Golden Axe (videooyun)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Golden Axe
Hazırlayan Sega
Yayımlayan Sega
Virgin Games
Bandai
Seriya Golden Axe
Anons tarixi Street Fighter 1989
Buraxılış tarixləri 27 yanvar 1989
Janrlar Fighting
Texniki məlumat
Platformalar Sega Mega Drive
PlayStation 2
PlayStation 3
Commodore 64
Amiga
Oyun rejimi birnəfərli oyun[1], kooperativ oyun[d]
İnterfeysin dili ingilis dili[1]
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə geympad, sensor ekran

Golden Axe — "Sega" oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Videooyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır.

Oyun "Death Adder" (azərb. Ölüm gürzəsi‎) adlı zalım diktatordan intiqam almağa and içən 3 döyüşçü personajından biri seçilərək oynanılır. "Death Adder" sülh ölkəsi Yuriya ölkəsini (uydurulmuş Konan personajının yaşadığı orta əsrlər ölkəsi) işğal etmişdir. Həmçinin, Yuriya ölkəsinin kralı və kralın qızı əsir götürülərək, qəsrdə saxlanılır. "Death Adder" Yuriya ölkəsinin rəmzi sayılan "Qızıl balta" simvolunu (ing. Golden Axe) götürərək, kralı simvolu məhv etmək ilə hədələyir. Əgər insanlar ölkədə onun hakimiyyətini tanısalar, onda simvol məhv olmayacaqdır. Uzun qılıncı olan "Aks Bettler" (azərb. Baltalı döyüşçü‎) adlı savaşçının dostlarını, anasını öldürmüşdür. Wolud mədənlərindən gələn əkiz qardaşı "Death Adder"in əsgərləri tərəfindən öldürülən balta ilə döyüşən cırtdan qoca "Gilius Thunderhead"-dir (azərb. İldırım başlı Cilius‎). "Death Adder" tərəfindən öldürülmüş baqa bir savaşçının adı isə qılınc ustası qız "Tyris Flare"-dir (azərb. Alovlu Tiris‎). Onun valideynləri "Death Adder" tərəfindən öldürülmüşdür. Bu 3 döyüşçü "Death Adder"i öldürmək niyyətindədirlər. Sonda onlar "Death Adder"i öldürürlər və kral ilə qızını xilas edirlər. Ölkənin simvolu yenədə "Qızıl balta" sayılır.

Raund Ad Tərcümə
1 "Ax Battler" azərb. Baltalı döyüşçü
2 "Gilius Thunderhead" azərb. İldırım başlı Cilius
3 "Tyris Flare" azərb. Alovlu Tiris‎)
4 "Death Adder" azərb. Ölüm gürzəsi

"Golden Axe" oyunu müxtəlif platformalara portlar etmişdir. Platformalar bunlardır: Sega Mega Drive, Sega Master System, MS-DOS, Amiga, Atari ST, Commodore 64, Game Boy Advance, ZX Spectrum, Wii, Xbox 360, PlayStation 2, PlayStation 3 (Sonic’s Ultimate Genesis Collection hissəsi kimi) və Apple iPhone/iPod Touch.

  1. 1 2 Steam. 2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]