Cişu məbədi
Şintoizm | |
Cişu məbədi (地主神社?) | |
---|---|
Din | |
İlahi gücü | Okininuşi |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Kioto prefekturası |
Şəhər | Kioto |
|
|
Saytı | |
jishujinja.or.jp | |
Şintoizm terminologiyası |
Cişu məbədi (地主神社, Cişu-cinca?) – Kiotoda yerləşən qədim şintoist məbədi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Cişu məbədi Kioto şəhərində yerləşən ən qədim məbəd hesab olunur. Yaponiyanın quruluş tarixindən də öncə mövcud olduğu düşünülür. Məbədin diqqət cəlb edən tərəfi sevgi və münasibətlər kamisinə həsr olunmasıdır.[1]
Məbəd özü daxili və xarici binalardan ibarətdir. Daxili bina Nara stilində tikilib və kami Okuninuşiyə həsr olunub. Məbədin indiki binaları isə şoqun İemitsu Tokuqava tərəfindən 1633-cü ildə yenidən tikilib, bu zaman İrimoya və Qonqen stillərindən istifadə olunub. 1994-cü ildə məbədin daxili və xarici binaları, eləcə də, darvazası YUNESKO-nun Dünya irsi siyahısındadır.[2] Burada bir çox mövsümi festival da baş tutur. Ən məşhuru Enmusubi Kinqan Sakura festivalıdır.[1]
Məbəd ərazisində ikinci dərəcəli başqa kiçik məbədlər də var. Məsələn, bir məbəd Nadedaykoku kamisinə həsr olunub. Qadınları qoruyan Okaqe Myoci kamisinə həsr olunmuş məbəddə istənilən, lakin ancaq bir arzu diləmək olar. Kurimitsu İnari kamisinin məbədində isə ailə və iş həyatına uğur gətirən arzular dilənir.[3]
İnanc
[redaktə | mənbəni redaktə et]Məbədi məşhur edən xüsusiyyəti burada yerləşən "sevgi uğur daşları"dır (Koyuranay no işi). Bu iki ədəd daşın hər birinin hündürlüyü təxminən dizə qədərdir və qarşı-qarşıya qoyulublar. Bu daşlarla bağlı geniş yayılmış inanca görə əgər gözübağlı şəkildə bir daşdan digərinə çata bilən şəxs arzuladığı sevgiyə qovuşacaq. Üstəlik, əgər şəxs bunu başqasının köməyi ilə etsə, həmin adamın uğurlu sevgi məsləhəti verəcəyinə də inam var. Ona görə də daşlar Yaponiyada çox məşhurdur və bütün dünyadan turist cəlb edir. Analizlər bu daşların yaşının Comon dövrünə qədər uzandığını göstərir və ümumi fikrə görə bu daşlardan kamiləri cəlb etmək üçün istifadə olunurdu. Festivallar zamanı kamilərin daşda qaldıqlarına inanılırdı.[1]
Bundan əlavə, məbəddəki bir qonqu çalan şəxsin də yaxşı partner tapa biləcəyi haqqında da fikir var. Burada yerləşən Cişu-zakura adlı nadir sakura ağacı hesab olunur və məbədin simvollarından biridir. Deyilənə görə, 811-ci ildə İmperator Saqa ağacın gözəlliyinə o qədər heyran olmuşdu ki, öküz arabası ilə 3 dəfə onu görməyə gəlmişdir.[1]
Ziyarətçilərin çoxu məbəddən uğur gətirən tilsimlər almağa gəlir. Tilsimlər müxtəlifdir; Bəziləri düzgün sevgini tapmaq üçündür. Bəzi tilsimlər isə dostluq və ya sevgi münasibətlərini gücləndirmək üçündür.[1]
Məbəddəki emalarda (şəkilli tabletlər) kami Okuninuşi və bir dovşanın təsvirini görmək olar. Emalar tanrılara məktublar hesab olunur. Ziyarətçilər kamiyə öz arzularını bu emalar vasitəsilə çatdıra bilərlər.[3]
Okuninuşi adı məlum olan qədim kamilərdəndir. Mehribanlığı ilə tanınan bu kami miflərin birində yaralı İnaba dovşanına kömək etməsi ilə tanınır. Buna görə də onun məbəddəki heykəlinin yanında dovşan heykəli də görmək olar.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Jishu-jinja Shrine". Japan Hoppers (ingiliscə).[ölü keçid]
- ↑ "Jishu-jinja Shrine". Gate (ingiliscə). 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.
- ↑ 1 2 3 "Make 7 Wishes Come True At Jishu Jinja Shrine, Kyoto". Matcha (ingiliscə). 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- jishujinja.or.jp/english/ — Rəsmi saytı