40°36′16″ şm. e. 47°35′38″ ş. u.HGYO

Birinci Aral

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Birinci Aral
40°36′16″ şm. e. 47°35′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdaş rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 33 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0319
Xəritəni göstər/gizlə
Birinci Aral xəritədə
Birinci Aral
Birinci Aral

Birinci AralAzərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd.[1]

Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.139