Bosniya və Herseqovinada islam
Bosniya və Herseqovinada islamın olduqca zəngin və uzun tarixi var. XV və XVI əsrlərdə yerli əhali bu dini Osmanlı imperiyasının təsiri ilə qəbul etmişdir. Bosniyalılar elə tarix boyunca digər ölkələr tərəfindən Müsəlman Bosnaklar adlanırdılar. Onların böyük əksəriyyəti islamın sünni məzhəbindəndir. Çox kiçik sayda şiə icmaları olan bu ölkədə insanlar tarixən xənəfi məktəblərinin təsiri ilə, xənəfilik qolunu seçmişdirlər. 1990-cı illərdə baş vermiş müharibə dövründə ölkədə 3 milyona yaxın müsəlman var idi, lakin bu gün bu faktor 1,55 milyona qədər enib və ölkə əhalisinin 40%-i təşkil edir. Bosniyadakı müsəlmanlara az sayda türklər, qaraçılar və albanlar daxildir.
Osmanlı dövrü
[redaktə | mənbəni redaktə et]1463-cü ildə islam dini Bosniyanın böyük bir hissəsində yayıla bilmişdi, lakin 1480-ci illərdə islam Balkan dağlarında Osmanlı tərəfindən tam yayıldı. Bosniyada çoxluq təşkil edən bəzi slavyan xalqlar da bu dini qəbul etdilər və islan onların ənənələrində iz buraxdı. 1600-cü illərdə Bosniya əhalisinin üçdə iki hissəsi müsəlmanlar tərəfindən təşkil olunurdu və o dövrdə Bosniya Osmanlı imperiyasının əyaləti idi. 1831-ci ildə ayağa qalxan Bosniya xalqı muxtariyyət əldə etməyi bacardı. Buna baxmayaraq, istər alban xalqı, istərsə də bosnaklar müsəlman dinini tərk etmədilər. İslam qanunlarının bəziləri onların gündəlik həyatları ilə yanaşı, onların idarəçilik sistemində də istifadə olundu.
Bosniyada 1992-1995-ci illər ərzində dağıdılmış islam dini binaları
[redaktə | mənbəni redaktə et]Bina | Dağıdılıb | Zərər görüb | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
Serb ekstremistləri
tərəfindən |
Xorvat ekstremistləri
tərəfindən |
Serb ekstremistləri
tərəfindən |
Xorvat ekstremistləri
tərəfindən |
Ümumi müharibə
ərzində dağıdılmış |
Ümumi müharibə
ərzində zərər görmüş |
Ümumi | Müharibədən əvvəl
ümumi sayı |
Müharibədən əvvəl zədələnmiş və
dağıdılmış binaların sayı | |
Camaat məscdi | 249 | 58 | 540 | 80 | 307 | 620 | 927 | 1149 | 81% |
Balaca məhəllə məscidi | 21 | 20 | 175 | 43 | 41 | 218 | 259 | 557 | 47% |
Quran mədrəsələri | 14 | 4 | 55 | 14 | 18 | 69 | 87 | 954 | 9% |
Təkkələr | 4 | 1 | 3 | 1 | 5 | 4 | 9 | 15 | 60% |
Müqəddəs yerlər, ocaqlar | 6 | 1 | 34 | 3 | 7 | 37 | 44 | 90 | 49% |
Dini yardım binaları | 125 | 24 | 345 | 60 | 149 | 405 | 554 | 1425 | 39% |
Ümumi | 419 | 108 | 1152 | 201 | 527 | 1353 | 1880 | 4190 | 45% |
Ölkədə dinin tanınılması
[redaktə | mənbəni redaktə et]Bosniya və Hersoqovinada xristian serblər tərəfindən törədilmiş qırğın, insanların islama daha da yaxınlaşmasına səbəb oldu. Ölkənin rəsmi açıqlamalarına görə, ölkədə əsasən gəclər islama rəğbət bəsləyirlər. İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra qadınlar öz geyim üslublarında islam ənənələrindən istifadə edirlər. Ölkənin paytaxtı Sarayevoda və böyük şəhərlərdən olan Benja-Lukadan fərqli olaraq, bölgələrdə və regionlarda islama həvəs daha çoxdur. Hökumət qanunlarına görə ölkənin yeddi şəhərində bələdiyyə tərəfindən dini işlərlər bağlı müfti təyin olunur Bu şəhərlərə Sarayevo, Bihac, Travnik, Tuzla, Qorazde, Zenitsa, Mostar və Banya-Luka aiddir.
1998-ci ildə aparılmış ictimai sorğuya əsasən ölkə əhalisinin 78,3 % dinlə yaxından məşğul olur.