Cazibə (film, 2017)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cazibə
rus. Притяжение
Janr elmi-fantastika filmi, antiutopiya filmi[d], fantastika filmi
Rejissor
Prodüserlər
İstehsalçılar Columbia Pictures, Sony Pictures
İlk baxış tarixi 26 yanvar 2017, 4 avqust 2017
Müddət 132 dəq.
Büdcə 380.000.000 ₽
Gəlir 1.000.000.000 ₽[1]
Ölkə
Dil rus dili
IMDb ID4731148

Cazibə — Rusiya istehsalı olan, fantastik janrda çəkilmiş filmdir. Fyodor Bondarçukun rejissoru olduğu film, 2017-ci ildə çəkilib. Film Moskvanın Çertanavo rayonu ərazisində yerlilərin Yadplanetlilər ilə ünsiyyətindən bəhs edilir.[2]

Film Rusiyada, "Stalinqrad", "Ekipaj" və " Düelçi " filmlərindən sonra IMAX formatına çevrilmiş dördüncü filmdir.[3][4] Rusiyada geniş yayımlanan filmin premyerası 24 yanvar 2017-ci il tarixində baş tutub.[5]

Filmin Rusiya kino teatrlarında kassa yığımı 18 145 514 dollar olub. Filmin xərcləri isə 6.5 milyon dollar göstərilib.[6]

Filmin süjet xəttinin mərkəzində yadplanetli Hekon ilə Moskva sakinləri, gənc məktəbli Yuliya Lebedeva, Yuliyanın atası polkovnik Valentin Lebedev və Yuliyanın dostu Artyomun əlaqələri dayanır.

İnsanla bioloji cəhətdən eyni, lakin texnoloji cəhətdən çox inkişaf etmiş bir varlıqların yaşadığı planetdən olan Hekon, araşdırma aparmaq üçün öz planetindən Yer planetinə gəlir. Hekon öz kosmik gəmisi ilə yerə yaxınlaşır və gəmisini xüsusi sistem ilə gözə görunməz edir. Moskvada insanlar qeyri-adi bir hadisə olan meteorit yağışını müşahidə etmək üçün şəhərin müxtəlif yerlərində açıq ərazilərə toplaşırlar. Bu zaman yadplanetlinin "Sol" adlı gəmisi bu meteorit yağışına düşur və gəmi zədələnir. Hekonun gəmisini görunməz edən sistem xarab olur. Rus hərbçiləri meteoritə bənzəməyən və Rusiya ərazisi üzərindən naməlum bir obyekt aşkarlayırlar. Bu obyektin NATO-ya aid ola biləcəyindən şübhələnərək ona qırıcılar ilə hücum etməyi qərara alırlar. Nəhəng yad gəmiyə hücum edən qırıcılardan biri gəmini sıradan çıxarır və gəmi yerə düşərək yaşayış binalarını, yolu və stadionu dağıdır. Fəlakət nəticəsində 232 nəfər ölür və 500-dən çox insan yaralanır.

Moskvanın komendantı polkovnik Valentin Lebedevin təmsil etdiyi Rusiya Federasiyası müdafiə idarəsinin rəhbərliyi, hücuma baxmayaraq naməlum gəminin heç bir təcavüzkarlıq göstərmədiyi üçün münaqişənin inkişafına imkan verməməyə və gələcək hadisələri gözləməyə qərar verir. Ardınca bu gəminin yerdən kənar sivilizasiyanın nümayəndəsi olduğu üzə çıxır. Ardınca yadplanetlilərin gəmilərini düzəltməyə çalışdıqları aydın olur. Bu səbəbdən də gəminin düşduyu ərazi çəpərlə əhatə olunur və ətrafında hərbi nəzarət məntəqələri qurulur. Hadisələrlə əlaqədar Moskvada komendant saatı tətbiq olunur.

Filmin irəliləyən səhnələrində yadplanetli Hekon Yuliya və Artyom ilə qarşılaşır. Kosmik gəminin başqa planetdən yer planetinə olan səfərinin məqsədini anlamağa çalışan uşaqlar, dostları ilə birlikdə gizli şəkildə, gəminin düşduyu və hərbi hissə tərəfindən mühasirəyə alınan əraziyə gedirlər. Orada yüksək texnologiyalı ekzoskelet taxmış Hekonla görüşürlər. Hekon Yuliyanı dağılmış gğydələndən yıxılmaqdan xilas edir. Ancaq Artyom və dostlarının təcavüzkar hərəkətləri nəticəsində Hekon yaralanır və qan itkisi səbəbiylə komaya düşür. Uşaqlar yadplanetlinin ekzoskeletini tapıb araşdırmaq üçün öz qarajlarına aparırlar. Hekon kostyumundan çıxır və huşsuz vəziyyətdə yerə yıxılır. Onun özünə gəlməsinə və "Yer planetindən çıxmasına" kömək etmək üçün Yuliya Hekonu oradan çıxarır. Bu vaxt hərbçilər Hekonun əsərlərindən birini tapır, laboratoriyaya aparıb və araşdırmağa çalışırlar.

