Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı.[1] Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır.
Hüquq psixologiyasının predmeti
[redaktə | mənbəni redaktə et]Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir. Hüquq psixologiyasının mövzusunun spesifikliyi həmin halətlərin özünəməxsus cəhətlərini görməkdə və onların hüquqi əhəmiyyətini araşdırmaqda,bununla da həqiqətin üzə çıxarılmasına, yəni onun edilməsinə kömək etməkdədir. Hüquq pozuntularının hüquqi həqiqi subyektlərinin başqa sözlə, cinayi davranışın əsl törədicisini müəyyən etmək üçün adekvat yol və vasitələrdən, psixoloji təsir üsullarından yerində və düzgün istifadə etmək yollarını, eləcə də şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Hüquqşünasın psixoloji mədəniyyəti ilk növbədə onun mənimsədiyi psixoloji biliklər kompleksində ifadə olunur. Bu öz tərkibində şəxsiyyət və fəaliyyət psixologiyasını, hüquq əməyinin psixologiyasını və ayrı-ayrı hüquq peşələrinin psixoloji xarakteriskasını, həmin biliklərdən ünsiyyət prosesində məharətlə istifadə edə bilmə qabiliyyət və vərdişlərini daxil edir. Bir sözlə, hüquq işçiləri bir sıra psixoloji keyfiyyətlərə malik olmalıdır. Bura ağlın və xarakterin çevikliyi, kəskin müşahidə qabiliyyəti, zəngin və dəqiq hafizə, özünü ələalma və dözüm, prinsipiallıq və ədalət və s. kimi zəruri psixoloji keyfiyyətlər daxildir. Hüquq psixologiyası elmi-praktik fənn olaraq "insan-hüquq" sisteminin psixoloji qanunauyğunluqlarını öyrənir və həmin sistemin səmərəliliyini yüksəltmək üçün tövsiyələr hazırlayır. Beləliklə hüquq psixologiyasının diqqət mərkəzində insan-hüquq sisteminin psixoloji problemləri dayanır.Yəni müasir anlamda hüquq psixologiyası şəxsiyyətin və fəaliyyətin hüquqi tənzim şəraitində müxtəlif psixoloji aspektlərini öyrənən elm sahəsidir.
Tədqiqat metodları
[redaktə | mənbəni redaktə et]Hüquq psixologiyasında hüquq elminin xə psixologiyanın müxtəlif metodlarından geniş istifadə olunur.Bu metodları təqiqatın məqsədindən asılı olaraq da təsnif edirlər.
Elmi idrak metodları
[redaktə | mənbəni redaktə et]Bu metodun köməyi ilə hüquq ilə tənzimlənən insan münasibətlərinin psixoloji qanunauyğunluqları öyrənilir, eyni zamanda cinayətkarlığın proflilaktikası ilə bağlı cinayətkarlıqla mübarizə aparan praktik işçilər üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr verilir.
- Dialektik metod- Özündə yeni biliklərin əldə edilməsini, onların yoxlanılmasını və praktikada tətbiqini birləşdirir. Bu metod bütün tədqiqat metodlarını vahid sistemdə birləşdirir.
- Ümumi elmi metodlar- Bu metodların spesifikliyi ondadır ki, onlar əksər elmlərdə, o cümlədən hüquq psixologiyasında da tətbiq edilir. Bu metodun köməyi ilə hüquq psixologiyasının obyekt və predmentini, konkret şəxslərin, hüquqşünasın,qanunpozanın psixologiyasını dərk etmək mümkündür.
- Struktur metod- Bu metodun köməyi ilə hüquqi şüurun, cinayətkar qrupun fəaliyyətinin psixoloji tərəfini öyrənmək mümkündür.
- Kibernetik metod- Hüquq psixologiyasında kibernetik metod hüquqi davranışın psixoloji tərəfinə professional hüquq fəaliyyətinə konkret cinayətkarın şəxsiyyətinə aid böyük bir informasiyanı işləmək, elmi fərziyə irəli sürmək, müxtəlif insan qruplarında psixoloji tədqiqat aparmaq nəzəri məsələləri həll etmək imkanı verir.
