Entoni Eşli-Kuper (I Şeftsberi qrafı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Entoni Eşli-Kuper
bayraq
Şuranın lord-sədri
bayraq2
21 aprel 1679 – 15 oktyabr 1679
MonarxII Karl
Əvvəlkinaməlum
SonrakıCon Robartes
bayraq
Ticarətin birinci lordu
bayraq2
16 sentyabr 1672 – 1676
Əvvəlkivəzifə yaradıldı
Sonrakıvakant
bayraq
Lord-kansler
bayraq2
1672 – 1673
ƏvvəlkiSer Orlando Bricman
SonrakıHenec Finç
Şəxsi məlumatlar
Doğum adı Anthony Ashley Cooper
Doğum tarixi 22 iyul 1621(1621-07-22)[1][2]
Doğum yeri
Vəfat tarixi 21 yanvar 1683(1683-01-21)[2] (61 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, hakim, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Entoni Eşli-Kuper (ing. Anthony Ashley Cooper; 22 iyul 1621[1][2], Dorset[d]21 yanvar 1683[2], Amsterdam, Hollandiya qraflığı) — çoxhakimiyyətlilik və kral II Karlın hakimiyyəti dövründə nüfuz qazanmış İngiltərə siyasətçisi. O həmçinin, Viqlər partiyasının qurucusu və İngiltərə filosofu Con Lokkun hamisi idi.

Dorsetdə anadan olan Entoni Eşli-Kuper ser Con Kuperin və onun həyat yoldaşı, kraliça I Elizabetin hakimiyyəti dövründə müharibə katibi olaraq xidmət etmiş ser Entoni Eşlinin qızı Enn Eşlinin oğlu idi. Onun valideynləri gənc yaşlarında vəfat edir və Eşli-Kuper baronet titulunu əldə edir. Puritan müəllimlər tərəfindən təhsil almış, Oksforddakı Ekseter kollecində oxumuşdur.

Ser Entoni Qlosterşir qraflığındakı Tüksberi şəhərini təmsil edən I Karlın qurduğu qısa parlamentə qatılır. O, daha sonra uzun parlamentdə Dorset qraflığındakı Pul şəhərini təmsil edir. Denzil Hollislə rəqabət aparan ser Entoni İngiltərədə vətəndaş müharibəsinin əvvəllərində ilk öncə kavalerlərin tərəfini tutur, bundan sonra isə Oliver Kromvelə sadiq girdəbaşların sırasına keçir. 1660-cı ildə Kromvelin qalibiyyəti nəticəsində İngiltərə Respublikasının süqutundan sonra ser Entoni İngiltərə sərkərdəsi Corc Monk ilə birlikdə kral II Karlın ölkəyə qayıtmasını dəstəkləyir.

Ser Entoni Klarendon qrafının hökuməti dövründə əhəmiyyətli bir dövlət xadiminə çevrilir. Lakin o, Klarendon ilə mübahisələr yaşayırdı, xüsusilə də dini mövzularda. O, 1663-cü ildə Şimali Amerikada Lordlar Sahibləri təyin olunan səkkiz centlmendən biri idi. Ser Entoni Con Lokk ilə Karolina əyalətinin formalaşmasında aktiv iştirak edir.

Klarendonun devrilməsindən sonra ser Entoni 1672-ci ildə lord-kansler təyin edilir. Qısa müddət sonra kral ona Şeftsberi qrafı ünvanını verir.

Çıxarılma böhranı dövründə İngiltərə parlamentdə "Çıxarılma haqqında qanun"un tərəfdarları və müxalifləri arasında bölünməsinə şahid olur. Bu, II Yakovun qardaşı və II Karlın varisini taxt-tac varisliyindən xaric edən bir qanun idi. Şeftsberi qanunun əsas tərəfkeşlərindən biri idi. Bu onun sürətli şəkildə nüfuzunu itirməsinə səbəb olur və o, Hollandiyaya qaçmalı olur. Entoni Eşli-Kuper 1683-cü ildə Hollandiyada vəfat edir.

  1. 1 2 Lundy D. R. Anthony Ashley-Cooper, 1st Earl of Shaftesbury // The Peerage (ing.).
  2. 1 2 3 4 Anthony Shaftesbury // Brockhauz Ensiklopediyası (alm.).
  • K. H. D. Haley, The First Earl of Shaftesbury (Oxford: Oxford University Press, 1968). ISBN 0198213697

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]