Gülməmməd Süleymanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gülməmməd Süleymanov
Gülməmməd Ziyəddin oğlu Süleymanov
Doğum tarixi 15 sentyabr 1948(1948-09-15)
Doğum yeri
Vəfat tarixi 7 avqust 2020(2020-08-07) (72 yaşında)
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Təhsili

Gülməmməd Süleymanov (15 sentyabr 1948, Yormuğanlı, Kaxetiya7 avqust 2020) — kimya elmləri doktoru, professor.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kimya elmlər doktoru, professor G. Z. Süleymanov 15 sentyabr 1948-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Başkeçid (hazırkı Dumanisi) rayonun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.

O, 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Az. Dövlət Neft və Sənaye Universiteti) kimya –texnologiya fakültəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

1971–1973-cü illərdə zabit kimi ordu sıralarında xidmət edən G. Süleymanov hərbi xidməti başa vurduqdan sonra, ilk əmək fəaliyyətinə 1974-cü ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki ak. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis vəzifəsi ilə başlamışdır. 1975-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın (indiki Rusiya Federasiyası Elmlər Akademiyası) A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna stajor tədqiqatçısı kimi uzun müddətli ezamiyyətə göndərilən G. Suleymanov, 1979-cu ildə akademik O. A. Reutov və professor V. İ. Sokolovun rəhbərliyi altında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək Kimya elmlər namizədi elmi dərəcəsi almışdır.

A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutu ilə AEA –nın Fizika İnstitutu arasında mövcud elmi əməkdaşlıq əlaqələri nəzərə alınaraq, Respublika Elmlər Akademiyasının o vaxtkı Prezidenti akademik H. M. Abdullayevin tövsiyəsi ilə, k.e.d., prof. G. Z. Suleymanov, Fizika İnstitutunun k.e.d., prof. M. İ. Zərgərovanın rəhbərlik etdiyi "Fiziki-kimyəvi analiz" laboratoriyasının tədqiqat işlərinə cəlb edilmişdir və böyük elmi işçi vəzifəsinə təyin edilərək, beş il müddətinə başladığı elmi – tədqiqat işlərini davam etdirmək üçün, yenidən Element Üzvi Birləşmələr İnstitutuna ezamiyyə edilmişdir.

Bu illər ərzində G. Z. Süleymanov akademik İ. P. Beletskayanın elmi məsləhətçiliyi altında onun yaratdığı, "Metalkomplekslərlə kataliz" laboratoriyasında doktorluq işini tamamlayaraq, həmin institutun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasına təqdim etmiş, 1987-ci ildə "Element üzvi birləşmələr kimyası" ixtisası üzrə Kimya elmləri doktoru dərəcəsi almaqla yanaşı, o həm də bu sahə üzrə, yeni elmi istiqamət formalaşdırmaqla inkişaf etmişdir.

Uzun müddətli elmi ezamiyyətdən Bakıya qayıdan k.e.d., prof. G. Z. Suleymanovun formalaşdırdığı elmi istiqamət üzrə 1987-ci ildə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda "Metal üzvi kataliz" sektoru yaradılmış və onun rəhbərliyi G. Z. Süleymanova tapşırılmaqla, bu maraqlı sahədə aparılacaq elmi tədqiqat işlərinin başlanğıcı qoyulmuşdur.

O, 1992-ci ildə "Element üzvi birləşmələr kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvi, k.e.d. professor T. X. Qurbanovun vəfatından sonra, onun rəhbərlik etdiyi "Koordinasion birləşmələr kimyası" laboratoriyası "Metal üzvi kataliz" sektoruna birləşdirilmiş və onun bazasında (1996-cı ildə) G. Z. Süleymanovun rəhbərliyi altında "Koordinasion birləşmələrin katalitik kimyası" laboratoriyası yaradılmış və bu laboratoriya yaradılıb və öz fəaliyyətini davam etdirir. G. Z. Suleymanov hazırda AMEA akad. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiridir. Evlidir. 2 övladı var.

