Bobbi Makferrin
Bobbi Makferrin | |
---|---|
ing. Bobby McFerrin | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Robert Keith McFerrin Jr. |
Doğum tarixi | |
Doğum yeri | Manhetten, Nyu-York, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, dirijor, cazmen, səsyazma sənətçisi[d], mahnı yazarı[d], universitet müəllimi[d], animasiyaçı |
Fəaliyyət illəri | 1977-h/h |
Janrlar | |
Musiqi alətləri | vokal, piano, klarnet, bas gitara |
Albom şirkətləri | Elektra Records |
Təhsili | |
bobbymcferrin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.
Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.[2]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Makferrin 1975-ci ildən Debbi Qrinlə evlidir, üç övladı var.[3]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bobby McFerrin (1982)
- The Voice (1984)
- Spontaneous Inventions (1986)
- Elephant's Child (1987)
- Simple Pleasures (1988)
- Bobby's Thing (1988)
- How the Rhino Got His Skin / How the Camel Got His Hump (1990)
- Medicine Music (1990)
- Play (1992)
- Hush (1992)
- Many Faces of Bird (1991)
- "The Siamese Cat Song" (1991)
- Somewhere over the Rainbow (1993)
- Sorrow Is Not Forever (1994)
- Paper Music (1995)
- Bang! Zoom (1995)
- The Mozart Sessions (1996)
- Circlesongs (1997)
- Beyond Words (2002)
- Konzert für Europa - The Schönbrunn Concert (2004)
- Live in Montreal (DVD, 2005)
- VOCAbuLarieS (EmArcy, 2010)
- Spirit you all (2013)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "BOBBY MCFERRIN", grammy.com, 2020-06-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2017-10-27
- ↑ [1] Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine. Carl Anthony Online. Retrieved November 12, 2012.
- ↑ "Whatever Happened to Bobby McFerrin? Don't Worry, He's Happy". Yahoo!Music. December 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2013.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı (ing.)
- Bobbi Makferrin — IMDb səhifəsi