Frigiya dili
Frigiya dili | |
---|---|
Orijinal adı | yun. Φρυγική γλώσσα |
Ölkə | Frigiya |
Region | Kiçik Asiya (Orta Şərq) |
Ölü dil | V və ya VII əsr |
Təsnifatı | |
Yazı | Frigiya əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | xpg |
IETF | xpg |
Glottolog | phry1239 |
Frigiya dili (yun. Φρυγική γλώσσα) — Hind-Avropa dillərindən biri, Balkanlardan Kiçik Asiyaya miqrasiya edən frigiyalıların dili. Hind-Avropa dil qrupunun ayrı bir qoluna aiddir və daha çox qədim yunan dilinə bənzəyir. Dilin yunan əlifbasına oxşayan xüsusi bir əlifbası var. Frigiya dili e.ə. VIII əsrdə meydana gəlmişdir və adı canlı olaraq son dəfə V əsrdə çəkilmişdir. Buna baxmayaraq, bəzi tarixşünaslar və dilşünaslar dilin VII əsrdə ərəb yürüşlərindən sonra məhv olduğunu irəli sürür.
Frigiya dilinin tarixinin iki dövrü var. Onlar, qədim Frigiya (e.ə. VIII–V əsrlər) və yeni Frigiyadır (b.e. I–III əsrlər). Frigiya dili üzərində elmi tədqiqatlar XIX əsrin 20-ci illərində başlamışdır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Frigiya" və "Frigiyalılar" adları qədim yunan dilindəki Φρυγία və Φρύγες sözlərindən törənib. Frigiya dilində xalqın adı "Bruq"lar adlanır. Bu, Balkan yarımadasında yaşayan briqlər tayfasına bənzəyir.[1][2].
Sinifləşdirmə
[redaktə | mənbəni redaktə et]Frigiya dili Hind-Avropa dil ailəsinin tərkibində olan ayrı bir qrupa – Yunan-Frigiya qrupuna aiddir.[3] Frigiya dilinə ən yaxın dillər qədim yunan və qədim makendon dilləridir. Frigiya dilinin qədim yunan dili olan oxşarlıqların sayı Hind-Avropa dil ailəsindəki digər dillərdən daha çoxdur. Məsələn:[4][5][6][7][8]
- -eyo- şəkilçisinin mövcud olması.
- feli sifətlərə -meno- şəkilçisinin əlavə edilməsi.
- auqementdən istifadə etməsi.
Frigiya dilinin Frakiya və erməni dillərinə yaxınlığı linqvistik maddələrdə öz əksini tapmır.[6][7][9]
Yazılış
[redaktə | mənbəni redaktə et]Antik dövrlərdə Frigiya dili yunan əlifbasına bənzər bir əlifbadan istifadə edirdi. Dildə cümlələr ya sağdan sola, ya da bustrofedon üsulu ilə yazılırdı. Sözlər bir-birlərindən üç və ya dörd nöqtədən ibarət işarələrlə ayrılırdı. Yeni Frigiya dövründə yunan əlifbası və ona bənzər əlifbalar köhnəlmişdi və artıq istifadə edilmirdi.[2][10]
Bunlara əlavə olaraq, Frigiya və qədim yunan əlifbalarının e.ə. VIII əsrin birinci yarısında yaranmış bir əlifbadan törədiyinə dair bir fərziyyə var. Bundan əvvəl Kiçik Asiyada sami hərflərindən istifadə edilirdi.[11]
Linqvistik xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Fonetika və fonologiya
[redaktə | mənbəni redaktə et]Qədim Frigiya dilinin samitləri:[12][13]
Dodaq | Diş | Alveolyar | Damaq | Damaqarxası | |
---|---|---|---|---|---|
Partlayıcı | p b | t d | k ɡ | ||
Burun | m | n | |||
Sürtünən | s | ||||
Affrikat | t͡s d͡z | ||||
Süzgün | w | l r | j |
Yeni Frigiya dövründə dz affrikatı z ilə dəyişdirildi.[14]
Qədim Frigiya dilinin saitləri:[13][14]
Yüksəliş\cərgə | Ön | Orta | Arxa |
---|---|---|---|
Üst | i iː | u uː | |
Orta | e eː | o oː | |
Alt | a aː |
Prahind-Avropa dillərindəki ē Frigiya dilində ā, uzun ē qoşasaitli ei monofonqlarına çevrildi. Bunlara əlavə olaraq, qoşasaitli oi, ai , au , ōi və āi monofonqları da var idi.[14] Dilin tarixi boyu vurğudan azad şəkildə istifadə olunurdu və çox hərəkət edirdi. Həssas saitlər azalmağa meyilli idi.[13]
Morfologiya
[redaktə | mənbəni redaktə et]İsmin halları
[redaktə | mənbəni redaktə et]Frigiya dilində ismin ən azı dörd halı var. Onlar, adlıq, yiyəlik, yönlük və təsirlik hallarıdır.[15][16][17] İsmin sonları:[15][16]
-ā- | -o- | -i- | səssiz | |
---|---|---|---|---|
Ad. | -a | -os | -is | -ø |
Yiy. | -as | -ovo | -os | |
Yön. | -ai, -a(n) | -oy, -oi | -e | -e(i) |
Təs. | -an | -un | -in | -an |
Ad. cəm | -as | -oi | -es | |
Yiy. cəm | -un | |||
Yön. cəm | -ias | -ōs | -si(n) | |
Təs. cəm | -as |
Əvəzlik
[redaktə | mənbəni redaktə et]Xüsusi əvəzliklər Frigiya dilinə aid yazılı abidələrdə bu günə gəlib çatmayıb. Hind-Avropa köklərindəki se/o və te/o kimi əvəzliklərdən istifadə edilib. Nisbi ios və sual kos (kişi) və kin (orta) əvəzlikləri bu günə qədər qorunub saxlanıb.[18][19].
