Franklin Lobos
Naviqasiyaya keç
Axtarışa keç
Franklin Lobos | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1957 (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Franklin Lobos (isp. Franklin Erasmo Lobos Ramírez; 2 iyun 1957, Kopiapo) — 2010-cu ildə Çilidə dağılan şaxtanın altında 2 aydan artıq qalıb, sonradan işıq üzünə çıxanlara arasında milli komandanın sabiq futbolçusu.
2010-cu ildə Çilidə dağılan şaxtanın altında qalanların xilas olunması əməliyyatı zamanı həyata qaytarılan 33 nəfərdən biridir. da olub.
Belə ki, 53 yaşlı Franklin Lobos Çili yığmasının sabiq yarımmüdafiəçisidir. Karyerası boyu ortabab klublarda oynayan Lobos 1984-cü ildə keçirilən Olimpiya Oyunlarının seçmə mərhələsində millinin şərəfini qoruyub. 15 il əvvəl karyerasını başa vuran futbol veteranı dağılan şaxtada yük maşınında sürücü çalışırdı[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Milli komandanın futbolçusunun həyatı xilas edildi". 2010-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-18.