermədən kardinal titulunu aldı[3]. Gəncliyini Romada keçirərək o, özünün tikdiyi Mediçilər villasına İtaliyaya aid maddi mədəniyyət əsərlərini yığırdı. Xalq arasında birmənalı reputasiyaya sahib olmayan Françesko adlı qardaşının qəfil ölümündən sonra, Ferdinand bütün Toskananın varisi oldu. Elmi məlumatlara görə, Françesko arsen ilə zəhərlənmişdi və çox güman ki bunu Ferdinandın özü etmişdir. Toskana taxt-tacını əldə edərək o, eyni zamanda kardinal titulunu daşıyırdı, ancaq papanın razılığı ilə titulundan imtina etdi ki, 1589-cu ildə Yekaterina Mediçinin nəvəsi Kristina Lotaringiyalı nikah bağlasın. Ferdinando, o vaxtı antikatolik partiyasına rəhbərlik edən IV Henrixə ssuda ilə dəstək verərək, üstün fərasətlilik göstərdi. Henrix Fransada hakimiyyətə gələndən sonra, Ferdinando Marsel buxtasına donanmasını göndərdi və ispanların qəsd etdiyi İf qəsrini ələ aldı. Bu hadisədən sonra Ferdinandonun fransız kralı ilə əlaqələri pozuldu, lakin barışıq əlaməti olaraq kral 1600-cü ildə Ferdinandonun qardaşı qızı Mariya Mediçi ilə evləndi. Burbonlarla olan bu ittifaq imperatorun xoşuna gəlmirdi və onu sakitləşdirmək üçün Ferdinando Avstriya şahzadəsini öz varisinə aldı və türklərlə müharibədə avstriyalılara yardım göstərmək üçün öz qoşunlarını Egey dəniziAfrikaya göndərdi.

Ferdinandonun müdrik xarici siyasəti Toskananın iqtisadi tərəqqi və onun maliyyəsinin möhkəmlənməsinə səbəb olmuşdur. O, öz sərvətləri ölçülüb-biçilmiş şəkildə xərcləyirdi, bunun sayəsində ölkənin şərqində bataqlıq yerlərinin qurudulmasına üstünlük verilirdi və ucqar Livornonu Aralıq dənizində mühüm ticarət limanına çevrildi. İncəsənətdə o, musiqiyə xüsusi diqqət yetirirdi və təəccüblü deyil ki, onun dövründə ilk operalar tamaşa edilirdi.

  1. 1 2 Guarini E. F. FERDINANDO I de' Medici, granduca di Toscana // Dizionario Biografico degli Italiani (it.). 1996. Vol. 46.
  2. 1 2 3 Ferdinand // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Salvador Miranda. The Cardinals of the Holy Roman Church — Biographical Dictionary — Consistory of January 6, 1563 Arxivləşdirilib sentyabr 16, 2016, at Archive.today. www2.fiu.edu.