Professor G. Süleymanov 400-dən artıq elmi məqalənin, o cümlədən, 15 məcmuənin, 25 patent və müəlliflik şəhadətnaməsinin, eyni zamanda İ. P. Beletskaya və Q. K.-İ. Məhəmmədovla birgə yazdığı "Производные редкоземельных элементов с органическими и металкарбонильными лигандами" М. Наука,1995; Y. Ə. Əbdüləzimova, A. T. Məmmədovla birgə yazdığı "Metalkarbonil birləşməli ovuntu materialı" Bakı, Elm; 2010. Q. İ. Kəlbəliyevla və Ə. A. Həsənovla birqə yazdığı "Sənaye tullantı sularının təmizlənmə texnologiyasında kütlə mübadıləsi prosseləri" Bakı, 2012, Elm. Monografiyaların həmmüəlliflərindən biridir: Q. İ. Kəlbəliyevla, S. R. Rasulavla, və L. B. Huseynovayla birqə monoqrafiya yazılıb " Массообменные процессы в технологии очистки сточных вод" Moskva. 2013. Bununla yanaşı o, professor A. B. Yolçuyevlə birgə yazdığı "Ozonatordan cərayan olunan O2+O3+hava qarşılığında ozon (O3) və oksigen (O2) qazlarının birgə iştirakında, onların kimyəvi üsullarla miqdarca təyin üsullarının təkmilləşdirilmiş metodiki göstəricişi"; Bakı. Elm. 2008; metodiki vəsaitin həmmüəllifidir.

Onun 130-dan artıq elmi məqaləsi bir sıra dünya aparıcı dövlətlərin elmi jurnallrında dərc olunmuşdur. Eyni zamanda Yaponiya, Polşa, Rusiya, Hindistan, Portuqaliya, İspaniya, Almaniya, ABŞ-də keçirilmiş konfrans materiallarında dərc edilmişdir. O, 1991-ci ildə İtaliyada keçirilmiş I-Ümumdünya "Karbon monoksid" Beynəlxalq Simpoziumun iştirakçısı olmuş, Moskvada keçirilmiş III və V Beynəlxalq "Metal Üzvi Birləşmələr Kimyası" elmi konfranslarında AMEA-nın Rəyasət Heyətində hesabatla çıxış etmişdir.

G. Z. Süleymanov rəhbəliyi altında aparılan geniş tədqiqat işləri nəticəsində bəzi keçid və nadir torpaq elementi üzvi və metalkarbonil liqandlı yeni sinif koordinasion və metalüzvi birləşmələr üçün müvafiq sintez metodları işlənib hazırlanmışdır. Quruluşla xassə arasında mövcud asıılıqlar və qanunauyğunluqlar müəyyən edilməklə bu birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik və antidetanasion xassələrinə təsiri olduqları öz təsdiqini tapmışdır. Bu birləşmələr bəzilərindən polimer daşıyıcısı fotohəssas elementlərin yaradılmasında kükürdlü neft məhsullarının demerkaptanizasiyası və sintez qazdan yüksək qaynama temperaturlu maye birləşmələrin alınması üçün yeni daha effektiv katalitik sistemlərin ekoloji təmiz oktanqaldırıcı qatı kompozisiyalarının hazırlanması və praktiki tətbiqində geniş istifadə olunmuşdur.

G. Z. Süleymanovun rəhbərliyi altında yerli neft və kimya sənaye məhsullarından istifadə etməklə, vacib kimya sənayesi məhsulu — ferrosenin tullantısız texnologiyası ilə alınma üsulu əsasında AMEA-nın Y. Məmmədəliyev adına NKPİ-nun Layihə Konstruktor Bürosunun hazırladığı layihə- smeta sənədlərindən istifadə olunmaqla, gücü 50 kg olan yarımsənaye pilot qurğusu quraşdırılmış və o, AMEA-nın Təcrübə Sınaq Zavodunda sınaqdan keçirilərək, istehsal üçün tövsiyə edilmişdir.

O, 4 — monoqrafiyanın 450-dən artıq elmi məqalənin, o cümlədən 30-dan artıq patentin, 15 məcmüənin həmmüəlliflərindən biridir. Eyni zamanda G. Z. Süleymanov rəhbərliyi altında 28 namizədlik, 2 doktorluq dissertasiya işi müdafiə təqdim edilmişdir. Biri müdafiə edilmişdi, 2-si isə müdafiəyə hazırlanmışdır.

