Hacıbaba Əfəndiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacıbaba Əfəndiyev
27 noyabr 1970 – 3 dekabr 1985
ƏvvəlkiƏli Kərimov
SonrakıŞənlik Əliyev
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Nəzarəti Komissiyasının sədri
bayraq2
30 sentyabr 1961 – 21 dekabr 1962
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıƏli Kərimov
(Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri kimi)
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Sovet Nəzarəti Komissiyasının sədri
bayraq2
21 yanvar 1958 – 30 sentyabr 1961
Əvvəlkiİvan Zimenkov
(Dövlət nəzarəti naziri kimi)
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
1954 – 1958
Birinci katibİmam Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi 9 fevral 1988(1988-02-09)
Dəfn yeri
Partiya
Təhsili
Hərbi xidmət
Döyüşlər
Rütbəsi baş leytenant

Təltifləri "Lenin" ordeni — 1980 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi9 fevral 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962).

Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir.[1]

Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir.[1]

Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir. 1944-cü ildə o, həmin şöbənin müdir müavini təyin edilmişdir. Bunun ardınca ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində[rus.] üç il təhsil aldıqdan sonra Hacıbaba Əfəndiyev 1950-ci ildə Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyası Bakı Partiya Komitəsinin partiya, həmkarlar və komsomol təşkilatları şöbəsinin müdiri təyin edilmişdir. Bir il sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində həmin vəzifəyə keçirilmiş, 1954-cü ildə isə Azərbaycan KP MK-nın katibi seçilmişdir.[2]

Hacıbaba Əfəndiyev 1958-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Sovet Nəzarəti Komissiyasının, Dövlət Nəzarəti Komissiyasının sədri, 1963–1965-ci illərdə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyası sədrinin müavini, 1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrinin müavini işləmişdir. 1970-ci ildən isə həmin komitənin sədri olmuşdur.[3]

Hacıbaba Əfəndiyev 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü, 1964–1971-ci illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd, 1971-ci ildən isə üzvü, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyünə namizəd olmuşdur.[4][5] Yeddi çağırış (3–5, 8–11-ci) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[6] Sov.İKP-nin 25 və 26-cı qurultaylarının nümayəndəsi olmuşdur. "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni, iki "Şərəf nişanı" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeniSSRİ medalları ilə təltif edilmişdir.[7]

Hacıbaba Əfəndiyev ağır xəstəlikdən sonra 9 fevral 1988-ci ildə 74 yaşında vəfat etmişdir.[7]

  1. 1 2 Һаҹыбаба Шәриф оғлу Әфәндиев // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 294.
  2. Һаҹыбаба Шәриф оғлу Әфәндијев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 336.
  3. Әфәндијев Һаҹыбаба Шәриф оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 165.
  4. Efendiev, Gadzhibaba Sharif ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 86. ISBN 3-598-10467-7.
  5. Efendiev, Gadzhibaba Sharif ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 142–143. ISBN 0-89664-011-6.
  6. Әфәндијев Һаҹыбаба Шәриф оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 165.
  7. 1 2 Һаҹыбаба Шәриф оғлу Әфәндијев // Коммунист. № 34 (20502). 10 феврал 1988-ҹи ил. С. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]