Culiya Çayld

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Culiya Çayld
ing. Julia Carolyn Child
Doğum tarixi 15 avqust 1912(1912-08-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 avqust 2004(2004-08-13)[3][1][…] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Fəaliyyəti yazıçı, aşpaz, televiziya aparıcısı, copywriter, typist, research assistant[d], administrative assistant[d], kargüzar[d]
Fəaliyyət illəri 1935-ci ildən
Mükafatları "Fəxri legion" ordeni kavaleri Prezidentin "Azadlıq" medalı
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Culiya Karolin Çayld (15 avqust 1912[1][2][…], Pasadena, Kaliforniya13 avqust 2004[3][1][…], Santa-Barbara, Kaliforniya) — amerikalı kulinariya müəllimi, müəllif və televiziya siması. O, amerikan cəmiyyətinə fransız kulinariyasının gətirən “Fransız kulinariya sənətinin mənimsənilməsi ” (Mastering the Art of French Cooking) adlı yemək kitabı və aralarında ən diqqətəlayiqi 1963-cü ildə premyerası olmuş "The French Chef" olan televiziya proqramları ilə tanınmışdır.

Culiya Karolin Makuilyams 15 avqust 1912-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub. Çayldın atası Con Makuilyams Prinston Universitetinin məzunu və tanınmış torpaq meneceri, anası Culiya Karolin Ueston isə kağız şirkətinin varisi idi.[4]

Çayld 4-cü sinifdən 9-cu sinfə qədər Kaliforniyanın Pasadena şəhərindəki Politexnik Məktəbində oxumuş,[4] daha sonra isə o vaxtlar internat məktəbi olan Kaliforniyanın Ross şəhərindəki Branson məktəbinə göndərilmişdir.[5] Boyu 1.88 m olan Çayld gənclik illərində tennis, qolf və basketbol ilə məşğul olmuşdur.

Çayld 1934-cü ildə Massaçusets ştatının Northampton şəhərindəki Smit Kollecinin tarix fakültəsini bitirib.[6][7] O, məktəbi bitirdikdən sonra yazıçı olmağı planlaşdırırdı.[8]

Culiya aşpazı olan bir evdə böyüdüyü üçün yemək bişirməyi bacarmamış və yeməklə çox maraqlanan bir ailədə böyüyən gələcək əri Paulla tanış olana qədər öyrənməmişdir.[9]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Çayld 1942-ci ildə Qadın Hərbi Korpusuna (ing. Women's Army Corps) və ya ABŞ Hərbi Dəniz Qüvvələrinin qadınlar üçün olan dəstələrinə yazılmaq üçün çox uzun boylu olduğunu anladıqdan sonra[10] ABŞ Strateji Xidmətlər Ofisinə (ing. Office of Strategic Services – OSS) qoşulmuşdur.[11] O, buradakı karyerasına Vaşinqtondakı qərargahında makinaçı kimi başlamış, lakin ona təhsili və təcrübəsinə görə tezliklə OSS-in rəhbəri üçün işləyən çox məxfi tədqiqatçı kimi daha məsul vəzifə verilmişdir.[12] [13]

Çayld 1944–1945-ci illərdə Seylondakı (indiki Şri-Lanka) Kandi şəhərinə göndərilib. O, Kandidə olarkən həm də OSS əməkdaşı olan Paul Kuşinq Çayld ilə tanış olmuş və ikisi 1946-cı il sentyabrın 1-də evlənərək Vaşinqtona köçmüşdürlər. Parisdə rəssam və şair kimi yaşamış Cersi əsilli[14] Paul həyat yoldaşını nəfis mətbəx mədəniyyəti ilə tanış etmişdir.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Çayld 1951-ci ildə Parisdəki məşhur Le Cordon Bleu kulinariya məktəbini bitirmiş və daha sonra Maks Buqnard və digər usta aşpazlardan fərdi dərs almışdır.[15] O qadın yemək klubuna qoşulub və bu klub vasitəsilə dostu Luizett Bertol ilə amerikalılar üçün fransız kulinariyası kitabı yazan Simone Bek ilə tanış olub. Bek kitabın amerikalıların diqqətini cəlb etməsi üçün Çayldın da onlarla işləməsini təklif etmişdir. 1951-ci ildə Çayld, Bek və Bertol Çayldın Paris mətbəxində amerikalı qadınlara yemək bişirməyi öyrətməyə başlamış və qeyri-rəsmi məktəblərini "L'école des trois gourmandes" (Üç Yemək Sevən Məktəbi) adlandırmışdırlar. Çayld fransız dilini ingilis dilinə tərcümə edərək reseptləri ətraflı, maraqlı və praktik hala gətirib.

Sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşından on yaş böyük olan Paul Çayld 1989-cu ildə bir neçə insult keçirdikdən və beş il qocalar evində yaşadıqdan sonra 1994-cü ildə vəfat edib.[16] Çayld bunun ardınca 2001-ci ildə evini və ofisini Smit Kollecinə bağışlayaraq pensiya cəmiyyətinə köçmüşdür.[17] O, ərinin onun boyuna uyğun olaraq dizayn etdiyi və Çayldın üç televiziya serialı üçün çəkiliş yeri kimi xidmət etmiş mətbəxini Smithsonian İnstitutunun Milli Amerika Tarixi Muzeyinə bağışlamışdır və hələ də orada nümayiş etdirilir.[18] Onun mis qabları və tavaları 2009-cu ilin avqustunda yenidən Vaşinqtondakı Milli Amerika Tarixi Muzeyindəki mətbəxində yer alana qədər Kaliforniyadakı sərgidə nümayiş etdirilmişdir.

Çayld 92 yaşına iki gün qalmış, 13 avqust 2004-cü ildə Kaliforniyanın Montesito şəhərində böyrək çatışmazlığından ölmüşdür.[19]

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]

Çayld 19 noyabr 2000-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif edilmişdir.[20][21][22] O, 2000-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilib.[23] Çayld həmçinin 2003-cü ildə ABŞ Prezident Azadlıq medalı ilə təltif edilmiş, Harvard Universiteti, Conson və Vels Universiteti (1995), Smit Kolleci, Braun Universiteti (2000)[24] və bir sıra digər universitetlərdə fəxri doktorluq dərəcəsi alıb. Culiya Çayld 2007-ci ildə Milli Qadın Şöhrət Zalına daxil edilmişdir.[25]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Julia Child // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Julia Child: bon appétit. // NBCNews.com 2004.
  4. 1 2 Scauzillo, Steve. "Such a Shame: Julia Child's family home, now owned by Caltrans, is vacant, deteriorating in Pasadena". Pasadena Star-News (ingilis). March 11, 2018. June 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. Baker-Clark, Charles A. Profiles from the kitchen: what great cooks have taught us about ourselves and our food (ingilis). Lexington: University Press of Kentucky. 2006. səh. 52. ISBN 978-0-8131-2398-1. İstifadə tarixi: August 12, 2014.
  6. Michael Rosen (interviewer). Julia Child – Archive Interview, part 1 of 6 (video). Archive of American Television. June 25, 1999. April 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013.
  7. "Farewell, "French Chef"". NewsSmith. Smith College. Fall 2004. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. Paul Chavez, "Julia Child, Whose TV Shows Taught Millions to Cook Dies at 91," Greenfield (Massachusetts) Recorder, August 14, 2004, p. 14.
  9. Interview with Julia Child // Fresh Air with Terry Gross. oktyabr 7, 1983. OCLC 959925340. NPR. WHYY-FM. oktyabr 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: oktyabr 11, 2016. Scroll down to 'View online' to hear the audio of the interview.
  10. Child, Julia; Prud'homme, Alex. My Life in France. Random House. 2006. səh. 85. ISBN 978-0-307-27769-5.
  11. "Julia Child Helped Develop Shark Repellant During World War II". The National WWII Museum via Internet Archive. Retrieved June 3, 2021.
  12. "Julia Child Dished Out ... Spy Secrets?". ABC News. August 14, 2008. April 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2010. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. Jones, Abigail. "Women of the CIA: The Hidden History of American Spycraft". Newsweek. September 21, 2016. May 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. Saxon, Wolfgang. "Paul Child, Artist, Dies". The New York Times. May 14, 1994. July 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. Grimes, William. "Books: My Life in France". The New York Times. April 11, 2006. April 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  16. Child, Julia; Prud'homme, Alex. My Life in France. Random House. 2006. 329–333. ISBN 978-0-307-27769-5.
  17. "Gift from Julia Child Spurs Construction of First Campus Center at her Alma Mater, Smith College" (Press-reliz). Smith College. May 6, 2002. June 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2012.
  18. "Julia Child's Kitchen". National Museum of American History. March 14, 2012. June 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2012. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  19. Saekel, Karola. "TV's French chef taught us how to cook with panache". San Francisco Chronicle. August 14, 2004. March 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  20. "Julia Child". CBS News (ingilis). August 13, 2004. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  21. Goldberg, Carey. "For a Cooking Legend, the Ultimate Dinner Was Served". The New York Times. November 25, 2000. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 12, 2006. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  22. Profile: "Julia Child" // Encyclopædia Britannica. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2006.
  23. "Book of Members, 1780–2010: Chapter C" (PDF). American Academy of Arts and Sciences. July 8, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 12, 2011. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  24. "Brown will award 10 honorary degrees at Commencement May 29" (Press-reliz). Brown University News Service. May 24, 2000. September 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013.
  25. "Julia Child". National Women's Hall of Fame. April 29, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)