Biodeqradasiya
Biodeqradasiya (bioloji parçalanma) – canlı orqanizmlərin fəaliyyəti nəticəsində mürrəkəb maddələrin, materialların, məhsulların parçalanması deməkdir. Əsasən biodeqradasiya dedikdə yuxarıda adı çəkilmiş məhsullara mikroorqanizmlərin, göbələk, yosun kimi canlı orqanizmlərin təsiri nəzərdə tutulur.
Biodeqradasiyanın sürəti prosesdə iştirak edən orqanizmlərin növü va ya növlərilə, (temperatur, rütubət)şəraitilə, işıqlandırma və bir sıra digər amillər tərəfindən müəyyən edilir.
Biosferdə rolu
[redaktə | mənbəni redaktə et]Biodeqradasiya — təbiətdə insan fəaliyyəti nəticəsinda əmələ gələn tullantıların, o cümlədən sənaye tullantılarının məhv edilməsinin əsas mexanizmlərindən biridir. Radioaktiv maddələr istisna olmaqla, bütün üzvi və bir çox qeyri-üzvi çirkləndiricilər az və ya çox dərəcədə biodeqradasiyaya uğrayırlar. Məhz biodeqradasiya ekosistemin özünü bərpa etməsinin əsas mexanizmidir.
Insan tərəfindən istifadə edilməsi
[redaktə | mənbəni redaktə et]Biodeqradasiyadan praktiki məqsədlər üçün istifadə edilə bilər. Məsələn: ərzaq tullantılarının biodeqradasiyası bioqazın alınması üçün istifadə olunur. Bu ona əsaslanır ki, müxtəlif xarakterli tullantılardan istifadə edilməsinə baxmayaraq mikroorqanizmlər həmişə eyni məhsul ixrac edirlər- metan.
Mənfi aspektlər
[redaktə | mənbəni redaktə et]Materialların köhnəlməsi, dağılması, ərzaq məhsullarının yararsız vəziyyətə düşməsi.
Mübarizə üsulları
[redaktə | mənbəni redaktə et]Soyutma: məhsulların biodeqradasiyası ilə mübarizədə ən tanınmış üsul – məişət soyuducusu və dondurucusudur. Soyutma və dondurma bir sıra orqanizmlərin həyat fəaliyyətini tormozlayır. Bu təkcə ərzaq məhsullarının deyil, həmçinin biotibbi nümunələri, dərmanları, kimyəvi və bioloji maddələri (zülalları, amin turşusu məhsulları və s.) uzumnüddətli saxlamağa imkan yaradır. Əsasən aşağıdakı soyutma dərəcələrinə rast gəlinir: 50C – adi soyuducular, −150C – məişət dondurucular, −800C və −1350C qədər – dərin donduruculardan adətən bioloji nümunələrin saxlanması üçün istifadə olunur.
Kimyəvi emal
[redaktə | mənbəni redaktə et]Biodeqradasiyaya səbəb olan orqanizmlərdən qorumaq üçün materialların səthləri zəhərli maddələrlə emal olunur. Misal olaraq, ağacın çürüməsinin və kif göbələklərinin inkişafının qarşısını almaq ücün belə maddələrlə emal olunması.
Qurutma
[redaktə | mənbəni redaktə et]Biodeqradasiyanın sürətini əsaslı sürətdə aşağı salır. Bu, ona əsaslsnır ki, biodeqradasiyaya səbəb olan orqanizmlərin həyat fəaliyyəti üçün su qalmır. Məsələn, adı ət 50C-də bir neçə gün qaldıqdan sonra yayarsız hala düşür. Amma qurudulmuş ət otaq temperaturunda illərlə qala bilər.
Sterilizasiya
[redaktə | mənbəni redaktə et]- Termiki emal — əsasən qida məhsullarına tətbiq olunur. Isitmə bakteriya və onların sporlarının məhv olunmasına imkan yaradır. Beləliklə də, bioloji parçalanmanı ləngidir. Termiki emalın bir neçə növü var. Məsələn: pasterizasiya, qaynatma, termiki sterilizasiya, avtoklavda sterilizasiya.
- Ultrabənövşəyi emal.
- Ultrabənövşəyi şüalarla işıqlandırılmış səthlərdə və otaqlarda biodeqradasiyasıyanın sürəti azalır. Bu metod biokimyəvi və biotibbi laboratoriyalarda geniş istifadə olunur.
- Radioaktiv emal – canlı orqanizmlərin ionlaşdırıcı radiasiya ilə məhv edilməsi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Экологический энциклопедический словарь. — Кишинев: Главная редакция Молдавской советской энциклопедии. И. И. Дедю. 1989.
- Разработка технологии микробиологической утилизации бытовых полимерных отходов . ОАО "БИОХИММАШ" Институт прикладной биохимии и машиностроения
- "Biodegradation" Elmi jurnal
- "International Biodeterioration and Biodegradation" Elmi jurnal