Dürranilər sülaləsi
Naviqasiyaya keç
Axtarışa keç
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan.
Tarixi
[redaktə | mənbəni redaktə et]1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.
Dürranilər sülaləsi
Sadozay soyu
[redaktə | mənbəni redaktə et]Titul | Ad | Başlanğıc | Son |
---|---|---|---|
Əmir | Əhməd şah Dürrani | İyul 1747 | 16 oktyabr 1772 |
Əmir | Teymur şah Dürrani | 16 oktyabr 1772 | 18 may 1793 |
Əmir | Zeman şah Dürrani | 18 may 1793 | 25 iyul 1801 |
Əmir | Mahmud şah Dürrani | 25 iyul 1801 | 13 iyul 1803 |
Əmir | Şudja şah Dürrani | 13 iyul 1803 | 3 may 1809 |
Əmir | Mahmud şah Dürrani | 3 may 1809 | 1818 |
Əmir | Əli şah Dürrani | 1818 | 1819 |
Əmir | Əyyub şah Dürrani | 1819 | 1823 |