Georgi Sedov
Georgi Sedov | |
---|---|
rus. Георгий Яковлевич Седов | |
Doğum tarixi | 23 aprel (5 may) 1877[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 fevral (5 mart) 1914 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sinqa |
Dəfn yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], hidroqraf, qütb tədqiqatçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Gеorgi Yakovloviç Sedov (23 aprel (5 may) 1877[1], Sedovo[d], Don Voysko vilayəti[d] – 20 fevral (5 mart) 1914, Rudolf adası) — Rus səyyahı, tədqiqatçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. О, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov "Novoe Vremya" (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə "Müqəddəs Foka" gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür. Ağır bir şəraiti Barens dəni zində ekspedisiya üzvlərini qışlamağa məcbur edir. Qışlama dövründə Sedov Novaya Zemlyanın sahillərinin bir hissəsini xizəklə tədqiq edir. 1913-cü ilin sentyabrında buzdan azad olan gəmi, baza məqsədilə seçilmiş Frans-Iosif Torpağına istiqamət götürür. Keçilməz troslar ekspedisiya üzvlərin arxipelaqın cənubunda ikinci dəfə qışlamağa məcbur edir. 1913-cü ilin dekabrında heyətin cəmi yeddi nəfəri sağlam idi. HəttaSedovun özündə də sinka xəstəliyinin əlamətləri görsənirdi.
Buna baxmayaraq 15 fevral 1914-cü il tarixində о, xizəklə şimal qütbünə doğru hərəkət edir. Ilk dörd günü sutka ərzində 15 km irəliləyən Sedov sonrakı günlər xəstəliyin təsirini hiss etməyə başladı. Bəzi ekspedisiya üzvləri barmaqlarını dondurdu, bəzilərinin isə burunlarından tez-tez qan açılmağa başladı. Mart ayının 5-də ağır xəstəliyə davam gətirə bilməyən Sedov ömrünü başa vurur. Ek spedisiya üzvləri tərəfindən о, Rudolf adasının Auk burnunda dəfn edilir.
Bir müddət elmi-tədqiqat işlərini davam etdirən ekspedisiya üzvləri iyul ay ınını 30-da Frans-Iosif arxipelaqının cənubundakı Sakin buxtasından (kiçik körfəz) geri qayıdırlar. Sedovun adı coğrafiya tarixinə Arktikanın mənimsənilməsində mühüm rol oynayan səyyahlardan biri kimi daxil oldu.
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Sedovun yazıları
[redaktə | mənbəni redaktə et]- Седов Г. Я. Путешествие на Колыму в 1909 г./ Записки по гидрографии, т. XLI, вып. 2–3, Петроград, 1917.
- Седов Г. Я. Путешествие в Колыму и на "Новую Землю" в 1909–10 гг., П., 1917.
- Седов Г. Я. Экспедиция по исследованию губы Крестовой на Новой Земле в 1910 г./ Записки по гидрографии, т. XLIII, 1919.
- Седов Г. Я. Как я открою Северный полюс / Синий журнал, 1912, № 13, С.6–7.
Sedov haqqında yazılar
[redaktə | mənbəni redaktə et]- Альтер М. С.|заглавие=Шаги к мечте : Очерк о нашем земляке-первопроходце Арктики Г. Я. Седове|место=Донецк|издательство=Шилтон|год=2007|страниц=32
- Визе В. Ю.|часть=Георгий Яковлевич Седов|заглавие=Русские мореплаватели|место=М.|издательство=Изд-во Министерства обороны СССР|год=1953
- Воронцов В.|заглавие=Экспедиция Георгия Седова|ссылка=|издание=Морской флот|год=2009|номер=3
Mənbə
[redaktə | mənbəni redaktə et]- Есаков, В. А., География в России в ХІХ и начале ХХ века /Открытия и исследования земной поверхности и развитие физической географии/, М., 1978 г.
- Ефимов, А. В., Из истории великих русских географических открытий, М., 1971 г.
- История открытия и освоения Сев. Морского пути, М., 1956 г.
- Каневский, З. М., Льды и судьбы. Очерки об исследователях и исследованиях советской Арктики, М., 1973 г.
- Лебедев, Д. М. и В. А. Есаков, Русские географические открытия и исследования с древных времен до 1917 года, М., 1971 г.
- Географы и путешественики. Краткий биографический словарь, М., 2001 г.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Георгий Яковлевич Седов". Люди. İstifadə tarixi: 2009-12-20.
- В. Рогоза. "Почему Георгий Седов спешил установить Российский флаг на Северном полюсе?". Школа жизни. İstifadə tarixi: 2009-12-20.
- http://slovari.yandex.ru/dict/bse/article/00069/76800.htm Arxivləşdirilib 2009-01-29 at the Wayback Machine (Yoxlanılıb 22 yanvar 2010)
- Седов, Георгий Яковлевич в Большой биографической энциклопедии (Yoxlanılıb 22 yanvar 2010)
- Пинегин Н. В. — Лейтенант Седов идёт на полюс
- Статьи и материалы о руководителе и организаторе первой русской экспедиции к Северному полюсу Г. Я. Седове
- ↑ 1 2 СЕДОВ // Большая российская энциклопедия. Электронная версия (rus.). Большая российская энциклопедия, 2016.