Hikmət Osmanov
Hikmət Osmanov | |
---|---|
Osmanov Hikmət Saleh oğlu | |
Doğum adı | Hikmət Saleh oğlu Osmanov |
Doğum tarixi | |
Doğum yeri | Quba rayonu, Cimi kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
Karyera
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur.
1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır.
1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır.
2021-ci ilin dekabr ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilmişdir.[1]
4 fevral 2008- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi ” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
10 aprel 2012-ci ildə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanı ilə təltif olunmuşdur. 22 yanvar 2018-ci ildə – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanı ilə təltif olunmuşdur. 6 may 2019-cu ildə Beynəlxalq Əmək Təşkilatının Fəxri Diplomu ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.
Türk və rus dillərini bilir.
Ailə
[redaktə | mənbəni redaktə et]Hər iki valdeyni müəllim işləmişdir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
- ↑ "Müavinlər". AHIK (az.). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- Yaşayan insanlar
- 30 iyulda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Kənd təsərrüfatı elmləri doktorları
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Qubada doğulanlar
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları