Enriko Toti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Enriko Toti
Enriko Toti 1916-cı ildə cəbhədə
Enriko Toti 1916-cı ildə cəbhədə
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1882(1882-08-20)
Doğum yeri
Vəfat tarixi 6 avqust 1916(1916-08-06) (33 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Xidmət illəri 1916
Rütbəsi mülki könüllü
Döyüşlər Altıncı İzonso döyüşü
Təltifləri Gold Medal of Military Valour
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir[2].

Enriko Toti 1882-ci ildə Romada anadan olub.

14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. [2]

1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi.

2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi[2][3].

Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.

Ancaq, Enriko sakit əlil həyatından razı deyildi və buna görə də, dünyanın ilk təkayaqlı peşəkar velosipedçisi olmağa qərar verdi.

Bunu etmək üçün o, velosipedi yalnız sağ ayaqla sürmək mümkün olsun deyə yenidən dizayn etdi. Enriko, bu velosipedlə 1910-cu ildə sağlam velosipedçilərlə eyni səviyyədə Roma-Braççiano-Roma yarışında iştirak etdi. [2]

Bundan əlavə, o, çimərlik paltarında onu görən insanlar tərəfindən ələ salınmasına baxmayraq həvəskar üzgüçülük yarışlarında da iştirakını bərpa etdi.

Veloyürüşlər

[redaktə | mənbəni redaktə et]

Hələ də, rəsmi yarışlarda velosiped idmanı ulduzları ilə bərabər şərtlərdə yarışa bilmədiyi üçün Enriko, tək nəfərlik uzun veloyürüşlər etməyə başladı. O, 1911-ci ildə Romadan Parisə, sonra isə Belçika, Hollandi, Danimarka, Finlandiyaya keçərək böyük bir yürüş etmişdi. Daha sonra Peterburqdan keçərək Polşaya çatdı və 1912-ci ilin iyununda İtaliyaya qayıtdı[3].

Enrikonun növbəti velosiped yürüşü 1913-cü ildə baş tutdu. O, Misirin İsgəndəriyyə şəhərində başladığı yürüş çərçivəsində Misirdən keçərək Liviyadakı İtalyan torpaqlarına çatmaq üçün Sudan boyu hərəkət etmək istəyirdi. Lakin, Misir və Britaniya Sudanı arasındakı sərhəddə İngilis səlahiyyətliləri Totini dayandırdılar. Sərhədçilər, ona birbaşa dedilər ki, onun təhlükəsizliyinə zəmanət vermirlər. Həmin vaxtlar hələ Omdurman döyüşündən bəri vəhşi Beca qəbilələri və sağ qalan Məhdiçilərdən ibarət dəstələr ölkəni terror qorxusunda saxlayırdılar.

Toti, belə hücumlardan qorunmaq üçün özü ilə revolver gətirdiyini, bunun yetərli olmadığı təqdirdə isə tüfəng də alacağını söyləmişdi. Amma sonda onu zor gücünə geri qaytardılar. Yürüş isə Totinin Qahirəyə gedib oradan İtaliyaya qayıtması ilə sonlandı.

Müharibədə iştirak

[redaktə | mənbəni redaktə et]

24 May 1915-cü ildə İtaliyanın Birinci Dünya Müharibəsinə girməsi ilə Toti dərhal könüllü kimi qeydiyyatdan keçsə də, onun istəyi rədd edildi. Axırda heç olmasa mülki könüllü kimi orduya qoşulmaaq istəyən Enriko öz velosipedi ilə Izonso çayı yaxınlığındakı cəbhəyə yollandı. Orada Enrikonu karabinyerlərin müşayiəti altında döyüş bölgəsindən çıxartdılar.

Enrikonun üçüncü cəhdində Üçüncü İtalyan Ordusunun komandiri, Aostiya hersoqu Savoylu Emmanuel Filibert, Totini Bersalyerlərin 3-cü alayına skuter batalyonunda şəxsən öz tabeliyinə yazdırdı. Piyada alayının baş tibb idarəsi və general-inspektoru, hersoqun bir ayaqlı bersalyerin həqiqi hərbi xidmətə yazılması əmrini bir mənalı olaraq rədd etmişdilər. Nəticədə o, orduya əsgərlərin bütün imtiyazlarına malik "mülki könüllü" kimi qeyd edildi.


6 Avqust 1916-cı ildə Bersalyer alayının, altıncı İnzonso döyüşlərinin üçüncü günündə Avstriya mövqelərinə etdiyi növbəti bir hücum zamanı Toti, öldürüldü. Rəvayətə görə, ölümündən əvvəl Enriko, əl ağacını belə avstriyalılara atmağı bacarmışdı. [2]

Enriko Toti, İtaliyanın milli qəhrəmanıdır. Onun adı bir çox coğrafi obyektlərə, məktəblərə, faşist hakimiyyəti dövrü fəaliyyət göstərən dəmiryolu legionuna, II DM-dən sonra İtaliyada yaradılmış sualtı qayıq növlərindən birinə verilib.

Doğma şəhəri olan Romada ona həsr edilmiş iki abidə var: Villa Borgeze parkında və dəfn olunduğu Piy qapıları ətrafında.