Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach)[1] — ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir.
Termin
[redaktə | mənbəni redaktə et]Hal-hazırda highland dancing ("Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları — qillilərdə (şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
Haylend rəqsinin əsas təsviri
[redaktə | mənbəni redaktə et]Dağlı oyunlarında görmək mümkün olan haylend rəqsləri indiki zamanda daha çox yarış və texniki formaya sahibdir. Belə ki illər ərzində saatlarla edilən praktika və məşqlər nəticəsində rəqsin texnikasını mənimsəmək mümkündür. Hal-hazırda haylend peşəkar balet və idmanla daha çox ümumi göstəricilərə malikdir.
Haylendin bal rəqslərindən fərqi ondadır ki, rəqqaslar bu rəqs zamanı həmişə barmaqları üzərində rəqs edirlər. Bir çox hallarda haylend rəqsi solo step rəqsindən seçilir. Belə ki step rəqsi ritmə və sərt ayaqqabılarda ayaqla yerə vurulan zərbələrdən ibarətdirsə, haylend rəqsi təkcə addım kombinasiyalarını yox, həmçinin, bədənin qurşaqdan yuxarı hissələrinin, əllərin hərəkətini özündə birləşdirir. Bu iki rəqsin (step və haylend rəqsi) qrup rəqslərinə aid edilməsinə baxnayaraq, şotland bal rəqslərinə sayıla bilməz. Çünki rəqqas bir və yaxud bir neçə həmkarı ilə qarşılıqlı rəqs eləyir. Bəzi haylend rəqsləri ənənəvi qrup rəqslərindən yaranmışdır. Məsələn, "Highland Reel" rəqsində dörd rəqqas step addımlarını ardıcıllıqla bir-birinə ötürürlər.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Qədim dövrlərdə Avropanın müxtəlif bölgələrində döyüşçülər tərəfindən qılınclarla rəqslərin (ing."sword dance") bir sıra növləri nümayiş etdirilirdi. Onların bəzi növləri Orta əsrlər üçün xarakterik olmuşdur. Döyüş sənəti və epik qəhrəmanlıqları ritual və döyüş rəqsləri vasitəsilə tanıtmaq şotland mədəniyyətinin və folklorunun əsas cizgilərindən biri idi. Bu rəqslər haqda ən erkən keçidlər 1440-cı illərdə Volter Bouer tərəfindən tərtib olunan Şotland Salnamələri dövrünə gedib çıxır. III Aleksandr və onun fransız xadəgan nəslindən olan İolanda de Drö ilə 1285-ci ildə Cedboroda olan ikinci evlilik barədə məlumatlarda bu haqda belə qeyd edilmişdir: "Mərasim zamanı müxtəlif nəfəsli alətlərdə, tuluq ifaçısı da daxil olmaqla mahir musiqiçilər, onların ardınca rəqqaslar mürəkkəb ayaq hərəkətləri ilə ayaqlarını o tərəf bu tərəfə hərəkət etdirirlər. Bu hərəkətlər zamanı düz istiqamətdə dayanan bədən isə kabusu xatırladırdı. Elə bil ki o kabusdur, heç hərəkət etmir. Həmin anda o səhnədən itəndə bütün bu mərasim dərhal saxlanılır, mahnılar oxunmur, musiqi kəsilir, rəqs qrupu isə gözlənilmədən donub qalır".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Highland dancing Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine. Am Faclair Beag — Scottish Gaelic Dictionary.