Burqundiya hersoqluğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Burqundiya hersoqluğu
fr. Duché de Bourgogne
lat. Ducatus Burgundiae
Bayraq Gerb
Bayraq Gerb
Burqundiya və Hollandiya torpaqları hersoq Çarlzın hakimiyyəti zamanı.
Burqundiya və Hollandiya torpaqları hersoq Çarlzın hakimiyyəti zamanı.
880 — 1477

Paytaxt Dijon
Rəsmi dilləri LatınFransız
Dövlət dini Roma-Katolik kilsəsiİudaizm
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq II Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır.

German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir.

1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu. Burqundiya hersoqlarının nüfuzu kilsə mülkləri Turne, Kambre, LyejUtrextə də yayıldı. XV əsrin ortalarında Burqundiya hersoqluğu özünün silki-nümayəndəli təsisatına – ştatlara və parlamentə (o dövrdə hersoq məhkəməsi) malik Qərbin böyük hersoqunun güclü, faktiki olaraq müstəqil dövlətinə çevrildi.

Burqundiya hersoqluğu Avropa siyasətində mühüm rol oynamağa başladı, Fransa ilə siyasi rəqabətə girdi və Lotaringiya, Elzasİsveçrəni özünə tabe etməyə cəhd göstərdi. Cəsur Karl imperator III Fridrixlə ona kral titulunun verilməsi barədə danışıqlara başladı. Lakin Fransa tərəfindən dəstəklənən İsveçrəLotaringiyaya qarşı müharibədə Burqundiya hersoqluğu məğlubiyyətə uğradı. 1477-ci ildə Nansi yaxınlığındakı vuruşmada Cəsur Karlın ordusu darmadağın edildi, özü isə öldürüldü. Burqundiya hersoqlarının mülkləri FransaHabsburqlar imperiyası arasında bölüşdürüldü. Burqundiya hersoqluğu imtiyazlı əyalət kimi ştatları, parlamenti və hesablama palatası ilə birlikdə Fransa kral domeninə birləşdirildi.

Burqundiya hersoqlarının Niderland mülkləri Cəsur Karlın qızı Burqundiyalı Mariyanın 1482-ci ildəki ölümündən sonra Habsburqlara keçdi. Böyük Fransa inqilabı illərində Burqundiya əyaləti ləğv edildi və bir neçə departamentə bölündü.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 96. ISBN 978-9952-441-10-9.
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 97. ISBN 978-9952-441-10-9.