HP-7.62

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
HP-7.62
HP-7.62 pulemyotu IDEF-2013 sərgisində
Tipi Pulemyot
İstismar tarixçəsi
İstismar illəri 2012 - günümüz
İstismar edənlər Azərbaycan Azərbaycan
İstehsal tarixçəsi
İstehsalçı Müdafiə Sənayesi Nazirliyi
İstehsal illəri 2012 - günümüz
Xüsusiyyətləri
Ağırlığı 8.2 kq
Uzunluğu 1080 mm (qundaq açıq vəziyyətdə)

HP-7.62Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan hücum pulemyotu.[1]

HP-7.62 hücum pulemyotu ilk dəfə 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub. İlk dəfə beynəlxalq səviyyədə – 2013-cü ildə IDEF sərgisində nümayiş etdirilən pulemyot unikal imkanlarına görə xarici analoqları ilə rəqabət aparır. Hətta bəzi texniki-taktiki xüsusiyyətlərinə görə, İsrailin "Negev NG7" və Belçikanın "FN Minimi 7.62 Mk.3" pulemyotu ilə rəqabət aparacaq səviyyədədir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

MSN mütəxəssislərinin sözlərinə görə intensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı tətbiq olunub. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Üst və yanlarda yerləşən piccatini relsləri silaha müxtəlif taktik aksessuarları əlavə etməyə imkan verir. Uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundağa sahib HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər. Silahın çəkisi isə 8.2 kq, nişangah məsafəsi 1000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1080 mm, atəş tezliyi dəqiqədə 650–750 atış, döyüş atəş tezliyi dəqiqədə 250 atış təşkil edir. Pulemyotda ayaq üstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik xəzinə hazırlanıb. Bundan başqa, silahda xüsusi dizayna malik dəstəkdən istifadə edilib ki, bu həm dayaq, həm də ayaqüstü atışlarda dəstək kimi istifadə olunur.[2]

  1. "Arxivlənmiş surət". 2020-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  2. "Arxivlənmiş surət". 2015-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.