Botanicula
Botanicula | |
---|---|
Hazırlayan | Amanita Design |
Yayımlayan |
Amanita Design Çexiya Daedalic Entertainment Rusiya 1С-СофтКлаб |
Anons tarixi | 28 mart 2011 |
Buraxılış tarixi |
|
Janrlar | Qrafik macəra |
Dizaynerlər | Jaromír Plachý |
Bəstəkarlar | DVA |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows, Mac OS X, Linux, Vista, 7/Mac OS Snow Leopard 10.7/Linux CPU: 1.6 GHz RAM: 1 GB HD: 700 MB |
Mühərriklər | Adobe AIR |
Oyun rejimləri | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], alman dili[1], fransız dili[1], italyan dili[1], ispan dili[1], rus dili[1], yapon dili[1], polyak dili[1], çex dili[1], sadələşdirilmiş Çin dili[d][1] |
Daşıyıcılar | DVD |
İdarəetmə | Klaviatura və maus |
Rəsmi saytı |
Botanicula — Yaromir Plaxi (Jára Plachý) və Amanita Design studiyası tərəfindən tərtib olunan, point-and-click adventure game janrında olan multiplatformalı videooyun.
Süjet
[redaktə | mənbəni redaktə et]Oyun ağacda yaşayan 5 canlı haqda söyləyir. Onlar sonuncu toxumu hörümçəkkimi qara rəngdə olan parazitlərdən xilas edirlər. Bir neçə sonluqlu variantlar mövcuddur. Botaniculanın əsas xüsusiyyəti - qəhrəmanlarının unikal qabiliyyətləridir. Arı pətəyinə düşmüş açarı yalnız Pan Cubuqcuq çıxara bilər. Tabeolmayan cücülərdən lazımi əşyaları isə güclə Pan Laləgülü çıxara bilər. Lakin oyunun özündə bulmacalar və digər hadisələr bundan qat-qat daha maraqlıdı və ağlasığmazdır.
Gameplay
[redaktə | mənbəni redaktə et]Amanita Design'ın əvvəlki oyunları kimi, Botanicula təxminən eyni modeli izləyir, fərq yalnız oyunda beş qəhrəmanın olmasındadır. Machinarium oyunundaki kimi, Botanicula da nə şifahi, nə də yazılı dialoq formaları yoxdur.
Personajlar
[redaktə | mənbəni redaktə et]- Pan Lucerna (fənər) - Botanicula oyununun Protaqonisti. O, kiçik narıncı məxluqdur. O, bədənində toxum udmağı bacarır. Bu ona parıltı və güc verir.
- Paní Houba (göbələk) - İkinci oyun personajı. O, qrupun yeganə qadın üzvüdür. O, özünün identik surətlərini yarada bilir. Digər bacarığı isə ölçülərinin balacalanması imkanıdır.
- Pan Makovice (laləgülü) - Qrupun ən etibarlı üzvü və 3-cü oyun personajıdır.
- Pan Větvička (çubuq) - Digər oyun personajı. O çubuğa bənzəyir. Onun çoxlu əli var və onlar uzana və genişlənə bilirlər. O həmçinin gülləri şırnaq eləyə bilir.
- Pan Peříčko (lələk) - Sonuncu əsas oyun personajı. O çox balacadır, ancaq uçma qabiliyyətinə malikdir.
- Hörümçək - Oyunun Antaqonist personajı. O baş qəhrəmanların yaşadıqları ağaclara hücum edir.
İnkişaf
[redaktə | mənbəni redaktə et]Oyun 2 yarım il ərzində Yaromir Plaxi və Amanita Design studiyası tərəfindən hazırlanıb inkişaf edilirdi.
Soundtrek
[redaktə | mənbəni redaktə et]Botanicula oyununun səsləndirilməsini və musiqisini DVA adlı çex qrupu yazmışdır.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Juchu" | 03:35 |
2. | "Lekacka" | 02:16 |
3. | "Letejono" | 01:45 |
4. | "Houby" | 03:08 |
5. | "Crab" | 00:28 |
6. | "Mr lanterns mixtape part 1" | 02:04 |
7. | "I was born as frankenstein" | 01:43 |
8. | "Level 3" | 02:51 |
9. | "Mrs mushroom likes LCD soundsystem" | 01:50 |
10. | "Bunky" | 02:53 |
11. | "Melodika" | 02:16 |
12. | "Beetleman" | 02:02 |
13. | "Nocni jazz" | 02:55 |
14. | "Evil live" | 00:44 |
15. | "Im the pacman" | 00:33 |
16. | "A major for 12 frogs" | 01:11 |
17. | "Submarine" | 03:44 |
18. | "Lala" | 01:58 |
19. | "Cinem" | 02:04 |
20. | "Zatoichi" | 01:54 |
21. | "Finale" | 03:20 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt
- Amanita Design website
- Botanicula na České databázi her
- Botanicula Wiki