22°17′37″ şm. e. 114°10′19″ ş. u.HGYO

Honkonq İncəsənət Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Honqkonq İncəsənət Muzeyi

The Hong Kong Museum of Art

香港藝術館
, Koulun, Çimsaçey, Solsberi Roadküçəsi 10
Honkonq, Koulun, Çimsaçey, Solsberi Roadküçəsi 10
Xəritə
Əsası qoyulub 1962
Ölkə
Yerləşir Honkonq, Koulun, Çimsaçoy, Solsberi Roadküçəsi 10
Ziyarətçi sayı
  • 619.810 nəf. (2021)[1]
22°17′37″ şm. e. 114°10′19″ ş. u.HGYO
hk.art.museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb.[2] Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. 

Muzey haqqında

[redaktə | mənbəni redaktə et]

Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. 

Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraşxəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa,  beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. [3]

Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.

Muzeyə giriş 10 honqkonq dollarıdır; əlillərə, tələbələrə və 60 yaşına çatmış insanlara - 5 HKD; 20 nəfərdən çox qruplara 30 % güzəşt var. Xüsusi sərgilərə baxmaq üçün əlavə ödəniş verilə bilər.

1962-ci ildə yaradılıb. 1991-ci ilə qədər Honqkonq merinin binasında Mərkəzi rayonda yerləşirdi. Daha sonra Çimsaçoyda yerləşən Solsberi Road küçəsindəki muzey üçün tikilən xüsusi binaya köçürüldü. 27 yanvar 1984-cü ildə Honqkonq parkında yerləşən bayraq dirəyi olan binada İncəsənət Muzeyinin filialı kimi Çay Qabları Muzeyi açıldı. [4]

2015-ci ildə Reuters agentliyinin versiyasına görə dünyanın ən çirkin binaları sırasında səkkizinci yerdə  olduğu üçün muzey binası fasadının iki illik yenidənbərpası üçün bağlanması planlaşdırılırdı.[5] Bununla yanaşı, muzey sərgi salonlarının azlığından əziyyət çəkdiyinə görə əlavə iki sərgi salonu  və yeni bir mərtəbə tikmək planlaşdırılır. bu vaxt ərzində isə muzey ekspozisiyasını xarici ölkələrdə səyyar sərgilərin keçirilməsini düşünür.[6][7]

  1. Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556
  2. "Arxivlənmiş surət". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  3. "Arxivlənmiş surət". 2018-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  4. "Arxivlənmiş surət". 2018-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  5. "Arxivlənmiş surət". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  6. http://www.theartnewspaper.com/ Arxivləşdirilib 2022-09-09 at the Wayback Machine 
  7. "Arxivlənmiş surət". 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.