Hafsa Xatun
Hafsa Xatun | |
---|---|
türk. Hafsa Hatun | |
Doğum tarixi | 1380 |
Doğum yeri | |
Vəfat tarixi | 1403 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | əsilzadə |
Hafsa Xatun (1380, Səlcuq, İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi.[3] Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır.
İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir. Tirədə inşa etdirdiyi külliyəyə aid türbədə bir xanıma aid məzar yeri olsa da, bunun Hafsa Xatuna aid olub-olmadığı bilinmir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-975-437-840-5
- Vryonis, Speros; Langdon, John Springer (1993). To Hellenikon Studies in Honor of Speros Vryonis, Jr: Hellenic antiquity and Byzantium. Artistide D. Caratzas. p. 300. ISBN 978-0-892-41445-1
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5
- ↑ "Yıldırım Bayezid'in Hanımları Ve Çocukları". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ Hafsa Hatun Camii