45°30′54″ şm. e. 25°22′01″ ş. u.HGYO

Bran qəsri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bran qəsri
Castelul Bran
Xəritə
45°30′54″ şm. e. 25°22′01″ ş. u.HGYO
Ölkə  Rumıniya
Şəhər Bran
Yerləşir Braşov
Aidiyyatı Drakula qəsri
Tikilmə tarixi XIII əsr
Üslubu neoqotika
Vəziyyəti muzey
Rəsmi sayt bran-castle.com
Rumıniyanın qeydiyyata alınmış tarixi abidələri
İstinad nöm.BV-II-a-A-11610
Bran qəsri (Rumıniya)
Bran qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bran qəsriRumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir.

Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir.

1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur. Vallaxiya kralı Vlad Tepeşin 1448–1476-cı illərdə Bran keçidindən keçməsinə baxmayaraq qəsr tarixində vacib rol oynamamışdır. Qəsr Macar Krallığına aid idi, lakin kral Vladislav borcunu ödəmədiyi üçün 1533-cü ildə qəsr Braşov şəhərinin olmuşdur. XVIII əsrdə qəsr vacib strateji mövqeyə sahib idi. 1920-ci ildə qəsr Rumıniya Krallığının rəsmi iqamətgahı oldu. Kraliça Mariyanın ən sevdiyi yerlərdən biri olub. Qəsr daha sonra qızı İlliananın oldu, ancaq 1948-ci ildə kommunist rejim qəsri ələ keçirdi.

2005-ci ildə Rumıniyada qüvvəyə minən qanunla qəsr 2006-cı ildə İlleananın oğlu Dominik von Habsburqa verildi.2007-ci ildə qəsr 40 milyon funta satışa çıxarılıb. 1 iyun 2009-cu ildə Habsburq qəsri ziyarətçilərin üzərinə açdı.