Həsənağa Əliyev
Həsənağa Əliyev | |
---|---|
Həsənağa Novruz oğlu Əliyev | |
Doğum tarixi | 16 aprel 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 2000[1] (77 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Həsənağa Novruz oğlu Əliyev (16 aprel 1923, Binə, Bakı qəzası – 20 fevral 2000[1]) — fəxri neftçi, əməkdar həkim, tibb elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Həsənağa Novruz oğlu Əliyev 1923-cü ildə Bakı şəhəri Binə kəndində anadan olmuşdur. O 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1946-cı ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1941–1945-ci illər müharibəsi qələbə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə inkişaf etməyə başlamışdır. Nefçilərə tibbi yardım, həmçinin onların ümumi və peşə xəstəliklərinin müalicə məsələsi gənc həkim Həsənağa Əliyevə həvalə edilir. Onun fəaliyyəti kiçik tibb məntəqəsindən başlayır. İş şəraitinin ağırlığı və özünəməxsus dəniz şəraitində işləyənlər arasında peşə və yolxucu xəstəliklərin həcmini günü-gündən artırırdı. SSRİ Neft Sənayesi Nazirliyinin rəhbərliyi qarşısında nefçilər üçün xüsusi xəstəxana və poliklinkanın tikilməsi məsələsini qaldırır. Həsənağa Əliyevin əzmkarlığı və gərgin əməyi nəticəsində 1956-cı ildə 100 çarpaylıq xəstəxana və poliklinika-SSRİ-də nefçilər üçün ilk müalicə profilaktika müəssisəsi istifadəyə verilir.1973-cü ildən etibarən onun ixtira etdiyi maqnitoterapiya aparatı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmaqdadır.[2]
Ömrünün sonuna kimi Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. 20 fevral 2000-cü il tarixində vəfat edib.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Şərəf nişanı" ordeni
- Qırmızı Əmək Bayrağı ordeni (Azərbaycan SSR)
- Xalqlar Dostluğu ordeni
- Əməkdar həkim
- Fəxri Nefçi
- BMT-nın Təhlükəsizlik və Əmək Gigiyenası Komitəsinin üzvü
- "Yunesko" və Avro Birliyinin Beynəlxalq Kadrlar Akademiyasının professoru
Haqqında
[redaktə | mənbəni redaktə et]- "Yeni ideyalar sorağında" Günay qəzeti, 22 iyul, 1997
- "Жизинь на благо общества" " Ежедневнıe новости" qəzeti, 12 fevral, 199-cu il
- "İмперия доктора Алиева" Бакинский рабосий qəzeti
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://aztibb.az/az/news/24031-merkezi-neftciler-xestexanasinin-yaradicisi-hesenaga-eliyevin-100-illiyi-qeyd-edilib.
- ↑ T. Səlimov -Şağani Binə Bakı-2001
- 16 apreldə doğulanlar
- 1923-cü ildə doğulanlar
- Binədə doğulanlar
- 20 fevralda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Tibb elmləri doktorları
- Professorlar
- Azərbaycan Tibb Universitetinin müəllimləri
- Azərbaycan Tibb Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar həkimləri
- Əlifba sırasına görə alimlər