Dastin Hoffman
Dastin Hoffman | |
---|---|
Dustin Lee Hoffman | |
Doğum tarixi | |
Doğum yeri | Los-Anceles, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Atası | Harri Hoffman |
Anası | Lilian Qold |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1967-ci ildən |
Təhsili | |
Boyu | 165 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000163 |
Vikianbarda əlaqəli mediafayllar |
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir. Tanındıqdan sonra ona müxtəlif filmlərdə çəkilmək təklifləri gəlir. 1979-cu ildə məişət dramı sayılan və cəmiyyətdəki dəyişiklikləri əks etdirən "Kramer Kramerə qarşı" filmi ilə nüfuzunu möhkəmləndirir. Baş rol ifasına görə ilk "Oskar" mükafatını da bu rola görə əldə edir. 1981-ci ildə "Tutsi" filminə çəkilərək özünü yeni komedik ampulada sınayır. 1988-ci ildə "Yağış adamı" filmindəki autist xəstə roluna görə ikinci dəfə "Oskar" mükafatı əldə edir. Sonrakı illərdə özünü kiriminal, dram, triller və komediya kimi müxtəlif janrlarda sınayan aktyor hələ də kinolara çəkilməkdə davam edir. Əfsanəvi aktyor 2012-ci ildə "Kvartet" filmini çəkməklə rejissorluq debütu etmişdir.
Seçilmiş filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1979: Kramer Kramerə qarşı
- 1988: Yağış adamı
- 1990: Dik Treysi
- 2006: Misli görülməmiş
- 2014: Aşpaz
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 8 avqustda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Neyborhud Pleyhaus teatr məktəbinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri
- Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- ABŞ aktyorları
- Los-Ancelesdə doğulanlar
- Sesil B. De Mill mükafatı laureatları