Cənnət Səlimova
Cənnət Səlimova | |
---|---|
Cənnət Əlibəyovna Səlimova | |
Digər adı | Canetta Səlimova |
Doğum tarixi | 20 yanvar 1940 (84 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Qəzənfər Topçuyev |
Atası | Əlibəy Səlimov |
Anası | Anna Moiseyevna Korenman |
Fəaliyyəti | dramaturq, teatr rejissoru |
Fəaliyyət illəri | 1967-ci ildən |
Təhsili |
Bakı Dövlət Universiteti Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutu |
Mükafatları |
|
Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir.
Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978
- "Şərəf nişanı" ordeni
- "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998[1]
- "Şöhrət" ordeni — 17 yanvar 2000[2]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003[3]
- "Şərəf" ordeni — 17 yanvar 2020[4]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024[5]
Quruluş verdiyi əsas tamaşalar
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:
- "Aydın" — (C.Cabbarlı)
- "Şeyx Sənan" — (H.Cavid)
- "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009)
- "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə)
- "Cəsur qurbağa balası" — (L.Ustinov)
- "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi)
- "Ezop" — (G.Fiqeyredo)
- "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə)
- "Mənim ağ göyərçinim" — (T.Vəliyeva)
- "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı)
- "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli)
- "Romeo və Cülyetta" — (U.Şekspir)
- "Buzovna kəndinin əhvalatları" — (Elçin)
- "Don Rafaello Tranbomçu" — (F.Peppino)
- "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə)
- "Əlincə qalası" — (Dilsuz)
- "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo)
- "III Riçard" — (U.Şekspir)
- "Mehmanxana sahibəsi" — (K.Qaldoni)[6]
- "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:
- "Fərhad və Şirin" — (S.Vurğun)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı:
- "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli)
- "Sevil" — (F.Əmirov)
- "Traviata" — (C.Verdi)
- "Məsxərəçilər" — (C.Leonkovallo)
- "Bohema" — (C.Puççini)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı:
- "Silva" — (İ.Kalman)
- "Bayadera" — (İ.Kalman)
- "Maritsa" — (İ.Kalman)
- "İddialı qaraçı" — (İ.Kalman)
- "Şən dul qadın" — (F.Leqar)
- "O olmasın, bu olsun" (Ü.Hacıbəyov)
- "Baladadaşın toy hamamı" — (Elçin)
- "Balaca şahzadə" — (A.S.Ekzüperi)
- "Utancaq qız" — (F.Dostoyevski)
Azərbaycan Dövlət Rus Dram Teatrı:
- "Vanya dayı" — (A.P.Çexov)
- "İdiot" — (F.M.Dostoyevski)
- "Kuraj ana və onun uşaqları" — (B.Brext)
- "İvanov" — (A.P.Çexov)
- "Mehmanxana sahibəsi" — (K.Qaldoni)
- "Beluginin evlənməsi" — (A.Ostrovski)
Bakı Kamera Teatrı:
- "Qodo həsrətində" — (S.Bekket)
- "Ezop" — (G.Fiqeyredo)
- "İtlər" — O.Kazımi, İ.Fəhmi)
- "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Zəlimxan dastanı (film, 2007)
- Dünən qəfildən gəldi (film, 2009)
- Allahın Lütfü (film, 2019)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2020-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ C. Ə. Səlimovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı[ölü keçid]
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "C.Ə.Səlimovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
- ↑ Səda — "Mehmanxana Sahibəsi"nin Premyerası Olacaq (19.02.2016)
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 20 yanvarda doğulanlar
- 1940-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycanın teatr rejissorları
- "Qızıl Dərviş" mükafatı laureatları