Güləbird
Güləbird | |
---|---|
39°28′48″ şm. e. 46°36′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Güləbird — Azərbaycan Respublikasının Laçın rayonu Güləbird kənd inzibati ərazi dairəsində kənd.[1]
Güləbird kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.[2] Rayon mərkəzindən düz xət üzrə 18 km, avtomobil yolu ilə 36 km məsafədədir.
1993-cü ilin avqust ayının otuzbirində Birinci Qarabag müharibəsində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər hazırkı Güləbird kəndi və ətaf əraziləri mərkəzi Şuşa şəhərində yerləşən Qarabağ xanlığına tabe olmuşdur. 1822–1840-cı Qarabağ xanlığı dağıldıqdan sonra ərazi komendatlıq üsuli-idarəsi ilə idarə olunmuş, 1840-cı ildən Qarabağ əyaləti Şuşa qəzasına çevrilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılarkən Şuşa quberniyası bu quberniyaya tabe edilmişdir. 1924-cü ildə yeni Zəngəzur qəzası yaradılaraq Laçın rayonunun əksər hissəsi bu qəzanın tərkibinə verilmişdir. 1929-cu ildə qəzalar ləğv olundu və 1930-cu ildə Laçın rayonu yaradıldı. Məskunlaşması XVI–XVII əsrlərdən başlayan Novruzalılar, Yuxarı Məzməzək, Aşağı Məzməzək, Orta oba, Abas qışlağı, Rəfi, Bayramuşağı kəndləri Laçın rayonunun tərkibinə verildi.
1905–1907 və 1914–1920-ci illərdə bu kəndlərin də daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində xeyli insanan həlak olmuşdur və bu kəndlər tam yandırılaraq talan edilmiş, əhali isə indiki Cəbrayıl rayonu ərazisinə sıgınaraq xeyli sonra geri qayıtmışdır.
1956-cı ildə bir-birinə yaxın olan qədim tarixləri olan Novruzalılar, Yuxarı Məzməzək, Aşagı Məzməzək, Orta oba, Abaş qışlağı, Rəfi, Bayramuşağı kəndlərinin birləşməsindən yaranıb. Qədim Zəngəzur mahalının bir kəndi olub. Güləbird kəndi Laçın rayonunun əhalisinin sayına, ərazisinin genişliyinə, təsərrüfatının çoxtərəfliliyinə, əlverişli iqlim və coğrafi mövqeyinə görə seçilən kəndlərindəndir. Güləbird kəndi Həkəri çayının sağ sahilində, Laçın rayonunun cənub bölgəsində sonuncu kəndidir. Qubadlı rayonu və Ermənistan Respublikasının kilometrlərlə uzanan sərhəddində yerləşir.
Keçmiş Güləbird kəndinin tarixi ərazisində salınmış bu kənd Azərbaycanda və digər ölkələrdə məşhur bayatı ustadı aşıq-şair Sarı Aşığın doğulduğu və yaşadığı kənd kimi tanınır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]"Güləbird" toponimi haqqında elmi etimilogiyaya əsasən bu ərazilərin qədim türk torpaqları olduğu və aborigen əhalinin türk olmağı haqqında tarixi-coğrafi, mədəni-ədəbi bilgilər yetrincədir.
Yaşayış məntəqəsi Güləbird qalasının yaxınlığında yerləşdiyi üçün belə adlanmışdır. Güləbird qalasının adı isə "gil qalası, gellərə məxsus qala" deməkdir[3].
Qaradağlı, Şahyolu, Şahtaxtı, Sarıqaya və s. yer-yurd adları var.
Güləbird sözü türk dilindən olan "gül" və fars mənşəlli "bert" qala mənasın verən gül qalası deməkdir. Türkiyədə də eyniadlı kənd mövcud olmuşdur. Türkiyənin Ardahan ilinin Çamlıçatak kəndi 1959-cu ilə qədər Güləbird (Gülebert) adlandırılmışdır.[4]
Abidələri
[redaktə | mənbəni redaktə et]XVII əsrdə yaradılan Sarı Aşıq türbəsi, Qədim qəbiristanlıq, qəbiristanlıqda çoxlu sayda oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş bədii daş nümunələri var.
Kənd tarixi abidələri ilə zəngindir. Qədim qəbiristanlıq, Qız qəbri, Sultanbud künbəzi, Sarı Aşıq və sevgilisi Yaxşının qəbirüstü abidələri, Nəzər xırmanı, Köhnə Məzməzək, Novruzalılar yaşayış məskənləri və s.
1993-cü ildə erməni vandalları Sarı Aşıgın qəbrini tamamilə dağıtmışlar.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Güləbird kəndi Həkəri çayının sahilində Qubadlı rayonu ilə sərhəddə yerləşir, rayon mərkəzindən 36 km məsafədədədir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
15 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" su-elektrik stansiyasını işə salıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.[5]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2006-cı ilin statstikasına görə kəndin əhali sayı 1460 nəfər olmuşdur.
Əhalisinin bir qismi Cənubi Azərbaycanın Qaradağlı mahalından gələn türk tayfaları təşkil edir. Məşguliyətləri əkinçilik və maldarlıq olub.
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Səbahəddin Rüstəmov --Zəngəzur qəzetinin baş redaktoru
- Sarı Aşıq — bayatı ustadı.
- Hüseyn Abdullayev — Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922).
- Qorxmaz Eyvazov-Azərbaycanın Milli Qəhrəmanı
- Aydın Cəfərov — Professor, Fizika-riyaziyyat elmləri doktoru.
- Sevindik Hətəmov — icra başçısı.
- Aqil Nəzərli — Laçın RİH-nin başçıçı
- Rövşən Atakişioğlu — yazıçı, publisist.
- Ağaxan Nəzərov — Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi.
- Mahir Abbaszadə — Azərbaycan iqtisadçı alimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru. Milli Məclisin deputatı
- Vüsal Məmmədov və ya Vüsal Mətləboğlu — tanınmış jurnalist.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Güləbird // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Güləbird // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 302. ISBN 978-9952-34-155-3.
- ↑ "5". http://www.fallingrain.com/world/TU/86/Camlicatak.html. 2016-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ↑ ""Güləbird" SES-in işə salınmasının görüntüləri". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |