Hippolit Fizo
Hippolit Fizo | |
---|---|
fr. Hippolyte Fizeau | |
Doğum adı | Armand Hippolyte Louis Fizeau |
Doğum tarixi | 23 sentyabr 1819[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 1896[1][2][…] (77 yaşında) |
Elm sahəsi | fizika |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hippolit Fizo (fr. Hippolyte Fizeau; 23 sentyabr 1819[1][2][…], Paris[3] – 18 sentyabr 1896[1][2][…]) – Fizo eksperimentində işığın sürətini ölçməklə məşhur olan fransız fizik.
Həyatı
[redaktə | mənbəni redaktə et]XIX əsr fransız fiziki, Fransız və İngiltərə Elmlər Akademiyasının üzvü Hippolit Fizo 23 sentyabr 1819-cu ildə Parisdə tibb professoru ailəsində anadan olub.[4] Onun tədqiqatı işi fotoqrafiya proseslərinin təkmilləşdirilməsi ilə bağlı idi.[5] Fransua Araqonun təkliflərindən sonra Leon Fuko və Fizo işıq və istiliyin interferensiyası ilə bağlı bir sıra araşdırmalarda əməkdaşlıq etdilər.[6] 1848-ci ildə elektromaqnit dalğalarının qırmızı yerdəyişməsini proqnozlaşdırdı.[7]
1849-cu ildə Fizo işığın sürətini Ole Römerin 1676-cı ildə müəyyən etdiyi əvvəlki qiymətindən daha yaxşı dəqiqliklə hesabladı. O, 8 kilometr uzaqlıqdakı güzgüdən əks olunan işıq şüasından istifadə etmişdi. Şüa sürətlə fırlanan çarxın dişləri arasındakı boşluqlardan keçirdi. Qayıdan işıq növbəti boşluqdan keçənə və görünənə qədər çarxın sürəti artırıldı.
Fizo işığın sürətini saniyədə 313.300 kilometr olaraq hesabladı ki, bu da düzgün dəyərdən (saniyədə 299,792,458 kilometr) 5 % artıq idi. Fizo 1849-cu ildə işığın sürətini təyin etmək üçün öz metodu ilə əldə etdiyi ilk nəticələri yayımladı.[8] Fizo 1864-cü ildə təklif etdi ki, "işıq dalğasının sürəti uzunluq standartı kimi istifadə olunsun".[9]
Fizo fransız dilində Doppler-Fizo effekti olaraq adlanan Doppler effektinin kəşfində iştirak etmişdir.[10]
1853-cü ildə Fizo kondansatorun istifadəsini induktiv sarğacının səmərəliliyini artırmaq üçün bir vasitə kimi təsvir etdi. Daha sonra o, bərk cisimlərin istilik genişlənməsini tədqiq etdi və kristalların dilatasiyasının ölçülməsində işığın müdaxiləsi fenomenini tətbiq etdi. 1860-cı ildə Fransa Elmlər Akademiyasının üzvü oldu. 18 sentyabr 1896-cı ildə Ventuildə vəfat etdi.[6]
Onun adı ("Fizeau") Eyfel qülləsinə yazılmış 72 addan biridir. Fizo qüllənin 1889-cu ildə Ümumdünya Sərgisi üçün ictimaiyyətə açıldığı zaman hələ sağ olan yeganə şəxs idi. Ayın uzaq tərəfindəki Fizo krateri onun adını daşıyır.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Физо Арман Ипполит Луи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Hockey, Thomas. The Biographical Encyclopedia of Astronomers. Springer Publishing. 2009. ISBN 978-0-387-31022-0. March 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2012.
- ↑ Solbert, Oscar N.; Newhall, Beaumont; Card, James g., redaktorlar "Hippolyte-Louis Fizeau (1819–1896)" (PDF). Image, Journal of Photography of George Eastman House. Rochester, N.Y.: International Museum of Photography at George Eastman House Inc. 1 (5). May 1952: 3–4. 14 July 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 June 2014.
- ↑ 1 2 public domain: Kisholm, Hyu, redaktorFizeau, Armand Hippolyte Louis // Britannika Ensiklopediyası. 10 (XI). Cambridge University Press. 1911. səh. 452. One or more of the preceding sentences incorporates text from a publication now in the
- ↑ Hellemans, Alexander; Bryan Bunch. The Timetables of Science. New York City: Simon and Schuster. 1988. 317. ISBN 0-671-62130-0.
- ↑ Poincaré, H. Experiments of MM. Fizeau and Gounelle // Maxwell's Theory and Wireless Telegraphy: Part 1. New York: McGraw Publishing Co. 1904. 52–55. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
- ↑ Physics part 1 Resnick/Halliday p. 5.
- ↑ Houdas, Y. "Doppler, Buys-Ballot, Fizeau. Historical note on the discovery of the Doppler's effect". Annales de cardiologie et d'angéiologie (fransız). 40 (4). April 1991: 209–13. PMID 2053764.
- ↑ "Fizeau on Moon". Gazetteer of Planetary Nomenclature. United States Geological Survey. 16 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Wikipedia articles incorporating text from the 1911 Encyclopædia Britannica
- 23 sentyabrda doğulanlar
- 1819-cu ildə doğulanlar
- Parisdə doğulanlar
- 18 sentyabrda vəfat edənlər
- 1896-cı ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Fransanın Roma katolikləri
- Fransa fizikləri