Ghosts 'n Goblins
Ghosts 'n Goblins |
---|
Ghosts 'n Goblins (azərb. Ruh və qoblinlər), Yaponiyada Makaimura (yaponca: 魔界村?, "İblis dünyası kəndi") — Tokuro Fucivara tərəfindən yaradılmış və "Capcom" tərəfindən istehsal olunmuş qaç və vur platforma videooyun seriyası. Seriyadakı ilk buraxılış 7 iyul 1985-ci ildə oyun salonlarında buraxılan "Ghosts 'n Goblins" idi. Seriya sonradan müxtəlif şəxsi kompüterlərə, oyun konsollarına və mobil platformalara port edilmiş və buraxılmış, bir neçə sikvel və spin-off yaratmışdır.
Əsas seriyanın məzmunu cəngavər Arturun şahzadə Prin-Prini iblis kralı Astarotdan xilas etmək axtarışına yönəlmişdir. Əsas spin-offlara "Gargoyle's Quest" və "Maximo" oyun seriyaları daxildir.
Seriya ümumilikdə seriya 4,2 milyondan çox nüsxə satmışdır, ən çox satılan 13-cü "Capcom" oyun franşizasıdır. Yüksək çətinlik səviyyəsinə görə oyunçular arasında şöhrət qazanmışdır.[1][2][3][4]
Seriyanın ən son oyunu olan "Ghosts 'n Goblins Resurrection" 25 fevral 2021-ci ildə buraxılmışdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ghosts n' Goblins: The Top 100 NES Games of all Time". IGN. 2010-04-06. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-12.
- ↑ "Ghosts n' Goblins: Can't Beat It? Spend Some Money On Virtual Armor". Inside Social Games. 2009-11-17. 2010-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-12.
- ↑ "Most Challenging PS2 Games of All Time". IGN. April 27, 2005. August 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2022.
- ↑ "Top Ten Most Difficult Games". GameTrailers. August 12, 2008. April 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2010.
- ↑ "Ghosts and Goblins Resurrection Reboot Announced for Switch, Coming 2021". IGN. December 10, 2020. April 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Ghosts 'n Goblins" seriyası — MobyGames saytında