- Riyazi metod- Psixi təzahürləri kəmiyyətcə ifadə etmək imkanı verir. Riyazi metodun köməyi ilə psixi prosesləri riyazi simvollarla təsvir etmək konkret psixoloji hüquqi təzahürləri modelləşdirmək mümkündür.
- Modelləşdirmə metodu- Bu metod hüquq praktikası üçün əhəmiyyətlidir. Belə ki, qanun pozuntularınınn predmentinin, yerinin, nəticələrinin nəzəri təhlili şahidin, zərərçəkmişin, təqsirləndirilən şəxsin xüsusiyyətlərinin məntiqi modelinin əsasında tədqiq edilir.
- Tarixi metod-Hüquq psixologiyasında bu metodun köməyi ilə cinayətkarın şəxsiyyətinin mərhələ-mərhələ inkişafı, fərdi və sosial hüquqi şüur, hüquqazidd davranışın xüsusiyyətləri öyrənilir, müşahidə edilir.
- Xüsusi elmi metodlar- Analiz, sintez, müqayisə, təsnifat və ya sistemləşdirmə, ümumiləşdirmə,mücərrədləşdirmə, konkretləşdirmə
Şəxsiyyətə psixoloji təsir metodları
[redaktə | mənbəni redaktə et]Bu metodlar cinayətkar fəaliyyətinin proflaktikası cinayətlərin açılması və onların səbəblərinin aydınlaşdırılması, cinayətkarların islahı,cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra onların normal həyat şəraitinə adaptasiyasını təmin etmək məqsədi daşıyır. Bu metod psixologiyanın elmi metodlarına əsaslanır və kriminalistika, kriminologiya və s. elm sahələri ilə sıx bağlıdır.
- İnformasiyanın verilməsi- Əvvəlcədən toplanılmış və ümumiləşdirilmiş informasiya respondent tərəfindən qavranılaraq işlənir və qiymətləndirilir,yalnız sonra həmin şəxsin iradi emosional,intellektual sahəsinə təsir edir.Bu metodlardan müxtəlif məqsədlərlə qanunpozana,şahidə onun unutduqlarını yada salmağa kömək etmək məqsədilə istifadə olunur.
- İnandırma metodu- Bu metoddan şəxsin baxış və münasibətini dəyişmək məqsədilə istifadə edilir.Bu metodun məqsədi qanunpozanın mənəvi və hüquqi şüuruna təsir etmək,törətmiş olduğu əmələ münasibətini dəyişmək,hüquqazidd davranışı ləngitməkdir.
- Refleksiya metodu-Şəxsin özünüanalizi,öz davranışı haqda düşünməsi nəzərdə tutulur. Bu zaman hər hüquq işçisi özünü fikrən qanunpozanın yerinə qoyur onun əməllərini təhlil edir,nəticə çıxarır.O cinayətkarın davranışını,xarakterini və ya həmin situasiyada cinayətkar qrupun davranış xarakterini müəyyən etməyə çalışır.
- Fikri məsələnin qoyulması- Bu metodun tətbiqi sualların qoyulması ilə bağlıdır. Adətən baş vermiş hadisə ilə bağlı bu şəxsdə 2 variant olur. Həqiqi və yanlış uydurma. Lakin psixoloji metod mürəkkəbləşdikcə onlar qarışır. Bu zaman təsir aşağıdakı yolla həyata keçirilir. Sualların qoyulması,fikri sualların istiqaməti
- Emosional eksperiment-Bu zaman cinayətkara gözlənilmədən cinayətin hazırlanması,törənməsi,gizlədilən məqamlarına aid obyektlər göstərilir və cinayətkarın reaksiyası qanun pozuntusunun açılmasına yardım edə bilər.
Məhkəmə-psixoloi ekspertizasının metodları
[redaktə | mənbəni redaktə et]Bu metodların məqsədi ekspert psixoloqlar tərəfindən keçirilən tədqiqatın obyektivliyini təmin etməkdən ibarətdir.
- Cinayət işinin materiallarının təhlili
- Anamnestik(tərcümeyi-hal) metod
- Müşahidə və eksperiment metodları
- Psixoloji xüsusiyyətlərin öyrənilməsi metodları(psixi proses və xassələrin öyrənilməsi metodları)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof. M. Ə. Həmzəyevin elmi redaktorluğu ilə. Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine
- Hüquq pozuntusu