Həsənağa Abasquliyev
Həsənağa Abasquliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
Bəstəkar Dirijor |
Mükafatları |
Həsənağa Rza oğlu Abasquliyev (12 avqust 1938 – 6 avqust 2018) — bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti (2007).[1]
Həyatı və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Həsənağa Abasquliyev 2 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənir. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyur. 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Kərim Babayevin truba ifası sinfində təhsil alır. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirir. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır.[2]
1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alır və oraya işləməyə gedir. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan "Biz Bakıdanıq" estrada-caz ansamblından dəvət alaraq ölkəyə qayıdır.[2]
Bakı Musiqi Akademiyasının dosenti olmuş bəstəkar Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazmışdır. Onun rus sirk ustasının "Canlı şlyapa" nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülüb. 1992-ci ildə bəstəkar "Qarşılanma marşı"nı yazıb. Bu musiqi 1993-cü ildən Bakının hava limanında yüksək ranqlı çinli qonaqların qarşılanma mərasimində ifa olunur. Daha sonra yazdığı "Səni gözləyirəm", "Ayrılıq", "Qarşılama marşı", "Topçular marşı", "Dünya azərbaycanlılarının həmrəylik mahnısı" mahnıları bəstəkarın məşhur əsərlərindəndir. H.Abasquliyev 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak edib və laureat olub.[2][3]
Həsənağa Abasquliyev 6 avqust 2018-ci ildə dünyasını dəyişib.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
- ↑ 1 2 3 "Sənətdə keçən ömür". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
- ↑ ""Orkestr və mən"". 2017-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
- ↑ "Əməkdar artist dünyasını dəyişdi". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.