Elron

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eesti Liinirongid AS
Ölkə: Estoniya
Tipi: Səhmdar Cəmiyyəti
Qərargahı: Tallin
Təsis etmə tarixi: 1998
Veb-saytı: elron.ee/ru

Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir.

Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir[1].

2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi.

Şirkətin rəhbəri Andrus Ossip[2] idi.

Elektriraudtee şirkətinə aid olan elektrikli qadar Tallin voğzalında

2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km)[1]:

  • Tallin — Aeqviydu — Tallin;
  • Tallin — Riyzipere — Tallin;
  • Tallin — Paldiski — Tallin;
  • Tallin — Klooqa-Rand — Tallin;
  • Tallin — Keyla — Tallin;
  • Tallin — Pyaeskyola — Tallin.

1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar:

  • Tallin — Vilyandi — Tallin;
  • Tallin — Tyuri — Tallin;
  • Tallin — Rapla — Tallin;
  • Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi);
  • Tallin — Tartu — Tallin;
  • Tartu — Valqa — Tartu;
  • Tartu — Koydula — Tartu;
  • Yıqeva — Tartu — Yıqeva;
  • Tallin — Narva — Tallin;
  • Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).

2013-cü ilin iyul ayına qədər şirkət parkının əsasını 1970-ci illərdə Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ER2 və ER12 elektrik qatarları olmuşdur. Bu qatarlar modernləşdirilsə də, texniki və mənəvi köhnəlmə səbəbi ilə Stadler Rail[3][4] qatarları ilə əvəzlənmişdir. 2014-cü il yanvarın 1-dən etibarən şirkət eyni eyni şirkətin dizel qatarlarınıda almışdır[5].

Fəaliyyət göstəriciləri

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə şirkətin elektrikli qatarları ilə 3,08 mln səfər təşkil etmişdir (2009-ci ilin analoji dövrü ilə müqayisədə 6 % az).

Şirkət gəlirləri 2010-cu ildə 34,5 mln kron (2009-cu ildə — 35,7 mln kron), xalis gəlir — 757,2 min kron (2009-ci ildə 3,7 mln kron)[6].

  1. 1 2 "Elektriraudtee". // ru.elektriraudtee.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
  2. "АО Elektriraudtee подписало договор о поставке новых поездов". // rus.delfi.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
  3. "Elektriraudtee opts for Stadler Flirt trains". // railwaygazette.com. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
  4. Urmas Tooming. "Elektriraudtee ostab 18 tuliuut elektrirongi". // tallinnapostimees.ee. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-14.
  5. "Старт первого поезда Elron из Пярну не обошелся без неурядиц (галерея)". // rus.postimees.ee. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-1-2.
  6. "Majandusaasta aruanne 2010 (2010-ci ilin hesabatı)" (PDF). // ru.elektriraudtee.ee. İstifadə tarixi: 2012-2-14.[ölü keçid]