Professor Gülməmməd Süleymanov hazırda AMEA-nın M. F. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun "Nano və elektrokataliz" şöbəsinin, "Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar" laboratoriyasının rəhbəri kimi institutun böyük Elmi Şurasının üzvüdür. İnstitut nəzdində ixtisaslaşdırılmış elmlər və fəsəfə doktor kimi Dissertasiya Şurasında ictimai fəaliyyət göstərir. Gülməmməd Süleymanov geniş məhsuldar və səmərəli elmi fəaliyyətinə görə, AMEA-nın "Fəxri-fərmanı" ilə təltif olunmuşdur və "İlin Nüfuzlu Ziyalısı" Ali media mükafatına layiq görülmüşdür.

2 övladı var.

Gülməmməd Süleymanov uzun sürən xəstəlikdən sonra 2020-ci il avqustun 7-də dünyasını dəyişib.

1. Курбанов М. А., Сулейманов Г. З., Сафаров Н. А., Гочуева А. Ф. Эффект фотогaщения электропроизводности в композитах полимерферроцен //Физика и техника полупроводников, 2011, Т. 45, вып. 4, с. 510–517

2. Келбалиев Г. И., Сулейманов Г. З., Расулов С. Р., Гусейнова Л. В. Массообменные процессы в технологии очистки сточных вод. //Москва, Изд-во "Спутник", 2013, 343 с.

3. A. M. Aliyev, F. İ. Shekiliyev, G. Z. Suleymanov, S. G. Zakiyeva. Synthesis and study of extraction properties of amino-methylene derivatives of sub-stituted phenols. European Applied Sciences № 4. 2014. P.108

4. Келбалиев Г. И., Рзаев А. Г., Расулов С. Р., Сулейманов Г. З., Гусейнова Л. В. Процессы агрегирования и коагуляции частиц асфальтенов в нефти и нефтяной эмульсии. // Теоретические Основы Хим. Техн., 2015, т.49, № 3, с. 239–246

5. Азизов. И. В., Кахрамановa Ш. И., Гулиева Э. А., Сулейманов. Г. З. Синтез комплексов марганца с аминокислотами и изучение их влияния на морфофизиологические показатели проростков пшеницы. məqalə. Теоретические и прикладные аспекты современной науки. Сборник научных трудов по материалам IX Международной научно-практической конференции. Г. Белгород, 31 марта 2015 г. Часть I., стр.35–37.

6. A. M. Sardarly, V. P. Vislovskiy, G. Z. Süleymanov, D. B. Tagiyev. Promotion effect and role of antimony in oxidative dehydrogenation of isobutane over alumina supported V-Sb oxide catalysts. Intern. Scientific Conf. "Science, Technology and Life-2014" //Karlovy Vary — Kirov. 2015. P. 57–64.

7. Ф. И. Шекилиев, Г. З. Сулейманов. Исследование процесса жидкофазной экстракции кобальта из водных растворов. Журнал "Неорганическая химия". 2016. № 12.

8. Д. Б. Тагиев, Г. И. Келбалиев, Г. З. Сулейманов, С. Р. Расулов,Ф. И. Шекилиев, В. И. Керимли. Кинетика растворения асфальтосмолистых веществ в ароматических растворителях. Журнал "Химия и технология топлив и масел". 2016. № 3.

9. А. А. Гасанов, Г. З. Сулейманов, Г. И. Келбалиев. Жидкофазная экстракционная очистка сточных вод лакокрасочных производств в экстракторе с мешалкой. Журнал "Химия и технология воды". 2016. Т. 38.№ 6.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]

Müəllif şəhadətnamələri və patentləri

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dissertantlara elmi rəhbərlik və opponent

[redaktə | mənbəni redaktə et]

Gülməmməd Süleymanov geniş məhsuldar və səmərəli elmi fəaliyyətinə görə, AMEA-nın "Fəxri-fərmanı" ilə təltif olunmuşdur və "İlin Nüfuzlu Ziyalısı" Ali media mükafatına layiq görülmüşdür.