Dünbililər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dünbililər
Titul Xan
Qohum soylar Xoyskilər, Abraxanovlar
Mənşəyi Xoy, Cənubi Azərbaycan
Təbəəliyi Xoy xanlığı, Qacarlar
Torpaqları Sökmənabad mahalı

Dünbililər və ya dümbülülər[1]İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli[2] sülalə.

Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər.

Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiyaİraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. SalmasXoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar.

Lakin Oğuzların Eymür boyundan gəlir Dümbüli tayfası. Sonradan bir hissəsi kürdləşmişlər. [3]

Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığıTəbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər. Nəslin nümayəndəsi Cəfərqulu xan Dünbili və oğlu İsmayıl xan Dünbili Şəki xanlığını idarə etmişdilər.

1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri” ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (“Naxçıvan sancağının müfəssəl dəftəri”. Bakı, 2001, s.361-362).[4]

  1. "Fətəli xan İsgəndərxan oğlu Xoyski Dümbülü kürd tayfasından olan məşhur Azərbaycan kürdüdür. O, Azərbaycan cümhuriyyətinin baş naziri olmuşdur". Diplomat (az.). 156 (8). 5–11 mart 2012. səh. 3.
  2. "Arxivlənmiş surət". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
  3. "Türk kökənli kürd tayfaları – Araşdırma". Axar.Az (az.). 2016-05-24. 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
  4. DƏRƏLƏYƏZ MAHALININ KAMERAL TƏSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017