Emine Önasya
Emine Önasya | |
---|---|
türk. Emine Semiye Önasya | |
Doğum tarixi | 28 mart 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 1944[1] |
Vəfat yeri | |
Atası | Əhməd Cevdət paşa |
Fəaliyyəti | yazıçı, müəllimə, qadın hüquqları fəalı[d] |
Emine Önasya (türk. Emine Semiye Önasya 28 mart 1866, İstanbul – 1944[1], İstanbul) — Türk əsilli yazıçı və ilk feministlərdən biri.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]28 mart 1866-cı ildə İstanbulda anadan olmuşdur[2]. Əhməd Cövdət paşanın ikinci qızı və yazıçı Aliye Fatmanın bacısı idi[3][4]. Emine Seminin anası Advie Rəbiyə xanım idi. Emine Semiye yeddi il Fransa və İsveçrədə psixologiya və sosiologiyanı öyrənir. Osmanlı İmperiyasının Avropada təhsil almış ilk müsəlman qadınlarından biri olur.
1882-ci ildən etibarən Emine Semiye İstanbulda, digər şəhərlərdə türk dili və ədəbiyyatından dərs deyir[5]. Qızlar üçün bir məktəbdə müfəttiş və Şişli Eftal xəstəxanasında tibb bacısı işləmişdir. "Mütalaa" və "Hanımlara Mahsus Gazete"[2] qəzetlərində dərc olunan təhsil və siyasətlə bağlı məqalələr yazır. 1893-cü ildə "Hulasa-i İlm-i Hesap"[6] adlı bir riyaziyyat dərsliyi də yazmışdır. Emine Semiyenin ən məşhur əsərləri "Sefalet" (Yoxsulluq)[7] və "Gayya Kuyusu" (Cəhənnəm çuxuru) hekayələridir[2]. Bacısı Aliye ilə birlikdə Osmanlı İmperiyasında qadın hüquqları hərəkatında ən əhəmiyyətli fəallardan biri hesab olunur[8][9]. Məqsədləri qadınlara yardım etmək olan bir neçə xeyriyyə təşkilatının yaradılmasında iştirak etmişdir. Emine qadınların gücləndirilməsi üçün də mübarizə apardı. Birlik və Tərəqqi partiyasının, eyni zamanda Osmanlı Demokrat Partiyasının üzvü idi. 1920-ci ildə Emine Semiye Türk Mətbuat Dərnəyinin idarə heyətinə daxil olur[10].
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Uzun müddət Parisdə yaşayır. İki dəfə evlənir[5]. İlk evliliyi Mustafa Paşa ilə baş tutur. Bu evlilikdən Hasan Rıza (1885) adlı bir oğlu ve Fatma Zahire adlı bir qızı olur. İkinci evlilik isə Reşit Paşa ilə olur. Hər iki evlilik boşanma ilə başa çatmışdır. Emine Semiye 1944-cü ildə İstanbulda vəfat edir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Bikəs (roman)
- Müəllimə (roman)
- Səfalət (roman)
- Gayyə quyusu
- Bir Mütəhəssisin Təfəkküratı
- Terbiye-i Etfale Aid Üç Hekayə (roman)
- Hiss-i Rəqabət (roman)
- Əmir Çoban Qızları Yaxud İki Qadında Eyni Taleh: Bağdat Xatun (roman)
- Dilşad Sultan (piyes)
- Selanik Xatirələri (xatirə)
- Hürriyyət qoxuları (roman)
- İktitaf
- Qələm Təcrübələri
- Hülasa-i İlm-i Hisap
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Semiye Emine // WomenWriters (ing.).
- ↑ 1 2 3 "Emine Semiye". Ministry of Culture (Turkey). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-28.
- ↑ "Emine Semiye" (türk). Kitap Yurdu (Book Land). 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-28.
- ↑ Karaca, Şahika. Modernleşme Döneminde Bir Kadın Yazarın Portresi: Emine Semiye Hanım (A portrait of a woman author in modernisation period: Emine Semiye) // Bilig. — 2011. — Т. 57. — С. 115—134.
- ↑ 1 2 Karaca, Şahika. Modernleşme Döneminde Bir Kadın Yazarın Portresi: Emine Semiye Hanım (A portrait of a woman author in modernisation period: Emine Semiye) (неопр.) // Bilig. — 2011. — Т. 57. — С. 115—134.
- ↑ Livezeanu, Irina. Women and gender in Central and Eastern Europe, Russia, and Eurasia (eng.). — AWSS, 2007. — P. 226.
- ↑ "Sefalet - Emine Semiye". Alternative Books. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-28.
- ↑ Kurnaz, Şefika. "Fatma Aliye'nin Emine Semiye'ye Bir Mektubu (A letter of Fatma Aliye to Emine Semiye)". ASOS Index. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-28.
- ↑ Elif Bilgin. "An analysis of Turkish modernity through discourses of masculinities" (PhD Thesis). Middle East Technical University. 2004-10. 2016-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-23.
- ↑ Nur Bilge Criss. Istanbul under Allied Occupation, 1918-1923. — Boston: Brill, 1999. — С. 24. – с помощью Questia