Say
[redaktə | mənbəni redaktə et]Tapılan yazılı abidələrdə sadəcə oyvos (bir), duoi (iki) və protos (birinci) saylarına rast gəlinib.[19]
Fel
[redaktə | mənbəni redaktə et]Frigiya dilindəki fellər şəxs, say (təkdə və cəmdə), sübut (fəal və yarımpassiv), meyl (səciyyəvi, məcburi, birləşdirici) və vaxt (indiki, aorist, bitməmiş, bitmiş, gələcək) kateqoriyalarına bölünürdü.[19] Aorist auqementdən yaranmışdır. Bu, Frigiya dilini qədim yunan, erməni və Hind-İran dillərinə daha yaxınlaşdırır.[20]
Frigiya dilindəki yeganə feli sifət (passiv) -meno- şəkilçisinin köməyi ilə yaranmışdır.[19][20][21]
Sintaksis
[redaktə | mənbəni redaktə et]Frigiya dilindəki cümlələrin quruluşu — SOV (mübtəda – əlavə – xəbər).[19]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 69.
- ↑ 1 2 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. səh. 109. ISBN 978-80-7308-287-1.
- ↑ Neroznak V. P. Фригийский язык. Лингвистический энциклопедический словарь. 1990. səh. 563.
- ↑ Vavrouşek, P. Frýžština // Jazyky starého Orientu. Praqa: Univerzita Karlova v Praze. 2010. 128–129. ISBN 978-80-7308-312-0.
- ↑ Fortson, B. Indo-European language and culture. An Introduction. Padstou: Blackwell Publishing. 2004. səh. 403.
- ↑ 1 2 Mallori, C. P.; Adams, Duqlas K. Encyclopedia of Indo-European culture. London: Fitzroy Dearborn Publishers. 1997. səh. 419. ISBN 9781884964985.
- ↑ 1 2 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 72.
- ↑ Otkupşikov, Y. V. Догреческий субстрат. У истоков европейской цивилизации. Издательство СПбГУ. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ Vavrouşek, P. Frýžština // Jazyky starého Orientu. Praqa: Univerzita Karlova v Praze. 2010. səh. 129. ISBN 978-80-7308-312-0.
- ↑ Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008 . səh. 73.
- ↑ Yanq, R. S. =Old Phrygian Inscriptions from Gordion: Toward a History of the Phrygian Alphabet. 38 (2). Hesperia. 1969. 252–296.
- ↑ Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 74.
- ↑ 1 2 3 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. səh. 110. ISBN 978-80-7308-287-1.
- ↑ 1 2 3 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008 . 75.
- ↑ 1 2 Bednarçuk, L. Język frygijski // Języki indoeuropejskie. Varşava: PWN. 1986. səh. 483.
- ↑ 1 2 Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 76.
- ↑ Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. 110–111. ISBN 978-80-7308-287-1.
- ↑ Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. 76–77.
- ↑ 1 2 3 4 5 Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. 111. ISBN 978-80-7308-287-1.
- ↑ 1 2 Bednarçuk, L. Język frygijski // Języki indoeuropejskie. Varşava: PWN. 1986. səh. 484.
- ↑ Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008. səh. 77.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bednarçuk, L. Język frygijski // Języki indoeuropejskie. Varşava: PWN. 1986. 481–485.
- Biçovski, Y. Vademecum starými indoevropskými jazyky. Praqa: Nakladatelství Univerzity Karlovy. 2009. 109–112.
- Briks, K. Phrygian // The Ancient Languages of Asia Minor. Nyu-York: Cambridge University Press. 2008 . 69–79.
- Fortson, B. Indo-European language and culture. An Introduction. . Padstou: Blackwell Publishing. 2004. 401—403.
- Vudhaus, R. An overview of research on Phrygian from nineteenth century to the present day (PDF). 126. Studia Linguistica. 2009. 167–177. 2013-10-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Frigiya yazılı abidələrinin korpusu (alm.)
- Lubotskinin Frigiya etimologiya məlumat bazası (natamam) (nid.)
- Frigiya və frigiyalılar
- İohannes, Fridrix. Дешифровка забытых письменностей и языков. «Yeni Heredot» saytında.