Cavidan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavidan
Doğum tarixi VIII əsr
Doğum yeri Ərdəbil
Vəfat tarixi
Vəfat yeri Bəzz qalası

Cavidan Səhrəg oğlu (VIII əsr, Ərdəbil816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir.[1][2] 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür.[3] Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi.[3]

  1. Crone, 2012. səh. 49, 270
  2. Yusofi, 2011. səh. 299–306
  3. 1 2 Crone, 2012. səh. 49-50
  • Crone, Patricia. Bābak // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). The Encyclopedia of Islam, THREE. BRILL Online. 2011.
  • Crone, Patricia. The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt and Local Zoroastrianism. Cambridge University Press. 2012. 1–543. ISBN 9781139510769.
  • Crone, Patricia. Ḵorramis // Encyclopaedia Iranica. 2011.
  • Yusofi, GH. -H. Bābak Ḵorramī // Encyclopaedia Iranica, Vol. III, Fasc. 3. 2011. 299–306.