Yadplanetli gəminin Moskvaya düşməsi və dağıntılara səbəb olması şəhərin aktivistlərinin etirazına səbəb olur və onlar gəmiyə hücum edirlər. Bu hadisələrin fonunda Yuliya və Hekon hərbi bazaya aparılıb orda nəzarətdə saxlanılır. Etrirazçıların gəmiyə hücumunu hərbiçələr durdurmağa çalışır, lakin etirazçılar onların müdafiyəsini yararaq gəmiyə yaxınlaşır. Gəminin ətrafında onları, gəmini qorumaq üçun ordan çıxan robot qarşılayır. Artyom isə qəzəb içində Hekondan oğurladığı ekzoskeleti geyinərək robotlar ilə döyuşə yollanır. Robotlar iğtişaşçıları dağıtdıqdan sonra hərbçilərə hücuma keçirlər. Polkovnik Valentin Lebedevin əmri ilə, aqressiya yaratmamaq üçun hərbçilər silahı yerə qoyur. Artyom bu zaman ekzoskeletdən çıxaraq avtomatı göturub Yuliyaya atəş açır. Hekon Yuliyanı qorumaq üçun özunu güllənin qabağıına verir və hər ikisi ölurlər. Robotlar onların ətrafına yığılır və hər ikisini göturub gəmiyə aparırlar. Robotlarla birlikdə gəmiyə gedən Valentin Lebedevə gəminin süni intelekti, onların yer planetinə gəlişlərinin məqsədini danışır. Hekon özunun sağalmaq şansından imtina edir və gəmidə robotlar Yuliyanı sağaldırlar.

Əsərin fabulası filmin sonunda Yulianın səsləndirdiyi fikirlər şəklində ifadə olunur: "Həqiqət budur ki, uzaq məkandan olan yad bir insan özümüzdən daha çox bizə inanırdı. İnsanlar əvvəlki kimi yaşaya bilməyəcəklərini söyləyirlər … Mən dəqiq bacarmayacağam … ".

Əsas Personajlar

[redaktə | mənbəni redaktə et]

Yuliya Lebedeva — Məktəbli qız. Filmin əsas qəhrəmanı. Rolu aktrisa İrina Starşenbaum oynayır.

Hekon — Yadplanetli. Rolu aktyor Rinal Muhametov oynayır.

Polkovnik Valentin Lebedev — Yuliyanın atası. Polkovnik Valnetin Lebedev həm də Rusiya Federasiyası müdafiə idarəsinin rəhbəridir. Rolu aktyor Oleq Menşikov oynayır.

Artyom — Yuliyanın oğlan dostu. Rolu aktyor Aleksandr Petrov oynayır.

Çəkiliş heyəti

[redaktə | mənbəni redaktə et]

Rejisor — Fyodor Bondarçuk

Prodüsserlər — Fyodor Bondarçuk , Dmitriy Rudovski, Mixail Vrubel, Aleksandr Anryuşenko, Anton Zlatopolski

Ssenari müəllifləri — Oleq Maloviçko, Andrey Zolotarev, Olqa Larionova

Bəstəkarlar — İvan Burlyaev, Dmitriy Noskov

Qruluşçu Operator — Mixail Hasaya

Quruluşçu rəssam — Janna Paxomova

Vizual Effektlər — Main Road Post

Stereoqraf — Dmitri Şirokov

Steadicam operatoru — Anatoli Simçenko

3D-Stereo — Astra İcins Alyans

Səs — Sergey Bolşakov, Andrey Belçikov

Sound Effects — By Dave Whitehead

Geyim üzrə rəssam — Tatyana Mamedova

Qrim üzrə rəssam — İrina Lyaşko

Montaj Rejisoru — Aleksandr Andryuşenko

  1. http://izvestia.ru/news/663022.
  2. "Arxivlənmiş surət". 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  3. "Arxivlənmiş surət". 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  4. "Arxivlənmiş surət". 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  5. "Arxivlənmiş surət". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
  6. "Arxivlənmiş surət". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.