Bisavad Teymur
Naviqasiyaya keç
Axtarışa keç
Bisavad Teymur | |
---|---|
Tеymur Əsgər oglu | |
Digər adı | Bisavad |
Doğum tarixi | |
Doğum yeri | Tap Qaraqoyunlu, Goranboy, Cavanşir qəzası |
Vəfat tarixi | 1981 |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.[2]
Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı.
Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir.[3]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır.
El şairinin oğlu Mirzə Əsgərovdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan aşıqları və el şairləri. II cild, Bakı 1984
- ↑ Sultanov, Z. El şairinə ehtiram: [Gəncəbasarda "Bisavad Teymur" adı ilə tanınmış Aşıq Teymur Əhmədovun anadan olmasının 110 illiyi ilə əlaqədar el şairinin Goranboy rayonunda yubiley mərasimi keçirilmişdir] //Xalq qəzeti.- 2012.- 13 aprel.- S. 7.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.